Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6429/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X5, İşdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2021-ciil tarixli, 2(011)-6600/2021 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən 16 saylı mənzilə dair MMC-nin 15 oktyabr 2020-ci il tarixdə tərtib etdiyi YP011 saylı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Abşeron rayonu, Məmmədli kəndi, "xxxx" yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli, YP-011 saylı satış protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Bank "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)-11845/2021 saylı qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)-11845/2021 saylı qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(102)- 2465/2022 saylı qərarı ilə cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)- 11845/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X8 apellyasiya şikayəti verərək, qətnaənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" SKB tərəfindən xx.xx.2010-cu il tarixli, 49 saylı kredit müqaviləsi üzrə İddiaçı ayrılmış kreditin Azərbaycan Respublikası İpoteka vǝ Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilməsi və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi qismində çıxış etməsi səbəbindən hər iki qurum üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmalı idi. Kərimov Əkrəmin prosesə cəlb edilməməsi hüquq bərəbərliyi prinsipini aşkar şəkildə pozur. Hazırki iş üzrə X9 vicdanlı alıcıdır, belə ki, o, sözügedən əmlak sahəsinin alqı-satqısında heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan əlavə, mübahisəli mənzil sahəsinin alınması zamanı o bilmirdi və bilə bilməzdi ki, əvvəlki alqı-satqı prosesi qanunvericiliyə zidd formada aparılmış və satıcılar tərəfindən qeyri-qanuni hərəkətlə mənzil özgəninkiləşdirilmişdir. Qətnaməyə əsasən satış protokolunun etibarsız hesab edilməsi üçün əsaslarının nədən ibarət olması, açıq hərracın keçirilməsi və mənzilin satışı zamanı konkret olaraq hansı qanunvericiliyin tələblərinin pozulması əsaslandırılmamışdır. Bundan başqa Məhkəmə tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)- 1588/2016 saylı qərardadına istinad olunmasına baxmayaraq, həmin qərardadın çıxarılmasına əsas olan hallar, məhkəmə qərardadının əslinin va ya təsdiq olunmuş surətinin təqdim olunması üçün əldə olunmasına dair aidiyyəti məhkəməyə müraciət olunmamışdır. "xxxx" ASC-nin nümayəndəsinin iş üzrə icraata xitam vermək salahiyyətinin olmamasına, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən əsl olmayan tərəfin əvəzedilməməsi məhkəmətərəfindən araşdırılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin maddi va prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbuletdiyi qərardadının iş üzrə hüquqiəhəmiyyətiyoxdur. Beləki, ipoteka saxlayan kimi Fond çıxışetsə dəiş materiallarında onun mövqeyini əks etdirən hərhansısübut mövcud deyil. Məhkəmə tərəfindən hərrac protokolunun qanunsuz və ya əsassız olmasını əsaslandıran kifayət qədər əsaslar və sübutlar əks olunmamışdır. Məhkəmə kollegiyası apelyasiyası şikayətini və iş materiallarını nəzərdən keçirib, tərəfləri, işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxsi və onun nümayəndəsini dinləyib hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə aşağıdakılar qərara alınmışdır: -Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. -Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. -Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Həmin Qərardadın 41-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin Qərardadın 42-ci bəndində qeyd olunmuşdur ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. İş materiallarının araşdırılması ilə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 40193,54 manat əsas, 419,88 manat faiz borcu olmaqla cəmi 40613,42 manat kredit borcunun, 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək mənzilin hərrac yolu ilə satılması, kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 55700 manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində orada yaşayan İddiaçı və digər şəxslərin həmin evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə 01 dekabr 2015-ci il tarixdə icraya yönəldilmiş, Maraqlı şəxs2 icra məmuru xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, xx.xx.2015-ci il tarixdə icra məmuru tərəfindən "xxxx" MMC-nə ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin hərracdan satışının təşkil edilməsi barədə sifariş verilmiş, adı çəkilən MMC tərəfindən xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə keçirilən hərraclarda əmlak satılmadığından icra sənədi xx.xx.2016-cı il tarixli məktubla Maraqlı şəxs2nə geri qaytarılmışdır. xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs2nə məktub ünvanlayan Bank "xxxx" ASC-nin nümayəndəsi əmlakının satışının təşkil olunmasını xahiş etmiş, icra şöbəsi tərəfindən əmlakın satışının təşkil edilməsi üçün “X1 Mərkəzi” MMC-nə xx.xx.2020-ci il tarixli məktubla sifariş verilmiş, həmin MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərraclar keçirilmiş, xx.xx.2020-ci il tarixli protokolla əmlak, hərracların baş tutmadığı əsas göstərilməklə 35 508,75 manata Bank "xxxx" ASC-nə satılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsinin iddia tələbindən imtina etməsi səbəbilə ləğv edilərək həmin işin icraatına xitam verilmişdir. Göründüyü kimi hazırda işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti ilə mübahisələndirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktybar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolunun etibarsızlığına hüquqi qiymət verilmiş, həmin qətnamə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti üzrə yuxarı instasiya məhkəmələri tərəfindən bütövlükdə yoxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnaməsi bir tərəfin (cavabdeh Bank "xxxx" ASC) apellyasiya və kassasiya şikayətləri üzrə yoxlanılmış, həmin qətnamənin işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında təkrar yoxlanılması hüquq prinsipinə zidd olduğundan, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə geri qaytarılmalıdır. Kollegiya həmçinin hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2(103)-6429/2023 saylı qərardadı ləğv olunmalı, işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X4 izah olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna ərizə ilə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 384.0.6, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2(103)-6429/2023 saylı qərardadı ləğv edilsin. İşdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs X4 izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 423.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna ərizə ilə müraciət edə bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6429/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6429/2023
13.12.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver