Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6452/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1192/2015 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomaşının mülkiyyət sənədi ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Eyni zamanda iddiaçı “Nikoyl” X4 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6473 manat 07 qəpik məbləğində əsas borcun, 2441 manat 19 qəpik məbləğində faiz borcunun, 1004 manat 51 qəpik məbləğində dəbbə pulunun, ümumilikdə 9918 manat 77 qəpik məbləğində borcun, habelə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində və bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat məbləğində pulun tutulması, tutmanın sonuncuya məxsus “VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 1192/2015 saylı qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, “VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomobil qeydiyyat şəhadətnaməsi ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılması, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, “Nikoyl” X2 iddiasının qismən təmin edilməsi, İddiaçı 30 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6473 (altı min dörd yüz yetmiş üç) manat 07 (yeddi) qəpik məbləğində əsas borc, 2441 (iki min dörd yüz qırx bir) manat 19 (on doqquz) qəpik məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 9014 (doqquz min on dörd) manat 26 (iyirmi altı) qəpik məbləğində pul vəsaiti “Nikoyl” X2 xeyrinə tutulması, “VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomobilə tutma yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan məbləğ hesabına İddiaçı “Nikoyl” X1 9014 (doqquz min on dörd) manat 26 (iyirmi altı) qəpik məbləğində borcun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pulun İddiaçı tutularaq “Nikoyl” X3 ödənilməsi qət edilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-1192/2015 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, xx.xx.2015-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və hazırda icra şöbəsinin icraatındadır.
5. 06.08.2025-ci il tarixdə İddiaçı nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil “icra sənədinə izah verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin hansı ardıcıllıqla icra edilməsinin izah edilməsi və nəqliyyat vasitəsinin satılıb əldə edilən məbləğin banka olan borcun ödənilməsi hissəsində icra olunanadək borclunun pensiyasından tutulmanın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, 10 iyul 2025-ci il tarixində məlum olmuşdur ki, İddiaçı hesablanmış pensiyasından sərancam əsasında 334.30 (üç yüz otuz dörd manat, otuz səkkiz qəpik) pul tutulmuşdur. Tərəfindən Kapital banka müraciət edilmiş, onlar hesabdan çıxarış verimiş və bildirilmişlər ki, tutma icra məmurunun sərəncamı əsasında olmuşdur. Binəqədi rayon İcra şöbəsinə müraciət edilmiş və məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001 )-1192/2015 saylı 13 fevral 2015-ci il tarixli qətnaməsi üzrə 2 icra vərəqəsi vermişdir, 1-ci icra vərəqəsində yazılmışdır: “İddiaçı iddiası təmin edilsin. “VAZ-21144” markalı ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomobil qeydiyyat şəhadətnaməsi ilə birlikdə Cavabdeh1 Əli oğlundan və Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın ”. Bu hissə icra vərəqi icra üçün Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədova verilmişdir. 2-ci icra vərəqində yazılmışdır: - “İddiaçı 30 noyabr 2011-cil tarixli kredit müqaviləsi üzrə yaranmış 6473 (altı min dörd yüz yetmiş üç) manat 07 (yeddi) qəpik məbləğində əsas borc, 2441 (iki min dörd yüz qırx bir) manat 19 (on doqquz) qəpik məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 9014 (doqquz min on dörd) manat 26 (iyirmi altı) qəpik məbləğində'pul vəsaiti “Nikoyl” X2 xeyrinə tutulsun. “VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomobilə tutma yönəldilərək açıq hərracdan satılsın və satışdan əldə olnunan məbləğ hesabına İddiaçı “Nikoyl ” X1 9014 (doqquz min on dörd) manat 26 (iyirmi altı) qəpik məbləğində borcu ödənilsin ”. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul İddiaçı tutularaq “Nikoyl” X3 ödənilsin ”. Məhkəmənin qətnaməsinin qət etdi hissəsindən göründüyü kimi əvvəlcə “VAZ21144” markalı ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ın, ******* mühərrik nömrəli avtomobil qeydiyyat şəhadətnaməsi ilə birlikdə Cavabdeh1 Əli oğlundan və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalı, bundan sonra “VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomobilə tutma yönəldilərək açıq hərracdan satılmalı və satışdan əldə olunan məbləğ hesabına İddiaçı “Nikoyl ” X1 9014 (doqquz min on dörd) manat 26 yirmi altı) qəpik məbləğində borcu ödənilməlidir. Lakin bu məhkəmə qətnaməsi üzrə 2 icra vərəqi verildiyindən icra məmuru Aqil Cəbiyevdə olan tələbkar “Nikoyl” X1 9014 (doqquz min on dörd) manat 26 (iyirmi altı) qəpik məbləğində icra hissəsi icra edilir, lakin tələbkar İddiaçı aid hissəsi (icra məmuru Ruslan Məmmədov) isə icra edilmir. Ona görə də məhkəmə bu qətnaməni hansı ardıcıllıqla icra edilməli olduğunu izah etməli və eyni zamanda VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, U14347 mühərrik nömrəli avtomobilə tutma yönəldilərək açıq hərracdan atılmalı və satışdan əldə olunan məbləğ hesaba İddiaçı banka olan borcu bağlanılmalı, həmin vaxta qədər isə İddiaçı pensiyasından pul tutulması dayandırılmalıdır. Bu hissə üzrə icra vərəqi Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevə verilmişdir.
7. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1192/2015 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim - Elnarə Vəliyeva) ilə izah verilməsinə dair ərizəsi rədd edilmiş, ərizənin “İddiaçı pensiyasından pul tutulmasının dayandırılması” hissəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.
8. Həmin qərardaddan iddiaçı tərəfindən verilən şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
11. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
12. Ərizəni təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizənin əsası bir qətnamə üzrə iki icra sənədi verilməklə, həmçinin avtomobilin qaytarılması hissəsində qətnamənin icra edilməməsi ilə əsaslandırılsa da, məhkəmə bununla bağlı qeyd edir ki, iki bir biri ilə əlaqəli olan müstəqil tələblər bir icraatda məhkəmə qərardadı əsasında birləşdirildiyindən məhkəmə tərəfindən həmin tələblər üzrə tələbkar və borclu fərqli şəxslər olduğundan haqlı olaraq iki icra sənədi verilmişdir. “VAZ-21144” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı, XTA211440C5069800 ban, ******* mühərrik nömrəli avtomobil qeydiyyat şəhadətnaməsi ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmasına dair icra sənədinə aid olan icra işi məhkəmə tərəfindən götürülmüş və müəyyən edilmişdir ki, icra məmuru tərəfindən avtomobil barəsində axtarış verilmiş və müvafiq dövlət orqanlarına bu barədə məlumat verilmiş, lakin axtarış nəticəsiz qalmışdır.
13. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında xx.xx.2005-ci il tarixli qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
15. Normanın məzmunundan göründüyü kimi, qətnamənin izah olunması üçün məhkəməyə o halda müraciət edilə bilər ki, qətnamə aydın və ya dəqiq olmasın.
16. Hazırkı icra sənədində aydın olmayan bir hal müəyyən olunmamışdır. Hazırda izah verilməsi üçün müraciət olunan qətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi icraya yönəldilmiş və tam aydın olduğundan qanuna müvafiq qaydada icra olunmalıdır.
17. Avtomobilin iddiaçıya qaytarılmasına dair icra sənədinə aid olan icra işindən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən avtomobil barəsində axtarış verilmiş və müvafiq dövlət orqanlarına bu barədə məlumat verilmiş, lakin axtarış nəticəsiz qalmışdır.
18. Göründüyü kimi, avtomobilin tapılmaması səbəbindən onun iddiaçıya qaytarılmaması və müvafiq olaraq da onun hərraca da çıxarılmaması, öz-özlüyündə məhkəmə qətnaməsinə əsasən tutulmalı pul məbləğinin ümumi qaydada icrasının təmin edilməsinə, yəni qətnamə ilə müəyyən olunmuş məbləğin müstəqil surətdə tutulmasına əngəl olmadığından, buna dair qətnaməyə izah verilməsinə də zərurət qalmır.
19. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq hesab edir ki, ərizənin təmin edilməsindən imtinaya dair qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
22. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1192/2015 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, hazırda qüvvədə olan prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutlmamışdır.