Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6467/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 oğlunun iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1156/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “VAZ-21099” markalı, 20-SJ497 dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq ona verilməsi, bu mümkün olmadıqda avtomobilin dəyəri olan 4500 manat məbləğində pulun cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyət hüququ ədsasında özünə məxsus olan “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 20 oktyabr 2017-ci il tarixdə 4 saylı Notariat kontorunda 4500 manat pulun müqabilində 1 il müddətində idarə etmək üçün ona etibarnamə vermişdir. Bundan sonra onlar razılığa gəlmişlər ki, gələcəkdə maşın üzərində mülkiyyət hüququ onun adına keçiriləcəkdir. Bir müddət keçdikdən sonra o, qızı X1 həyat yoldaşı Cavabdeh2 maşını sürmək üçün etibarnamə vermişdir. Sonradan isə Cavabdeh2 onun xəbəri olmadan Cavabdeh1 ilə birlikdə “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmış, onun ödədiyi 4500 manat məbləğində pulu Cavabdeh1 ona qaytarmamışdır. Bakı şəhəri Qaradaq Rayon Məhkəməsinin 2(002)-1156/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1156/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında özünə məxsus olan “VAZ-21099" markalt, 20-SJ- 497 dövlət qeydiyyat nişanlı minik avtomobilini 20 oktyabr 2017-ci il tarixdə 4 saylı Notariat kontorunda 4500 manat pulun müqabilində 1 il müddətində idarə etmək üçün ona etibarnamə vermişdir. Bundan sonra razılığa gəlmişdilər ki, gələcəkdə maşın üzərində mülkiyyət hüququ onun adına keçiriləcəkdir. Bir müddət keçdikdən sonra o, qızı X1 həyat yoldaşı Cavabdeh2 maşını sürmək üçün etibarnamə vermişdir. Sonradan isə Cavabdeh2 onun xəbəri olmadan Cavabdeh1 ilə birlikdə “VAZ-21099" markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmış, ödədiyi 4500 manat məbləğində pulu Cavabdeh1 ona qaytarmamışdır.Məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi 05.05.2021-ci il tarixdə işə baxaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdr.Aşağıda göstərdiyi səbəblərə görə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qətnaməsindən narazıdır. Qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, onun əleyhinə ədalətsiz qərar qəbul edilmişdir.Onun göstərdiyi dəlil və mühazələrə məhkəmədə hüquqi qiymət verməmiş, qətnamə qəbul etmişdir.Onun tərəfimdən cavabdehə maşın sürmək üçün verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona maşını və pulu qaytarmaq əvəzinə heç nə verməmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona 3.600,0 manat borcu olmuşdur.Həmin borcun əvəzinə 2700,0 manata maşın almışdır.İzahatında göstərmişdir ki, o da bu maşını, yəni VAZ-21099" markalt, 20-SJ- 497 dövlət qeydiyyat nişanlı minik avtomobilini 2700,0 manata satmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, mübahisəli nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da əslində nəqliyyat vasitəsi onun qohumunundur.Odur ki, etibarnamə verərkən heç bir marağı olmamış və indi də heç bir tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 24 oktyabr 2017-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini İddiaçı “sürücük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yetirə yetirməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər” səlahiyyəti verir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nun yazılı ərizəsindən və izahatından müəyyən olunur ki, o, VAZ-21099" markalt, 20-SJ- 497 dövlət qeydiyyat nişanlı minik avtomobili 2700,0 manata satmış, əldə etdiyi pul məbləğini iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ vardır.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradaq Rayon Məhkəməsinin 2(002)-1156/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh2 oğlundan 2700,0 (iki min yeddi yüz) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə və digər Cavabdeh1 münasibətdə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6467/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6467/2021
07.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver