Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6461/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 7.606 manat tələb olunub. Bu məbləğə daxildir: 1) 7.106 manat əldən çıxmış fayda, yəni xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan 11 ay üçün hər aya görə 646 manat; 2) 500 manat dəbbə pulu. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əldən çıxmış fayda kimi 7.106 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, bina № 8-də yerləşən 21 və 22 №-li qeyri-yaşayış sahələri ilə bağlıdır. Tərəflərin arasında həmin sahələrə dair icarə müqaviləsi olub, iddiaçı "xxxx" MMC icarəyə verən, cavabeh Cavabdeh isə icarəçidir. Hər sahəyə dair ayrıca icarə müqaviləsi bağlanıb, iki müqavilə üzrə cəmi 646 manat aylıq icarə haqqı ödənilməsi müəyyən olunub. Bundan əvvəl həmin sahələrə dair tərəflərin arasında məhkəmə mübahisəsi olub, hər iki tərəf bir-birinə qarşı iddia verib. Nərimanov RM-nin xx.xx.2001-ci il tarilxi qətnaməsi ilə qət olunub ki, "xxxx" MMC-nin ilk iddiası qismən təmin edilsin, Cavabdeh səhələrdən çıxarılsın və sahələr boşaldılaraq MMC-yə təhvil verilsin, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilə kimi olan 1 il 9 ay üçün hər ay 646 manat olmaqla cəmi 13.566 manat icarə haqqı Cavabdeh tutularaq MMC-yə verilsin. Bundan başqa, həmin qətnamə ilə qət olunub ki, qeyri-yaşayış sahəsinə çəkilmiş xərcin əvəzi kimi 19.605 manat MMC-dən tutularaq Cavabdeh verilsin. Göründüyü kimi, xx.xx.2021-ci ildək icarə haqqının tutulması qət olunub. Lakin həmin tarixdən sonra cavabdeh sahələri boşaltmayıb. Ona görə də iddiaçı tələb edir ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan 11 ay üçün hər aya görə 646 manat ödənilsin. Müəyyən olunur ki, sahələr həmin müddətdə cavabdehin qanunsuz sahibliyində olub. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Nərimanov RM 11 ay üçün əldən çıxmış fayda formasında zərərin əvəzi kimi 7.106 manat (11 ay x 646 manat) tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6461/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6461/2022
04.11.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver