Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6351/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə1 Sadiq oğlu və 3-cü şəxs X3 nümayəndəs-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi” barədə iddia tələbinə dair, Cavabdeh2 cavabdeh “Avro Qrand" MMC-yə qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(001)-911/2025 saylı qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-yə məxsus ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 və ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tikinti işləri ilə məşğul olan hüquqi şəxsdir. ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. Sözügedən binanın birinci mərtəbəsində yerləşən 350 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 və həmin binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 kv.m qeyri-yaşayış sahəsi isə cavabdeh X2 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehlərə İddiaçı MMC-nin keçmiş direktoru Şahid oğu və yeni direktoru X9 tərəfindən mülkiyyət hüquqlarının pozuntusunun qarşısını almaq məqsədilə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, cavabdehlər buna əhəmiyyət verməyərək iddiaçının konstitutision hüquqlarını pozmaqda davam etməkdədirlər. Belə ki, cavabdehlər əllərində olan saxta alğı-satqı müqaviləsini əsas gətirərək İddiaçı MMC-yə məxsus əmlaka öz mülkiyyətləri kimi sahiblik edirlər və əmlakın faydalı xüsusiyyətlərindən istifadə edirlər. Cavabdeh1 iddiaçının mülkiyyətini 13 noyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında X10 icarəyə verərək hər ay özgənin əmlakından 300 manat gəlir əldə edir. Həmçinin digər cavabdeh də İddiaçı MMC-yə məxsus əmlakı üçüncü şəxslərə kirayə verməklə iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqda davam etməkdədirlər. Cavabdeh1 adına bağlanmış 30 noyabr 2020-ci il tarixli “Kooperativ binada qeyri-yaşayış alqı-satqı” müqaviləsində, 30 noyabr 2020-ci il tarixli maliyyə arayışında və Cavabdeh2 adına bağlanmış 16 fevral 2021-ci il tarixli “Kooperativ binada qeyri-yaşayış Alqı-satqı” Müqaviləsində, 16 fevral 2021-ci il tarixli Maliyyə arayışında olan imzalar MMC-nin direktoruna məxsus deyildir və müqavilə onun tərəfindən möhürlənməmişdir. MMC-nin möhürünün cavabdehlər tərəfindən hansı naməlum şəraitdə əldə edilərək müqavilə tərtib edilməsi MMC-nin direktoru X6 məlum deyildir. Həmçinin alğı-satqı müqavilələrinə əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli və 16 fevral 2021-ci il tarixli Maliyyə arayışlarında əmlakların tam dəyərinin ödənilməsi qeyd edilsə də, "xxxx" MMC-yə məxsus kassa mədaxil orderi yoxdur və arayışlarda müvafiq olaraq qeyd edilən 600.000 manat və 220 000 manat məbləğlər cavabdehlər tərəfindən MMC-nin bank hesablarına da köçürülməmişdir. Bundan başqa binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin cizgi-planlarıda yoxdur. Bu faktlar da onu göstərir ki, alğı-satqı müqavilələri və maliyyə arayışları saxtadır, hüquqi bazası və digər alt sənədləri yoxdur. Əlavə olaraq onu da bildiririk ki, MMC-nin təsisçisi X4 barəsində aparılan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarında MMC-nin direktoru Şahid imzası olmadan bəzi sənədləşmə işlərinin aparılması faktı öz əksini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 1(102)-1421/2022 saylı Qərarının 4-cü bəndinin sonuncu abzasında MMC-nin direktorunun imzası olmadan müəyyən formal müqavilələrin tərtib edilməsi öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən və istifadəsindən götürülməsi barədə iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində araşdırılma aparan zaman məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası barədə ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı MMC arasında olan xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsindəki və Cavabdeh1 adına olan xx.xx.2020-ci il tarixli maliyyə arayışında İddiaçı MMC-nin direktoru Şahid adının qarşısında olan imza Şahid tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin rəyin nəticəvi hissəsinin 2-ci bəndində isə qeyd edilir ki, Cavabdeh2 adına olan xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində və xx.xx.2021-ci il tarixli maliyyə arayışında olan imzaların İddiaçı MMC-nin direktoru Şahid məxsus olmasını həmin rəyin təsviri hissəsinin 2-ci bəndində göstərilən əsaslara görə müəyyən etmək mümkün olmamışdır. X12 şikayəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Aftandil Bayramov tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o İddiaçı MMC-yə məxsus 350 kv.metr qeyri-yaşayış sahəsini almaq üçün Xanlar Cəfərovla razılaşmışdır. Xanlar Cəfərova 97000 manat məbləğində pul və 366000 manat məbləğində isə ev vermişdir. Sonra isə Xanlar Cəfərova 137000 manat məbləğində pul ödəmiş və Xanlar Cəfərov “Qızıl Tac” şadlıq sarayının yanında Cavabdeh1 60000 manat İddiaçı MMC-yə ödəməsinə dair maliyyə arayışı təqdim etmişdir. İddiaçı MMC-nin direktoru Şahid tanımamış, onunla arasında heç bir söhbət aparmamış və ona heç bir məbləğ ödəməmişdir. Həmçinin Cavabdeh2 Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Aftandil Bayramov tərəfindən aparılan araşdırma zamanı bildirmişdir ki, Xanlar Cəfərovla 300 kv. metr qeyri-yaşayış sahəsini 220000 manat məbləğində almaq barədə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə (müqavilə və maliyyə arayışının tərtib edildiyi tarixdə) Xanlar Cəfərovun göndəriyi Elgiz adlı şəxslə Binəqədi rayon ərazisində görüşüb 60.000 manat dəyərində “Range Rover” markalı avtomobili və 160.000 manat pulu Elgizə vermişdir. Sonra Elgiz adlı şəxs 220.000 manat məbləğində maliyyə arayışını və alqı-satqı müqaviləsini ona təqdim etmişdir. İddiaçı MMCnin direktoru Şahid tanımamış, onunla arasında heç bir söhbət aparmamış və ona heç bir məbləğ ödəməmişdir. Alim Hüseynovun şikayəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Aftandil Bayramov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyul 2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən mülkiyyət hüquqlarının pozuntusuna dair cavabdehlərə edilmiş xəbərdarlığın nəticəsiz qaldığını görən iddiaçı cavabdehlərin əmlaka sahiblik və istifadə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 16(001)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsində yerləşən 350 kv.metr qeyri-yaşayış sahəsinə istifadə hüquqları məhdudlaşdırılmaqla həmin sahədən istifadəsi qadağan edilmişdir. Həmin qərardad sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq ləğv edilmişdir. İddiaçının digər Cavabdeh2 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi qanunsuz və əsassız olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərardaddan şikayəti təmin etməmişdir. İddia tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2024 saylı qətnaməsi ilə iddia tələbi və cavabdehin qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4125/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda göstərilən faktiki hallardan da görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan əmlaklar cavabdehlər tərəfindən qanuni əsas olmadan, yəni müvafiq qaydada, səlahiyyətli şəxslə alqı-satqı müqaviləsi bağlamadan zəbt edilmişdir. Bununla da iddiaçı "xxxx" MMCnin konstitutision hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur və iddiaçı öz mülkiyyət hüquqlarından sərbəst və maneəsiz istifadə edə bilmir. Odur ki, iddiaçının konstitutision hüquqları məhkəmə tərəfindən təmin edilməli və Cavabdeh2 ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 kv.m qeyri-yaşayış sahəsinə və Cavabdeh1 ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarına xitam verilməlidir.
3. Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Avro Qrand" MMC-dən 450.000 manat, hüquqi yardım üçün ödədiyi 320 manat, dövlət rüsumu olaraq ödədiyim 740 manat, cəmi 451.060 (dörd yüz əlli bir min altmış) manat pulun tutularaq, Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1470/2025 nömrəli qərardadına əsasən məhkəmənin icraatında olan sözügedən mülki iş hazırki mülki işlə bir icraatda birləşdirilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(001)- 911/2025 saylı qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir.
6. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 nümayəndəsi-vəkili Vəkil2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(001)-911/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MM-nin 152.5-ci maddəsini tətbiq edərkən iddiaçıya münasibətdə ədalətli olmamışdır. Belə ki, qanunun tələbindən də görünür ki, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Lakin cavabdehlərin MMC-nin mülkiyyətində olan əmlaka sahibliyi nə qanundan irəli gəlir, nə də müqavilədən. Belə ki, cavabdehlər təsisçinin qanunsuz əməlləri nəticəsində mülkiyyətçiyə məxsus əmlakları ələ keçirmişlər. Həmin faktlarları İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında müvafiq olaraq bağlanmış 30 noyabr 2020-ci il tarixli “Kooperativ binada qeyri yaşayış alqı-satqı” müqaviləsində, 30 noyabr 2020-ci il tarixli maliyyə arayışında və 16 fevral 2021-ci il tarixli “Kooperativ binada qeyri-yaşayış Alqı-satqı” Müqaviləsində, 16 fevral 2021-ci il tarixli Maliyyə arayışında olan imzaların müqavilə bağlanan zaman MMC-nin qanuni təmsilçisi olmuş Şahid məxsus olmamasına dair mötəbər sübut olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli ekspert rəyləri təsdiq edir. Mülki Məcəllənin normalarının tələblərindən də göründüyü kimi İddiaçı MMCnin mülkiyyətindən maneəsiz istifadə və sahiblik etməsi cavabdehlər tərəfindən məhdudlaşdırıldığı üçün mülkiyyətçi əmlakından fayda götürə bilməməklə yanaşı öz mülkiyyət hüquqlarını tam və sərtbəst həyata keçirə bilmədiyi üçün ciddi zərər çəkmişdir. Belə ki, hər iki vicdansız sahib tərəfindən əmlak digər şəxslərə icarəyə verilmiş və əmlakdan mülkiyyətçi deyil vicdansız sahiblər fayda götürməkdədir.
8. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər və üçüncü şəxslər məhkəməyə sübut təqdim etmək, dindirilmək və mövqelərini ifadə etmək hüququna malikdirlər. İsmayılov Hikmətin işdə təqdim etdiyi sənədlər və izahatlar qətnamədə qeyd olunmayıb, onun çıxışları da əsaslandırmada əks etdirilməyib. Bu, üçüncü şəxsin iştirak hüququnun məhdudlaşdırılmasıdır və məhkəmə prosesinin ədalətli keçirilməməsi deməkdir. Ekspert rəyi məhkəmə üçün sübut hesab olunur və onun nəticələri qərarda əsaslı şəkildə göstərilməlidir. İş üzrə təyin edilmiş ekspert rəyində imzaların MMC direktoruna aid olmadığı qeyd edilsə də, məhkəmə bu rəyə hüquqi qiymət vermədən, nəticə hissəsində “iddia əsassızdır” yazmaqla kifayətlənib. Ekspert rəyinin nəticələrinə istinad edilməməsi prosessual pozuntu sayılır və qətnamənin əsaslandırılmamasına səbəb olub.
APELLYASİYA BAXİŞİ ZAMANİ MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 işin məhkəmə aidiyyət üzrə göndərilməsi məsələsini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və nümayəndəvəkili Nümayəndə1 işin məhkəmə aidiyyət üzrə göndərilməsi məsələsini kollegiyanın mülahizəsinə buraxdığnı bildirdilər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 işin məhkəmə aidiyyət üzrə göndərilməsi məsələsini kollegiyanın mülahizəsinə buraxdığnı bildirdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, mübahisənin subyektiv tərkibini və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(001)-911/2025 saylı qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
15. Məhkəmə hesab edir ki, tərəflərdən İddiaçı MMC- hüquqi şəxs, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir və onların aralarında olan mübahisə əşya hüquqi münasibətlərdən, yəni istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsindən irəli gələn mübahisədir. Odur ki, məhkəməyə müraciət edərkən, iddiaçı iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verməklə MPM-nin məhkəmə aidiyyəti ilə bağlı müəyyən edilmiş qaydaları pozmuşdur.
16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı: - “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ...Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”.
17. Məhkəmə hesab edir ki, mübahisə, hüquqi şəxs olan iddiaçı ilə fərdi sahibkar statusu olan cavabdehlər arasında əşya hüquqi münasibətlərdən yaranmaqla kommersiya xarakterlidir; iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. 18.“Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından iddiaçı (xx.xx.2009-cu il tarixindən VÖEN: ********** verilmiş) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn hüquqi şəxs olması, Cavabdeh1 (xx.xx.2006-cı il tarixindən VÖEN: ********** verilmiş) və Cavabdeh2 (xx.xx.2007-ci il tarixindən VÖEN: ********** verilmiş) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olmaları müəyyən edilmişdir.
19. Beləliklə, tərəflər arasında mübahisənin yaranmasına faktiki əsas - fərdi sahibkar olan hər iki tərəfin gəlir əldə etmək məqsədilə məşğul olduqları birgə fəaliyyətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır.
20. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. 21.Beləliklə apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(001)-911/2025 saylı qətnaməsi ləğv edilməklə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
22. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(001)- 911/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi tələbinə” dair, Cavabdeh2 cavabdeh “Avro Qrand" MMCyə qarşı “pul tələbinə” dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov