Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6461/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Sevda Kazımovanın iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)-2299/2021 saylı qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, zərurət yarandığından icraatda olan mübahisəli ünvan 1 ünvanda olan 94 nömrəli mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Səbəbi isə həmin mənzilin giriş qapısının açarı icra orqanı tərəfindən qanunsuz olaraq (onların məlumatı olmadan) dəyişdirilmişdir. Bu iş üzrə iddianın təmin edilməməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə (və ya qeyri-mümkün edə) bilər. Qeyd edilənlərə əsasən iddianı təmin etmək üçün müvafiq tədbir görülməsini – mülkiyyətində olan ünvan 1 ünvanda olan 94 nömrəli mənzilin üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsini cavabdehlər və 3-cü şəxslərə qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)-2299/2021 saylı qərardadı ilə mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)- 2299/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(006)-2299/2021 saylı, qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərində həbs qoyulmaqla əlaqədar tədbir görə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İş materiallarında olan sənədlərə əsasən üzərinə həbs qoyulması xahiş edilən daşınmaz əmlakın mülki mübahisənin həlli nəticəsində mülkiyyət hüququ ilə cavabdehin adına keçdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası mübahisəli əmlakın üzərinə həbs qoyulmasının gələcəkdə həmin əmlakın mülkiyyətçisi olan hüquqi şəxsin mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnəcəyini nəzərə alaraq hesab edir ki, hazırki iddianı təmin etmə tədbirinin tətbiqi yolverilməzdir. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)-2299/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6461/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6461/2021
22.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver