Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-639/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)- 4/2019 saylı qətnaməsindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 11.01.2019-cu il tarixli, 2(004)-4/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçınnun 0.36 ha torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşdüyündən, 40.300 manat məbləğində pul kompensassiyasının Cavabdeh1-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələblərinin qalan hissələrdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova, Ş.E.Yaquboviç, X.Ə.Sarıyev) 29.04.2021-ci il tarixli, 2(103)-5428/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4/2019 saylı iş üzrə qəbul etdiyi 11 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1-nin ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5428/2019 saylı, 29.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər Ə.G.Nurməmmədov, A.Q.Hüseynov, İ.R.Xələfov) 27 avqust 2021-ci il tarixli, 2(102)-6/2020 saylı qərarı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(103)-5428/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(102)-6/2020 saylı qərarında vurğulanmışdır ki: ”Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini müəyyən edərkən "xxxx" MMC-nin 12 dekabr 2018-ci il tarixli rəyinə əsaslandmışdır. Lakin həmin rəydən görünür ki, ekspertiza tədqiqatı aparılarkən idddiaçıya məxsus torpaq sahəsinin qiymətləndirilməsi “Özəlləşdirilən dövlət müəssisə və obyektlərininin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq aparılmışdır. Rəydə qeyd edilmişdir ki, Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir. Göründüyü kimi istinad edilən əsasnamə özəlləşdirilən dövlət müəssisə və obyektlərininin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətləndirilməsini tənzimləyir. Halbuki iddiaçıya məxsus torpaq sahəsi dövlət müəssisə və obyeklətrin və ya fiziki şəxsə məxsus müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsi deyil, torpaq islahatı ilə əlaqədar əvəzsiz olaraq verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. İşə baxan məhkəmələr bu halı diqqətdən qaçırmış, ekspert tərəfindən torpaq sahəsinin qiymətini müəyyən edərkən iş materiallarına əlavə edilmiş torpaq sahəsinə dair JN0057 № li Dövlət Aktında göstərilmiş mübahisəli torpağa dair xüsusiyətlər (torpaq sahəsinin kateqriyası, məqsədli təyinatı, torpaq sahəsinin yerləşdiyi rayon (ərazi), ekoloji vəziyyəti, yoldan və dayanacaqdan vəziyyəti, gediş-gəliş yolunun vəziyyəti, ətrafda yaşayış evlərin olub-olmaması, kommunikasiya xətləri, oxşar xüsusiyətlərə malik torpaq sahələrinin müqayisəli qiyməti və s.) nəzərə alınaraq torpaq sahəsinin orta bazar qiyməti müəyyən edilməmişdir.” Apellyasiya baxışı zamanı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının tələbləri Nazirlər Kabinetinin Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı 211 s saylı 14 avqust 2009-cu il tarixli qərarı əsasında və qərarda adı çəkilən aidiyyəti təşkilatlar tərəfindən həll edilməlidir və Azərsu ASC müvafiq normativ-hüquqi aktlarla su kəmərinin çəkilməsi ilə bağlı sifarişçi təşkilat kimi müəyyən edilsə də, onun su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələsinə heç bir aidiyyəti və səlahiyyəti yoxdur.Əgər İcra Hakimiyyətləri tərəfindən müvafiq tədbirlər görülməyibsə və ya torpağın dəyəri ödənilməyibsə buna görə Cavabdeh1 heç bir məsuliyyət daşımır. Apellyasiya baxışı zamanı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad edərək, cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən digər tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(102)-6/2020 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iş materiallarında olan DTXK-nın Qəbələ Rayon Torpaq Şöbəsi tərəfindən 19 yanvar 1998-ci il tarixdə İddiaçı adına ümumi sahəsi 2,07 hektar olan JN-0057 № - li torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 s saylı, 14 avqust 2009-cu il tarixli sərəncamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi istiqamətində tikinti işlərinin aparılması müəyyən edilmişdir. Aparılmış yol tikinti işləri ilə əlaqədar iddiaçıya məxsus torpaq sahəsi Oğuz-Qəbələ- Bakı su kəmərinin mühafizə zolağında tikinti altına düşmüş, lakin həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2018 ci il tarixli 13897 nömrəli rəyindən görünür ki, “...İddiaçıların mübahisələndirdiyi torpaq sahələrinin “Torpağa mülkiyyət hüququna dair JN-57 nömrəli Dövlət Aktına” əsasən müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planı, ayrıca aktı və ölçüsü həmin torpaq sahəsinin hal-hazırda faktiki olaraq yerləşdiyi əraziyə və ölçüyə uyğundur. İddiaçıların mübahisələndirdiyi torpaq sahələrinin “Torpağa mülkiyyət hüququna dair JN-57 nömrəli Dövlət Aktına” əsasən müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planına uyğun olaraq göstərilən torpaq sahəsinin Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər qurğuların faktiki mühafizə zonasına və ya üzrəinə düşür. JN-57 nömrəli Dövlət Aktında qeyd olunan 1.55 ha torpaq sahəinin 0.30 ha hissəsi, JN-57M nömrəli planşetdə göstərilən 0.52 ha torpaq sahəsinin isə 0.06 ha hissəsi , cəmi 0.36 ha torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin və onun mühafizə zolağının altına düşür. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin 12 dekabr 2018-ci il tarixli 144/E nömrəli ekspert rəyinə əsasən, JN-57 kod-40604068 saylı torpağın İddiaçı mülkiyyətində olan JN-57 nömrəli Dövlət Aktında qeyd olunan 1.55 ha torpaq sahəsinin 0.30 hissəsinin, JN-57M nömrəli planşetdə göstərilən 0.52 ha torpaq sahəsinin 0.06 ha hissəsi, cəmi 0.36 ha torpaq sahəsinin bazar qiyməti 40.300 (qırx min üç yüz) manat müəyyən olunur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-7473/2020 saylı qərardadı ilə təyin olunmuş əmtəəşünaslıq ekspertizası ilə bağlı 11 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin 10 iyun 2021-ci il tarixli Ç-160 saylı əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.36 ha torpaq sahəsinin bazar qiyməti 7000 (yeddi min) manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)-639/2021 saylı qərardadı ilə təyin olunmuş təkrar qiymətləndirmə ekspertizası ilə bağlı 07 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMCnin 06 sentyabr 2021-ci il tarixli LP-147/21 saylı əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki,Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.36 ha torpaq sahəsinin hazırki bazar qiyməti 40.300( qırx min üç yüz) manat təşkil edir. Məhkəmə kollegiyası ilk olaraq iddiaçının dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiya ödənilməsi tələbinə hüquqi qiymət verərək həmin tələbi əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfiondən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Məcəllənin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensiyasının məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilir. Nazirlər Kabinetinin 24.02.2006-ci il tarixli 42 S saylı sərəncamına əsasən OğuzQəbələ-Bakı su kəmərinin tikintisi üçün dövlət sifarişçisi Cavabdeh1 müəyyən edilmişdir. Mülki Məcəllənin 247.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği bu üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi və torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi yolu ilə. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, JN-57 nömrəli Dövlət Aktında qeyd olunan 1.55 ha torpaq sahəsinin 0.30 ha hissəsi, JN- 57M nömrəli planşetdə göstərilən 0.52 ha torpaq sahəsinin isə 0.06 ha hissəsi, cəmi 0.36 ha torpaq sahəsi İddiaçı məxsus olduğundan və Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşdüyündən iddiaçıya buna görə kompensassiya ödənilməlidi. Məhkəmə Kollegiyası "xxxx" MMC-nin 12 dekabr 2018-ci il tarixli 144/E nömrəli ekspert rəyinə əsasən, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(102)-6/2020 saylı qərarındakı göstərişlər baxımından təyin etdiyi əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC-nin 06 sentyabr 2021-ci il tarixli LP-147/21 saylı əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən JN-57 kod-40604068 saylı torpağın İddiaçı mülkiyyətində olan JN-57 nömrəli Dövlət Aktında qeyd olunan 1.55 ha torpaq sahəsinin 0.30 hissəsi, JN-57M nömrəli planşetdə göstərilən 0.52 ha torpaq sahəsinin 0.06 ha hissəsi, cəmi 0.36 ha torpaq sahəsinin bazar qiyməti 40.300 (qırx min üç yüz) manat təşkil etdiyindən həmin məbləğdə pulun "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsini əsalı hesab edir. Kollegiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-7473/2020 saylı qərardadı ilə təyin olunmuş əmtəəşünaslıq ekspertizası ilə bağlı 11 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin 10 iyun 2021-ci il tarixli Ç-160 saylı əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə razılaşmır.Belə ki, həmin rəylə Qəbələ rayonu, Şamlı kəndində yerləşən 0.36 ha torpaq sahəsinin bazar qiyməti 7000 (yeddi min) manat təşkil edir.Bu məbləğ isə yuxarıda qeyd edilən iki rəylə müəyyən olunmuş 40.300,0 manat məbləğlə kəskin fərq yaradır və bu fərq işin halları ilə müqayisədə ağlabatan və ədalətli hesab olunmur. Azərbaycan Respublikası MPM-nin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)- 4/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-639/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-639/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver