Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6414/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: ərazi aidiyyəti, iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 6375/2025 nömrəli 04 noyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 208002 saylı və xx.xx.2019-cu il tarixli 213001 saylı müqavilələr əsasında dəyərini tam ödəyərək əldə etdiyi Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli binanın 3-cü blok 9-cu mərtəbədə yerləşən 81.5 kv olan 2 otaqlı 208 № li və 3-cü blok 10-cu mərtəbədə ümumi sahəsi 57.6 kv. m olan 213 №-li 1 otaqlı mənzilə mülkiyyət hüququnun tanınmasına, istifadəsinə verilməsinə, mənzildə təmir işlərinin aparılmasına icazə verilməsinə, qeyd olunan mənzillərin mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə mənzillərin bazar qiymətinə uyğun olaraq 264.000 manat vəsaitin, 5 il ərzində kirayə haqqı olaraq ödədiyi 18000 manat pulun, hüquqi yardımla bağlı vəkilə ödədiyi 2500 manatın və dövlət rüsumu olaraq ödədiyi 575 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6375/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2zi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Şikayətin dəlilləri:
4. Qərardaddan İddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6375/2025 nömrəli 04 noyabr 2025-ci il tarixli qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsas mahiyyəti müqavilə üzrə əldə edilən əmlak tələbinin verilməsi olduğunu nəzərə alaraq Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi, yəni müstəsna aidiyyət hissəsi şamil edilməlidir. Həmin maddəyə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən: 1. Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir; 2. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsaslanaraq işdə heç bir əsas olmamasını nəzərə alaraq cavabdehin rəsmi qeydiyyat ünvanına görə verilməsini nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında birbaşa əmlak tələbinə aid hissədə əmlakın olduğu yer üzrə məhkəmələrin işə baxması tövsiyyə edilib. Məhkəmə işə onun baxmağa səlahiyyəti olmadığı halda belə ərazi aidiyyəti üzrə göndərilə bildiyini nəzərə almadan işi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmışdır. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir (MPM 45.4). Hesab edilir ki, işin geri qaytarılması qanunsuz və əsassızdır. Məhkəmədən xahiş edir ki, yenidən iddia ərizəsi icraata qəbul edilməli və mahiyyəti üzrə baxılmalıdır.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 7.Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
8. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
9. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-6375/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, tələb ünvan 3 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın 3-cü blok 9-cu mərtəbəsində yerləşən 81.5 kv olan 2 otaqlı 208 № li mənzilin və 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 213 №-li mənzilin iddiaçıya təhvil verilməsi, mənzillər üzərində iddiaçının sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi ilə bağlıdır. İddia ərizəsində də qeyd edilmişdir ki, həmin müqavilənin predmetinə əsasən, ünvan 3 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın 3-cü blok 9-cu mərtəbəsində yerləşən 81.5 kv olan 2 otaqlı 208 № li mənzilin və 3cü blok 10- cu mərtəbəsində ümumi sahəsi 57.6 kv m olan 1 otaqlı 213 №-li mənzilin "xxxx" MMC tərəfindən iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. İddianın dəlillərinə görə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək mənzillərin dəyərini tam şəkildə ödəmiş, lakin cavabdeh müqavilə şərtlərini icra etməyərək mənzilləri hələ də təhvil verməmişdir.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisə müqavilədən əmələ gələn öhdəliklər üzrə olmaqla müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Qeyd edilən tələb müstəsna aidiyyətlə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür.
13. AZEMİS vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 4ımdan, iddia ərizəsi mübahisəli daşınmaz əmlakın olduğu yerə görə deyil, ümumi qaydaya müvafiq olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.
14. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin qeydiyyat ünvanı ünvan 5i Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6375/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov