Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6458/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdeh3 iştirakı ilə Yasamal rayon Məhkəməsinin 2(004)-4287/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müzəffəq qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4287/2019 saylı qətnaməsi ilə İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4287/2019 saylı qətnaməsindən həmin mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Yasamal rayon məhkəməsinin 2(004)-4287/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4287/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yasamal rayon məhkəməsinin 2(004)-4287/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh3 izahatını dinləyib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4287/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4287/2019 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlanılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehləri apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gələrək, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsi ilə müəyyən edilmiş məzmununa dair tələblərə tam əməl olunmamasını göstərmişdir. Belə ki, apellyasiya şikayətinin məzmun tələblərinə riayət edilməyərək şikayəti verən şəxslərin iş yeri, yaşayış yeri, yaxud olduğu yeri göstərilməmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4287/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müzəffəq qızı tərəfindən verilmiş şikayətdə, eləcə də iş materiallarına əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, cavabdehlər yaşadıqları ünvanı qeyd etmişlər. Kollegiya hesab edir ki, Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, birinci instansiya məhkəməsi işə yenidən baxarkən tərəflərin iştirakını təmin etməklə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4287/2019 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Kollegiya, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 405.0.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4287/2019 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlanılması üçün iş Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6458/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6458/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver