Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6330/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxx» ASC-nin Cavabdeh qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İKB ASC (rebrendinqdən sonra «xxxxxxxx» ASC) Cavabdeh qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2014- cü il tarixli kredit müqaviləsi üzrə banka 6.354 ABŞ dolları 57 sent faiz, 1.032 ABŞ dolları 54 sent cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 341 ABŞ dolları 40 sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7.728 ABŞ dolları 51 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsində yerləşən, 6 otaqlı, 315,67 m2 ümumi, 97,72 m2 yaşayış, 217,95 m2 yardımçı sahədən ibarət 192 saylı bağ evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin bağ evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsində yerləşən, 6 otaqlı, 315,67 m2 ümumi, 97,72 m2 yaşayış, 217,95 m2 yardımçı sahədən ibarət 192 saylı bağ evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh həmin evə olan hüquqlarının itirilmiş hesab edilməsi, onu həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı İKB ASC-nin 9 saylı filialından illik 25 %-lə 36 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsində yerləşən, 6 otaqlı, 315,67 m2 ümumi, 97,72 m2 yaşayış, 217,95 m2 yardımçı sahədən ibarət 192 saylı bağ evi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx xxxxxxx 2018-ci il tarixədək Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 6.354 ABŞ dolları 57 sent faiz, 1.032 ABŞ dolları 54 sent cərimə borcu olmaqla, ümumilikdə cəmi 7.387 ABŞ dolları 11 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 6.354 ABŞ dolları 57 sent faiz, 1.032 ABŞ dolları 54 sent cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 341 ABŞ dolları 40 sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7.728 ABŞ dolları 51 sent borcu vardır. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6.354 ABŞ dolları 57 sent faiz, 100 ABŞ dolları cərimə, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 341 ABŞ dolları 40 sent olmaqla, cəmi 6.795 ABŞ dolları 97 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh iddiaçı «xxxxxxxx» ASC-nin (rebrendinqdən öncə İddiaçı İKB ASC) xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsində yerləşən, 6 otaqlı, 315,67 m2 ümumi, 97,72 m2 yaşayış, 217,95 m2 yardımçı sahədən ibarət 192 saylı bağ evinə yönəlməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin «xxxxxxxx» ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçı «xxxxxxxx» ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin bağ evindən çıxarılması, həmin əmlakın boşaldılması, qiymətləndirmə xərci olan 250 manatın Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxx» MMC-nin təqdim etdiyi hesab üzrə ödənilməsi, ekspertiza xərci olan 145 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Apellasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Qətnamə Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6330/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6330/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver