Məhkəmə qərarları › İş №2(103)-6343/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6343/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6343/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-480/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə kreditə görə 5000 manat əsas, faiz borcuna görə 743,96 manat borcun cəmi məbləği 5743,96 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş Kolye+Qolbaq-1 ədəd, çəkisi 97,5 qram, əyarı 750 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 5743,96 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixli, SİİLMB-6579 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dobbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5000 manat əsas, faiz borcuna görə 743,96 manat, borcun cəmi məbləği 5743,96 manat təşkil edir. 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl- zinət əşyaları 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 24.02.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASCnin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Kolye+Qolbaq-1 ədəd, çəkisi 97,5 qram, əyarı 750 olan qızıl-zinət əşyaları. Daha sonra iddiaçı məhkəmənin dəftərxanası vasitəsilə məhkməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəi ilə müraciət edərək, Cavabdeh 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə kreditə görə 5000 manat əsas, faiz borcuna görə 1144,28 manat borcun cəmi məbləği 6144,28 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızılzinət əşyalarına yönəldilməsi, biu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 24.02.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 6144.28 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 24.02.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbə dair 2(005)-480/2021 saylı mülki iş üzrə məhkəmə gedişatı zamanı faiz borcu artmışdır. 14.01.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 24.02.2020-ci il tarixli, SHLMB- 579 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5000 manat, faiz borcuna görə 1144,28 manat borcun cəmi məbləği 6144,28 olmaqla təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-480/2021 saylı, 25 fevral 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 24.02.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5000 manat, faiz borcuna görə 1144,28 manat olmaqla, cəmi 6144,28 manat və 30 manat dövlət rüsumu İddiaçı ASCnin xeyirinə tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi Kolye + qolbaq - 1 ədəd, çəkisi 97,5 qr., əyarı-750 cəmi 97,5 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızılzinət əşyaları hərracda satılması və satışdan əldə ediləcək məbləğ hesabına Cavabdeh banka olan borcu ödənilməsi, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğin Cavabdeh qaytarılması girov əmlakın borcun ödənilməsinə kifayət etmədikdə Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə qanuni və ədalətli yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi faiz borcunun tutulması hissəsində, habelə girov əmlakın borcun ödənilməsinə kifayət etmədikdə cavabdehdən ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi hissələrində düzgün qənaətə gəlməmişdir. Bundan başqa baxmayaraq ki, ödənişlərin əsas təyinatı əsas borcun ödənilməsinə yönəldilmişdir, bank öz mövqeyindən sui-istifadə edərək, ödənişlərin böyük hissəsini faiz borcuna çıxmışdır. Həmçinin bank tərəfindən əsas və faiz borcu düzgün hesablanmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi barədə xahişi isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətinə qətnamənin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamə iddia tələbinin təmin edilən - əsas və faiz borcunun tutulması hissəsində, habelə girov əmlakın borcun ödənilməsinə kifayət etmədikdə cavabdehdən ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində mübahisələndirmişdir. Bu baxımdan hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilən - əsas və faiz borcunun tutulması hissəsində, habelə girov əmlakın borcun ödənilməsinə kifayət etmədikdə cavabdehdən ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni məhz həmin hissədə mübahisələndirmiş, iddiaçı bank isə ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan 24.02.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh ödəniş qrafıkinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 1 faizi həcmində banka cərimə ödəməyi öhdəsinə götürmüşdür (kredit müqaviləsinin 5.1 bəndi). İş materiallarında olan 24.02.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 24.02.2020-ci il tarixli Girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. İş materiallarında olan 24.02.2020-ci il tarixli “Saxlanc girovunun qiymətləndirməsinə və kassaya təhvil verilməsi”nə dair aktına əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmişdir və aşağıdakılardan ibarətdir: Kolye+Qolbaq, 1 ədəd çəkisi 97.5 qr. 750; dəyəri 5557.5 manat. İş materiallarında olan 24.02.2020-ci il tarixli Saxlanc girovu haqqında SHLMB-6579 saylı müqaviləsinin 2.3.2-ci bəndinə əsasən “Girov Qoyan” bu müqavilə üzrə özünün borc öhdəliklərini müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə girov qoyulmuş əşyanın dəyərindən öz mülahizəsinə görə təminat alaraq, təminatlı borc üzrə əsas borcu və faizləri bağlamalıdır. İş materiallarında olan 24.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, bu borcalan Cavabdeh 5000 manat məbləği illik 30%-lə, 24 ay müddətinə aylıq 279.56 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 15.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.02.2020-ci il tarixli, SHLMB-6579 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 5000 manat, faiz üzrə 1144.28 manat olmaqla ümumilikdə 6144.28 manat təşkil edir. İş materiallarında olan 29.09.2020-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, borcalandan müqavilə üzrə ümumi borc məbləğinin 3 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehdən ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur, belə ki, Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır, həmçinin borcun təminatı olaraq əşyalar girov qoyulmuşdur. Belə olan halda girov qoyulmuş əşyalar borcun ödənilməsi üün kifayət etmədikdə cavabdeh, tələb olunan borcu ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürülnlər formal mülahizələrdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin mübahisələndirilən hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə gürə, birinci instansiya məhkəməsinin faktlar nüqteyinəzərindən qanuni və əsaslg olan və mahiyyəti ğzrə dğzgğn olan qətnaməsi yalngz formal mğlahizələrə gürə lərv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-480/2021 saylı, 25 fevral 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar