Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6383/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 Həbib oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı "cavabdehlər X1 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzil (otaq) boşaldılaraq İddiaçı təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3183/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağlanmış müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş ünvan 1 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzil (otaq) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2024 nömrəli 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 10 dekabr 2024cü il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Cavabdeh1 nümayəndəsi tərəfindən daxil olmuş müraciət üzrə müvafiq prosessual hərəkətərin icra edilməsi zərurəti ilə əlaqədar mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən daxil olmuş müraciət üzrə müvafiq prosessual hərəkətərin icra edilməsi zərurəti olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(004)- 3183/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(103)-6383/2024 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 nümayəndəsi tərəfindən daxil olmuş müraciət üzrə müvafiq prosessual hərəkətərin icra edilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(103)-6383/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6383/2024
10.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver