Məhkəmə qərarları › İş №2(103)-6395/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6395/2020

29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6395/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Maraqlarına toxunan şəxs “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi-vəkili X11 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2014 saylı xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinə izah verilməsinə dair İddiaçı ərizəsinə baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsində qeyd edilmiş qaraj sahəsinin yerləşməsinə dair izah verilməsini, həmin sahənin plan-sxemdə göstərilmiş “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində layihə üzrə 1-ci və 2-ci sırada C və Ç oxları arasında eni 5,40 metr, uzunluğu 6 metr, ümumi sahəsi 32,4 kv.metr olan qaraj sahəsinin” olmasına dair aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək, aralarında bağlanılmış xx.xx.2006 və xx.xx.2007-ci il tarixli müqavilələrə əsasən tikilməsi üçün dəyərləri tərəfindən ödənilmiş Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanında inşa ediləcək yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsində 3 otaqlı mənzil və binada olan qaraj onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır. Qarajın yerləşməsi barədə rəsmi sxem, yəni qarajin yerləşməsi və ölçüləri barədə məlumatlar mövcud olduğu halda həmin məlumatlar qətnamədə göstərilməmişdir. Buna görə də qeyrimüəyyənlik yaranmışdır, tam icra mümkün olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, qərardad əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli 165 nömrəli və xx xxx 2007-ci il tarixli 01 saylı müqavilələrə əsasən tikilməsi üçün dəyərləri iddiaçı tərəfindən tam ödənilmiş Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında inşa edəcəyi yaşayış binanın 2-ci girişinin 6-cı mərtəbəsində 3 otaqlı (127,65 kv.metr) mənzil və binada olan qarajın İddiaçı sahibliyinə və istifadəsinə veriməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilmiş “binada olan qaraj” dedikdə, Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanında yerləşən yaşayış binasının 00008 səviyyəsində, 1 və 2 sıradan, C və Ç oxu arasında olan, ümumi sahəsi 32,4 kv.metr olan qaraj nəzərdə tutulmasına dair izah verilmişdir. Həmin qərardaddan narazı qalan maraqlarına toxunan şəxs “xxxxxxxxxxxxxxxxxxxx” ASC şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1472/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2014 saylı xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, şikayətə hüquqi qiymət verilməsi üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı məhəllə ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.metr; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.metr; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.metr; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.metr; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında - 155,52 kv.metr; ümumi sahəsi 825,12 kv.metr qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və sözügedən qeyri-yaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-nin üzərinə qoyulması qət edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin nizamnaməsinin surətindən görünür ki, “Tikinti-Quraşdırma Azər.X73-2” ASC-nin adı dəyişdirilərək “xxxxxxxxxxxxxxxxxxxx” ASC adlandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9855/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X31, X39, X24, X47 və İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və “Tikinti Quraşdırma Azərbaycan X72-2” ASC-yə (hazırda “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə) qarşı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barəsində iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2186/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9855/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5640/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2186/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3249/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X37, X23, X5, X18, X12, X2, X13, X25, X6, X29, X14, X19, X7, X15, X3, X16, Məmmədova X40, X26, X32, X8, X33, X21, X34, X9, X17, X4, X1, X20, X27, X10 və X28 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və “Tikinti Quraşdırma Azərbaycan X73-2” ASC-yə qarşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X22 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsinin satılmasına dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 №-li, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən qeyri-yaşayış hissəsinin hazırda “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus olması öz təsdiqini tapmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilən “binada olan qaraj” ifadəsinin binada olan hansı qaraj olması onu səciyyələndirən xüsusiyyətlər göstərilmədən qeyd olunduğundan, qətnamənin həmin hissəsinə izah verilməsi mümkün deyildir və qətnamənin nəticə hissəsinə izah verilməsi qətnamənin məzmununu dəyişdirəcəkdir.İddiaçı “binada olan qaraj” ifadəsinin məhz təqdim edilən əlavə plan sxemdə göstərilən 1-ci və 2-ci sıradan C və Ç oxları arasındakı 1 ədəd qaraj olmasına dair dəlilləri əsassız olduğundan, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2).Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (maddə 230.3). Qeyd edilən maddi və prosessual hüquq normalarının mənasından göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, həmin sənədlərdə qeyd edilmiş ifadə və tələblər aydın olmasın. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ərizədə qeyd edilən hal qətnamənin izah edilməsi üçün əsas ola bilməz. Odur ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2014 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar