Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6432/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Ərizəçi, Maraqlı şəxs olmaqla, “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6798/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs olmaqla, "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 12 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-006510 nömrəli Barışıq sazişinin təsdiq edilməsi, pozulmş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin – 150 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun Maraqlı şəxs tərəfindən ərizəçiyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6798/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, onun ərizəsi üzrə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ilkin olaraq hakim maraqlı şəxsin məhkəməyə barışıq sazişinin etibarsızlığı ilə iddia qaldırdığını və hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etdiyini bildirdi. Nümayəndə isə maraqlı şəxsin qaldırdığı iddia tələbinin icraata götürülübgötürülmədiyini dəqiqləşdirmişdir. Məhkəmə isə icraata götürülmədiyini bildirmişdir. Daha sonra hakim artıq başqa bir bəhanə taparaq irəli sürülmüş ərizə üzrə sübutların olubolmasını aydınlaşdırdı. Ərizənin bu məhkəmə iclasında icraata götürülməsi məsələnin həll olunacağını bildirmişdir. Halbuki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Buna baxmayaraq hakim xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə icraata götürülmüş ərizənin yenidən icraata götürülməsi ilə bağlı qərar qəbul etmiş (həmin qərardad mövcud deyil) və məhkəmə iclasını xx.xx.2023-cü il tarixə saat 15:00-a təyin edilmişdir. Hakim maraqlı şəxsin qaldırdığı iddia üzrə 2(011)-6906/2023 saylı mülki işin icraata götürülməsi məsələsinin həll edilməsi üçün məhkəmə iclasını xx.xx.2023-cü il tarixə təxirə salmışdır, bununla da maraqlı şəxsin qanunsuz əməllərinə şərait yaratmışdır. Belə ki, maraqlı şəxs məhkəmə prosesini süni şəkildə uzatmaq məqsədilə guya barışıq sazişini imzalamadığını bildirmişdir. Halbuki, onun barışıq sazişindən məlumatı olmuş, hətta barışıq sazişinin bir nüsxəsini “nikahın pozulması” tələbinə dair iş üzrə hakim Əminə Abbasovaya təqdim etmişdir. Üstəlik, maraqlı şəxsin əsassız qaldırdığı iddia tələbi üzrə həmin mülki iş də X3 icraatındadır. Hazırki işin dayandırılması üçün sözü gedən məhkəmə işi hakim tərəfindən icraata götürülmüş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Halbuki, iddia ərizəsinin icraata qəbul edilməsi üçün əsaslar mövcud deyildi. Məhkəmə ərizəyə xx.xx.2023-cü il tarixdə baxaraq yekun məhkəmə aktı çıxarmalı olduğu halda bunu etməmişdir. Halbuki, MPM-nin tələbinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə 10 gün müddətində baxılmalıdır. Lakin məhkəmə prosessual pozuntu edərək digər mülki işi əsassız olaraq icraata götürməyə vaxt vermiş və özü də icraata götürərək hazırki işin icraatını dayandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6798/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılmanın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 170.1 və 254.1.4-cü maddələrinə əsasən hesab etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsində iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “12 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-006510 nömrəli Barışıq Sazişinin etibarsız hesab olunmasına” tələbinə dair 2(011)-6906/2023 saylı mülki işə baxılıb yekun qərar qəbul edilməyənədək hazırkı mülki işə baxmaq mümkün deyildir və buna görə də 2(011)-6798/2023 saylı mülki iş üzrə icraat dayandırılmalıdır. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir Mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Başqa sözlə, Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələblərinə müvafiq olaraq iş üzrə icraatın dayandırılması hallarını nəzərdə tutan qanunvericiliyin mənasına görə iş üzrə icraatın dayandırılması dedikdə, işin sonrakı hərəkətinə, o cümlədən işin mahiyyəti üzrə baxılaraq həll olunmasına mane olan və qanunvericilikdə bilavasitə nəzərdə tutulan müəyyən halların yaranması (baş verməsi) ilə əlaqədar olaraq prosessual hərəkətlərin müvəqqəti kəsilməsi başa düşülür. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, 12 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-006510 nömrəli Barışıq Sazişinin etibarsız hesab olunması barədə iddia tələbinə dair iş üzrə qəbul ediləcək məhkəmə aktının həmin Barışıq sazişinin təsdiq edilməsinə dair hazırki ərizəyə mahiyyəti üzrə baxılmasına maneə deyildir. Belə ki, iş materiallarında olan “12 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-006510 nömrəli Barışıq Sazişinin etibarsız hesab olunması” tələbinə dair 2(011)-6906/2023 saylı mülki işdə olan iddia ərizəsindən görünür ki, iddiaçı Maraqlı şəxs barışıq sazişini bağlamaması, onu imzalamaması əsası ilə sözügedən Sazişin etibarsızlığını mübahisələndirmişdir. Hazırki iş üzrə Maraqlı şəxs statusundadır.Kollegiyanın qənaətinə görə Maraqlı şəxs 12 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/12/2023- 006510 nömrəli Barışıq Sazişinin etibarsızlığı üçün əsas saydığı halları ona qarşı qaldırılmış12 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/12/2023- 006510 nömrəli Barışıq sazişinin təsdiq edilməsi və s. barədə olan iş üzrə də irəli surmək hüququndan istifadə etməsinə heç nə maneə deyildir. Bu onun prosessual hüquqlarından biridir. Başqa sözlə, Maraqlı şəxs sözügedən sazişin qanuniliyi ilə bağlı mövqeyini hazırki işin baxılmasında bildirə bilər və bu mövqeyinin hüquqi əsasları olduğu halda hazırki iş üzrə ona qarşı olan ərizənin təmin edilməməsi ehtimalı vardır. Buna görə isə hazırki işin dayandırılmasına hüquqi zərurət olmamasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan mübahisələndirilən qərardad ləğv olunmalı, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6798/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-6432/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6432/2023
19.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver