Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6390/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 2967/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 91000 ABŞ dolları məbləğində borc tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayəti və onunla yanaşı apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2967/2019 saylı qərardadı ilə ərizə təmin olunaraq, Cavabdeh nümayəndəsi və vəkili X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2967/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilərək, ərizənin təmin edilməməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayət təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilərək ərizənin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3302/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 2967/2019 saylı qərardadından verilmiş şikayətə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla baxılması üçün mülki işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili A.Əliyev şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kollegiya şikayətin dəlillərini işin materialları ilə birgə araşdırıraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə görə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, iş materiallarında olan poçt xəbərnaməsindən (i.v. 55) görünür ki, Cavabdeh ünvanlanmış məktub xx.xx.2019-cu il tarixində Ələsgərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Belə olan halda, qətnamənin Cavabdeh şəxsən təqdim edilib-edilməməsi iş materialları ilə müəyyən edilə bilməmişdir. Bundan əlavə, İddiaçı Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinin həmin vaxt Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh şəxsən təqdim edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1216/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6390/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6390/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver