Məhkəmə qərarları › İş №2(103)-6418/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6418/2022

19.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6418/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh4 və X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə kredit borcu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakdan çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh5 İddiaçı QSC və Cavabdeh1 Ağası qızına qarşı xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edərək "AccessBank” QSC ilə Cavabdeh1 Ağası qızı arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ev 94, mənzil 9-a saylı mənzilin girov qoyulmaqla yüklü edilməsi barədə sonrakı ipoteka haqqında 09M000000298 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh5 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 154.1, 155.1, 155.3, 185.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qarşılıqlı iddia ərizəi 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən iddia ərizəsinin icraata götürülməsindən imtina olunaraq geri qaytarılmalıdır. Cavabdehlər Cavabdeh4 və X3 apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin 2(005)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın ləğv olunması və qarşılıqlı iddianın icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 8, 154.1, 155.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı tərəfin xx.xx.2022-ci il tarixli vəsatətinə əsasən Cavabdeh4 və X3 cavabdeh qismində prosesə qoşulmaları təmin edilmişdir. Bundan sonra Məhkəməyə qarşılıqlı iddia verilmiş və“AccessBank" QSC ilə Cavabdeh1 Ağası qız arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ev 94, mənzil 9-a saylı mənzilin girov qoyulmaqla yüklü edilməsi barədə sonrakı ipoteka haqında 09M000000298 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə" qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin qarşılıqlı iddia qəbul olunmamış və məhkəmənin 2(005)-8/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qərardaddan narazıdırlar və şikayət verirlər.Qərardad maddi hüquq normalarının pozulması, prosessual hüquq normalarının düzgün tətbiq olunmamaı şəraitində qəbul edilmişdir.Məhkəmə iş materiallarından müəyyən etməmişdir ki, iddianın surəti və ya onlar cavabdeh qismində cəlb olunmaları barədə qərardad tərəflərə lazımı qaydada göndərilərək məluatlandırılma edilmişdirmi. Onlar bilirdilər mi ki, mübahisəli məsələ hansı mərhələdədir.?! Halbuki iddia ilə əlaqədar onlar tərəf olaraq məhkəməyə cəlb olunmaları və prosesə dəvət edilmələri barədə qərardadın çatdırılması barədə sübut yoxdur. Digər tərəfdən də qarşılıqlı iddianın verilməsinin maneə ola biləcək müddətin hesablanması məqsədilə bu müddətin axımının müəyyən edilməsi mübahisəlidir. MPM-nın 155.2-ci maddəsində deyilir ki, Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən son və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Hakim isə bunları düzgün dəyərləndirməyərək iddianı geri qaytarmağa tələsmişdir.Məsələlər həll edilərkən təkcə iddiaçı tərəfin deyil işdə iştirak edib-etməməsindən asılı olaraq digər şəxslərin də qanunla qorunan mənafeləri də nəzərə alınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(005)-8/2011 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133,146,149-152,155-156, 395, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayyətçilərin diqqətinə çatdırılmalıdır ki, ərizəçilərin dəlilləri ümumi səciyyə daşıyır və (xx.xx.2022-ci il tarixində cavabdeh qismində barədə ərizə ilə müraciət edilməsi və xx.xx.2022-ci il tarixində cavabdeh qismində tanınmalarına rəğmən- işin İİİ cildi 205,215 səh.) sübuta yetirilmir, habelə şəxsin hüquqları barədə məlumatlı olmalı-olması, habelə ötürülən müddətin ağlabatan meyyarlarına əks-mütənasib kifayət qədər uzun olması, dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək və əsaslı dəlillər irəli sürülmədən üzrlü hesab edilməsinə əsas verə bilməz. Belə ki, nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlmiş olması, habelə cavabdehlər tərəfindən qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılaraq sübuta yetirilməmişdir. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi qeyd etməsədə tək müddətin ötəməsi ilə deyil digər əsaslarla da qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün əsaslar mövcud olmamışdır. Belə ki, ərizənin elektron formada verilməsinə riayyət edilməmiş və hər bir cavabdehə qarşı yönələn tələbin nədən oibarət olması baxımından qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsi, qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırması, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsi üzrə dəlillər müzakirəyə təqdim edilməyərək sübuta yetirilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinə əsasən, 152. iddia ərizəsi iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə,iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda,əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə,kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə,müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə,müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə,bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə,cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda,kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.1, 156.1.2 və 156.1.3-cü maddəsinə əsasən, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa və ya qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.Həmin məcəllənin 155.2-ci maddəsinə əsasən, bu məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qarşılıqlı iddianın verilməsinə yol verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh4 və X2 şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar