Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6467/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızına, X5, Əli-X31 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-yə, «Kamilla MMC»-yə, X15, Cavabdeh4, X4rşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh4, X10 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızına, X5, Əli-X31 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-yə, «Kamilla MMC»-yə, X15, Cavabdeh4, X4rşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh4, X21 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə(tələbinin həcmini artıraraq iş İİİ cild səh. 202) cavabdehlər Cavabdeh1 Ağası qızından və X7 müştərək qaydada iddiaçı "xxxx" QSCnin xeyrinə: xx.xx.2011 -ci il tarixli 09R000005432 saylı Kredit Razılaşması üzrə 472156 ABŞ dolları əsas, 202374,50 ABŞ dolları faiz və 476229,34 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1150759,84 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli 009K**********04 saylı kredit razılaşması üzrə 30000 ABŞ dolları əsas, 30012,50 ABŞ dolları faiz və 152250 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 212262,50 ABŞ dolları borcun; xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları əsas, 1901,94 ABŞ dolları faiz və 2930 ABŞ bolları cərimə borcu olmaqla, ümumilikdə 14831,81 ABŞ dolları borcun; hər üç kredit razılaşması üzrə cəmi ******* (bir milyon üç yüz yetmiş yeddi min səkkiz yüz əlli dörd) ABŞ dolları 15(on beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 Ağası qızına məxsus: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi ev 94, mənzil 9-a yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması və cəmi 1377 854 (bir milyon üç yüz yetmiş yeddi min səkkiz yüz əlli dörd) ABŞ Dolları 15 (on beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 Ağası qızından, X2, Əli-X24, "Sabunçu Bazarı” ASCdən (əvvəlki adı "AMA” ASC), "Kamilla” MMC-dən və X8 müştərək qaydada tutulması; Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 94 saylı evin 9 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Ağası qızı, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan çıxarılmaları, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Ağası qızının həmin əmlakdan çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Ağası qızının həmin əmlakdan çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Ağası qızının həmin əmlakdan çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 03 noyabr 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Ağası qızından, X8, X2, Əli-X24, "xxxx" ASC-dən (əvvəlki adı "xxxx" ASC-dən), Cavabdeh6 MMC-dən müştərək qaydada 09R000005432 razılaşması üzrə 472156 ABŞ dolları məbləğində əsas kredit borcu, 202374,50 faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu, 09K**********04 nömrəli kredit razılaşması üzrə 29237,08 ABŞ dolları məbləğində əsas kredit borcu, 25484,99 ABŞ dolları faiz borcu, 50 manat cərimə borcu; 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində əsas kredit borcu 1901,94 ABŞ dolları faiz borcu, 500 manat cərimə borcu 3 kredit razılaşması üzrə ümumilikdə 1732691,5 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdehlər Cavabdeh1 Ağası qızından, X2, Əli-X24, "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-dən «Kamilla MMC»-dən, X8 tutulmalı olan məbləğ ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217, 218, 219 nömrəli bağ evlərinə, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, 9 saylı mənzilə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehlər Cavabdeh1 Ağası qızına X5, Əli-X31 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-yə «Kamilla MMC»-yə, X15 verilməsi, ipoteka predmetləri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 565300 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 119000 manat, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, mənzil 9-un ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 524500 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyərinin 112 000 manat məbləğində müəyyən olunması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, mənzil 9-un açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 Ağası qızından, X2, Əli-X24, "xxxx" ASC-dən (əvvəlki adı "xxxx" ASC), Cavabdeh6 MMC-dən və X8 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7, 8, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.2; Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 Ağası qızı, X11, Əli-X31 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-yə «Kamilla MMC», X12 müştərək qaydada tutulması hissəsində təmin edilə bilməz. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 Ağası qızından, X2, Əli-X24, "xxxx" ASC-dən (əvvəlki adı "xxxx" ASC), Cavabdeh6 MMC-dən və X8 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 Ağası qızından, X2, Əli-X24, "xxxx" ASC-dən (əvvəlki adı "xxxx" ASC), Cavabdeh6 MMC-dən və X8 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 17 fevral 2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)-8/2022 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması və qətnamənin “nəticə” hissəsinə aşağıdakı dəyişikliklər edilməsi: Kredit razılaşmaları üzrə tutulmalı olan pul məbləğləri - “manat” əvəzinə “ABŞ dolları” kimi oxunması qərara alınmışdır.
4. İşin icraatı zamanı müəyyən edilmişdir: - "AccessBank” QSC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, xx.xx.2011-ci il tarixli 09R000005432 saylı kredit razılaşması üzrə Cavabdeh1 Ağası qızının 478156 ABŞ Dolları kredit borcu, 54943 ABŞ Dolları faiz borcu və 122411,50 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 655510,53 ABŞ dolları borcu vardır; - "AccessBank” QSC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, xx.xx.2015ci il tarixli 09K**********04 saylı kredit razılaşması üzrə Cavabdeh1 Ağası qızının 30000 ABŞ Dolları kredit borcu, 3212,50 ABŞ Dolları faiz borcu və 31800 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 65012,50 ABŞ dolları borcu vardır; - "AccessBank” QSC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, xx.xx.2015-ci il tarixli 09KK**********01 saylı kredit razılaşması üzrə Cavabdeh1 Ağası qızının 9999,87 ABŞ Dolları kredit borcu, 1901,90 ABŞ Dolları faiz borcu və 250 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 12151,81 ABŞ dolları borcu vardır; - Cavabdeh1 Ağası qızı ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur; - Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 09R000005432 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ******* ABŞ dollar məbləğində kredit verilmişdir; - Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızı ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 009K**********04 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 Ağası qızına 30000 ABŞ dolları məbləğində kredit verilmişdir; - Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızı arasında İddiaçı QSC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq şərti ilə Cavabdeh1 Ağası qızına 10000 ABŞ dollar məbləğində kredit verilmişdir; - "xxxx" ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000471 saylı zaminlik müqaviləsinə və zamin «Kamilla MMC» arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000464 saylı zaminlik müqavilələrinə zaminlər kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Ağası qızı ilə birgə öhdəlik daşımağı öz üzərlərinə götürmüşlər; - Cavabdeh1 Ağası qızı ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000294 saylı ipoteka müqaviləsinə əsasən, Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 0,027166 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34,55 kv.m yaşayış, 66,1 kv.m köməkçi sahədən ibarət 218 nömrəli bağ evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir;- Cavabdeh1 Ağası qızı ilə AccessBank QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000295 saylı ipoteka müqaviləsinə əsasən, Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 0,026548 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 65,69 kv.m yaşayış, 159.1 köməkçi sahədən ibarət 219 nömrəli bağ evi "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir; - Cavabdeh1 Ağası qızı ilə AccessBank QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000302 saylı ipoteka müqaviləsinə əsasən, Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 0,118114 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 118,22 kv.m yaşayış, 435,45 köməkçi sahədən ibarət 217 nömrəli bağ evi "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir; - Cavabdeh1 Ağası qızı ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09M000000298 saylı ipoteka müqaviləsinə əsasən, Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov rayonu, Ak. M.Qaşqay küçəsində istifadədə olan 0,06513a torpaq sahəsində yerləşən 94 nömrəli, 14 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində 245.8 kv.m ümumi, 145.5 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 9 nömrəli mənzili "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 5 №-li reyestr kitabının 769 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 218 №-li bağ evinin Cavabdeh1 Ağası qızının kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır;- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 412 №-li reyestr kitabının 38333 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən, Bakı Bakı şəhəri Nərimanov rayonu, Ak.M.Qaşqay küçəsi 94, mənzil 9 Cavabdeh1 Ağası qızının kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 7 №-li reyestr kitabının 885 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 217 №-li bağ evinin Cavabdeh1 Ağası qızının kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 5 №-li reyestr kitabının 762 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 219 №-li bağ evinin Cavabdeh1 Ağası qızının kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır; - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Azadlıq” filialının Cavabdeh1 Ağası qızına, X5, Əli-X31, "xxxx" ASC-yə, «Kamilla MMC»-yə və X15 ünvanladığı xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktublarının məzmununa əsasən, müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmalarına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ondan məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2018ci il tarixli 15350 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Ağası qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli, 09R000005432 kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 Ağası qızının 02 sentyabr 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka olan borcu 620932,12 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə 494065.08 ABŞ dolları, faiz borcu üzrə 126867,04 ABŞ dolları; - Cavabdeh1 Ağası qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli, 009KK**********01 kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 Ağası qızının 02 sentyabr 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka olan borcu 13852,24 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə-9999.87 ABŞ dolları, faiz borcu üzrə 3852,37 ABŞ dolları; - Cavabdeh1 Ağası qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli, 009K00Q002124704 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 Ağası qızının 31 may 2017-ci il tarixədək (sonunçu iddia ərizəsində göstərilən tarixədək) banka olan borcu 35571,78 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2017-ci il tarixə əsas borc üzrə 29237,08 ABŞ dolları, faiz borcu üzrə 6334,70 ABŞ dolları; - Cavabdeh1 Ağası qızı ilə İddiaçı QSC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 09R000005432 saylı, xx.xx.2015ci il tarixli, 009KK**********01 saylı və 21 05.2015-ci il tarixli, 009K**********04 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 Ağası qızına cərimə hesablanmır; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-4 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsində yerləşən 94 saylı evin 9 saylı mənzilin bazar dəyəri 425000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-3 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evinin bazar dəyəri 130000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-2 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 218 saylı bağ evinin bazar dəyəri 165000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2018-ci il tarixli 91/1-1 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evinin bazar dəyəri ******* manat təşkil edir;- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/500 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 218 saylı bağ evinin bazar dəyəri 169000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/501 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evinin bazar dəyəri 134000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/502 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsində yerləşən 94 saylı evin 9 saylı mənzilin bazar dəyəri 430000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 noyabr 2018-ci il tarixli 01/503 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evinin bazar dəyəri ******* manat təşkil edir;- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2018-ci il tarixli 001- 21/NR/11-2018 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evinin bazar dəyəri 413784 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2018-ci il tarixli 002- 21/NR/11-2018 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 218 saylı bağ evinin bazar dəyəri 110000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2018-ci il tarixli 002- 21/NR/11-2018 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 218 saylı bağ evinin bazar dəyəri 110000 manat təşkil edir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2018-ci il tarixli 003- 21/NR/11-2018 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evinin bazar dəyəri 90000 manat təşkil edir; - "xxxx" MMMC-nin xx.xx.2021-ci il tarixli, 001 nömrəli arayışına əsasən, Cavabdeh1 Ağası qızının ailə üzvləri, X20, Cavabdeh4, Bakı şəhəri, Nərimanov Rayonu, M.Qaşqay küçəsi, ev 94, mənzil 9 saylı mənzildə yaşayırlar; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 dekabr 2021-ci il tarixli ƏEM/D 03-1126/21 nömrəli qiymətləndirmə hesabatının məzmununa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinin bazar dəyəri ******* manat, likvid dəyəri 980 000 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinin bazar dəyəri 125 000 manat, likvid dəyəri 112 000 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinin bazar dəyəri 144 000 manat, likvid dəyəri 130 000 manat; ünvan 1 ünvanında yerləşən evin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 217 №-li bağ evi Cavabdeh1 Ağası qızının adına 14 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 218 №-li bağ evi Cavabdeh1 Ağası qızının adına 14 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 219 №-li bağ evi Cavabdeh1 Ağası qızının adına 14 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ev Cavabdeh1 Ağası qızının adına 05 iyul 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2018-ci il tarixli 9/8165 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Ağası qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2011-ci il tarixli, 09R000005432 kredit razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 Ağası qızının xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan borcu 575903,58 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 987693,10 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 16.11 2016-cı il tarixə əsas borc üzrə 494065,08 ABŞ dolları, faiz borcu üzrə 81838,49 ABŞ dolları; xx.xx.2021-ci il tarixə əsas borc üzrə 494065,08 ABŞ dolları, faiz borcu üzrə 493628,02 ABŞ dolları. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göslərilənlərə əsasən, Cavabdeh1 Ağası qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 009K**********04 kredit razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 Ağası qızının 21 may 2017-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 35449,96 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 54722,07 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 29237,08 ABŞ dolları, faiz borcu üzrə 6212,88 ABŞ dolları. xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29237,08 ABŞ dolları, faiz borcu üzrə 25484,99 ABŞ dolları. Üçüncü sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Ağası qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 009KK**********01 kredit razılaşmasının şərtləri əsas götürülməklə Cavabdeh1 Ağası qızının xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan borcu 11973,93 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 23895,44 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2016-cı il tarixə əsas borc üzrə - 9999,87 ABŞ dolları, faiz borcu üzrə - 1974,06 ABŞ dolları. xx.xx.2021-ci il tarixə sas borc üzrə 9999,87 ABŞ dolları, faiz borcu üzrə 13895,57 ABŞ dolları; - “MBA LTD Məhdud Məsuliyyətli Cəmiyyəti Qiymətləndirmə Şirkətinin 21 iyun 2022-ci il tarixli MB-15/0639 nömrəli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evinin bazar dəyəri 665000 manat, likvid 565300 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evinin bazar dəyəri 140000 manat, likvid 119000 manat; Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, mənzil 9-un bazar dəyəri 617000 manat, likvid 524500 manat təşkil edir(iş səh.1-ci cild 15,16,17,18,19, 21-22, 24, 25-29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39-64, 187-191, 195-204, 216-21, 244.289, 2-ci cild 10-80, 88-119, 3-cü cild 118-171, 182-192, 233-250). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh1 Ağası qızı apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini tam ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1, 425.2, 477; Mülki Prosessual Məcəllənin 14,77, 102, 218.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassızdır və maddi və prosesual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır. Qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsində uyğunsuzluq vardır, məhkəmə iddia tələbi üzrə həcmdən kənara çıxaraq qərar qəbul etmiş, yanlış hesablamalar aparmışdır. İddia tələbi ümumilikdə cəmi bütün müqavilələr nəzərə alınmaqla 1 377 854 ABŞ dolları 15 sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması məzmununda olmasına baxmayaraq, məhkəmə nədənsə ümumilikdə 1732691,5 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc məzmunda qərarlaşdırılmışdır. Hakim öz qətnaməsində əsaslandırıcı hissədə qeyd edir ki, "Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, 09R000005432 nömrəli kredit razılaşması üzrə 472156 ABŞ dolları məbləğində əsas kredit borcu, 202374,50 faiz borcu olmaqla, cəmi 674530,5 ABŞ dolları məbləğində, 009K**********04 nömrəli kredit razılaşması üzrə 29237,08 ABŞ dolları məbləğində əsas kredit borcu, 25.484,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 54722,07 ABŞ dolları məbləğində borc, 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində əsas kredit borcu 1901,94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11901.81 ABŞ dollar məbləğində borc hər üç kredit razılaşması üzrə ümumilikdə cəmi 741154.38 ABŞ Dolları 38 sent məbləğində borc, Cavabdeh1 Ağası qızı, X11, Əli-X36, "xxxx" ASC (əvvəlki ad "xxxx" ASC)-yə «Kamilla MMC»- yə, X21 tərəfindən iddiaçıya ödəməlidirlər". Lakin "qət etdi" hissəsində hesab yanlışlığına yol verir və məbləği birdən birə 1732691,5 ABŞ dollarına qaldırır. Bundan əlavə, hakim diqqət etməmişdir ki, "Cavabdeh1 Ağası qızı ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L ********* saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən yalnız kredit xətti müəyyən olunur. Pul verilmir və yalnız verilməsi nəzərdə tutulur. Lakin pul verilmədən həm zaminlərin müqavilələri bağlanır, həm də ipoteka müqavilələr rəsmiləşdirilərək əmlaklar yüklü edilir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 09R000005432 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ******* ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızı ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015ci il tarixli 009K**********04 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 Ağası qızına 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızı arasında İddiaçı QSC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq şərti ilə Cavabdeh1 Ağası qızına 10000 ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit verilmədiyi halda Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla zamin X11 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000470 saylı zaminlik müqaviləsinə, zamin X21 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000466 saylı zaminlik müqaviləsinə, zamin Əli-X36 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000465 saylı zaminlik müqaviləsinə, zamin “AMA" ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000471 saylı zaminlik müqaviləsinə və zamin «Kamilla MMC» arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09S000000464 saylı zaminlik müqavilələrinə zaminlər kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Ağası qızı ilə birgə öhdəlik daşımağı öz üzərlərinə götürmüşlər. Birincisi, bankla əsas borclu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09L ********* saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti müqaviləsi mülki hüquqi nəticələr yaratmayan niyyət razılaşmasıdır, həmin müqaviləyə ilkin müqavilə kimi də qiymət verilə bilməz, onun əsasında tərəflər arasında hər hansı öhdəlik yaranmamışdır; İkincisi, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi andan bağlanmış sayılır, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması üçün hüquqi fakt baş verməlidir, hüquqi fakt olmadan hüquq münasibətləri yarana, dəyişə və xitam oluna bilməz, əsas borcluya real olaraq pul verilməmişdir, təkcə müqavilənin bağlanması yetərli deyil, əsas öhdəlik mövcud olmadığından zaminlərin də öhdəliyi yaranmamışdır. Zaminlərin müqaviləsi də, pul verilməyən müddətdə bağlanmış, sonradan verilən məbləğlərlə möhkəmləndirilməmiş və hansı məbləğə məsul olmaları bildirilməmişdir. Zaminlik müqaviləsi bağlayarkən əsas borclu bankdan real olaraq pul almamışdır. Lakin sonradan həmin müqavilələrə əsasən verilmiş məbləğlər onların iştirakı olmadan həyata keçirilmiş, nəticədə kreditin faizləri azalsa və ya artsa da, kreditin ödənilməsi müddəti də artırıldığından borc alanın ödəməli olduğu məbləğ artmış, bu isə öz növbəsində zaminin məsuliyyətini artırmışdır ki, bu da zaminliyə xitam verilməsi deməkdir. İddia tələblərini zaminlərə münasibətdə rədd edilməlidir. Tərəflər arasında pul-borc (kredit öhdəlik üzrə) münasibətləri olmuş, borc məbləği üzrə artıqlaması ilə illər üzrə ödənişlər olunmuş və bank tərəf şişirmə məbləğlərlə iddia vermiş və müqavilələri mübahisələndirmişdir. Bankın bu mövqeyə gəlməsinə səbəb isə istintaq orqanının təzyiq və təsiri ilə bağlanmış barışıq sazişinin məhkəmə qaydasında ləğvindən sonrakı vəziyyətdən yararlanmaqla verdiyi borc pul məbləğinin zamana münasibətdə əlavə üstünü almaq məqsədilə ipotekada olan əmlakların məhkəmə qaydasında alınması olmuşdur. Belə ki, iş materiallarına görə iddiaçı belə mövqedədir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla, əsaslandırmışdır ki, Cavabdeh1 Ağası qızına "xxxx" QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 09L000000372 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızına "xxxx" QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 09R000005432 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ******* ABŞ dollar məbləğində kredit verilmişdir. Cavabdeh1 Ağası qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 Ağası qızı götürdüyü kredit borcundan 701844 A8Ş dolları ödəmiş, onun 478156 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 009K**********04 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Ağası qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 009KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, qüvvədə olduğu müddətdə istənilən an qaytarmaq şərti ilə 10000 ABŞ dollar məbləğində kredit verilmişdir. Cavabdeh1 Ağası qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır”. Qeyd olunan iddia məzmunu əsasında bir neçə il araşdırma aparılmış, müvafiq sübutlar toplanmış və maraqlı vəziyyət formalaşmışdır. Belə ki, birinci icraat zamanı (X26 icraatında ) paralel olaraq Bankın Prokurorluq orqanlarına etdiyi qeyri-rəsmi və rəsmi olması bəlli olmayan müraciəti əsasında edilən təzyiqlər nəticəsində barışıq sazişi tərtib olunmuş və əmlaklar borc götürənin əlindən alınma təhlükəsi ilə müşayət olunan hüquqi müstəvi formalaşdığı razılaşma əldə olunmuşdur. Həmin barışıq sazişi ilə tərəfdən məbləğdə yekun məbləğdə pul istənilmiş və cavabdeh tərəfə bu pulun ödənilməməsi müqabilində aşağı qiymətləndirilən əmlakları banka verməsi öhdəlik formasına salınmışdır. Məhkəməninin tarixli qərardadı ilə həmin qərardad ləğv olunandan sonra iddiaçı bank aqressivləşmiş və iddia məbləğini dəfələrlə artırmaqla cavabdehlərin dairəsini genişləndirmişdir. Məhkəmə maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş və iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə cavabdehin hüquqi mövqeyini düzgün dəyərləndirməmiş və prosesdə təqdim edilən bank çeklərini düzgün tədqiqini təmin etməyərək əsl həqiqətin ortaya çıxmasına nail olmağa çalışmamış, lazımı halları araşdırmaqdan yayınmışdır. Məhkəmə diqqət etməmişdir ki, tərəflər arasında olan öhdəlik münasibətləri üzrə pul vəsaiti ödənilmiş və iddiaçı əlavə cərimə faizi almaq məqsədilə tələb irəli sürmüşdür. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hakim qeyd olunan halları öz qətnaməsində müəyyən etdiyini yarımçıq halda qeyd etsə də, tərəflərə hüquqi yanaşmadan ayrıseçkilik tətbiq etmiş, izahatları təhrif etmiş və tələb üzrə iddia müddətinin keçməsinə də əhəmiyyət verməyərək ədalətsiz qətnamə qəbul etmişdir, birinci instansiya məhkəməsində icraat zamanı tərəflər barışıq sazişi təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızına və X15 qarşı«kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin qeyd edilən şərtlər daxilində təsdiq edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunduğu kimi, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-6/2019 saylı qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Həmin barışıq sazişinin 6-cı bəndinə görə Cavabdeh1 Ağası qızı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evini və Bakı şəhəri, Nərimanovrayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilini 634155 ABŞ Dolları 87 sent məbləğində borc öhdəliyinin əvəzində İddiaçı QSC-nin mülkiyyətinə vermişdir. Həmin qərardad icra olunmuşdur. Demək, iddiaçı Bank qeyd olunan borc məbləğini qəbul etməklə onu qane edən məbləğin bu həddə olduğunu aşkar nümayiş etdirmişdir. Sonradan isə tələbin həcmini görün əsassız yerə nə qədər qaldırmışdır. Bu isə əks tərəfin bərabərlik və dürüstlük prinsiplərinin gözlənilməməsinə dəlalət edir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də, dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Cavabdehlər Cavabdeh1 Ağası qızı, X21 və maraqlı şəxslər Cavabdeh4, Cavabdeh5 tərəfindən həmin qərardaddan şikayətlər verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, şikayətlər təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3241/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı ləğv edilərək, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırkı vəziyyətdə isə iş materiallarına cavabdeh-borclular tərəfindən ödənilmiş pul vəsaitlərinin qəbzləri təqdim edilərək yenidən hesablanma aparılması və borcun əsas məbləğinin müəyyən olunması xahiş olunsa da, buna məhkəmə razılıq verməmiş və vəsatəti təmin etməyərək tələm-tələsik qətnamə qəbul etmişdir. Məhkəmə o qədər tez qərar qəbul etməyə meyilli olmuşdur ki, qətnamədə hesablamada yanlışlığa yol vermiş iddia tələbinin həcmindən kənara çıxmışdır. Digər bir tərəfdən məhkəmə tərəfkeşliyə yol vermiş sübutları düzgün dəyərləndirməmişdir.İddiaçının vəsatəti ilə bir neçə dəfə qiymətləndirilmə keçirilmiş və Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinə tutma yönəldildikdən sonra və həmin əmlakın satıldıqdan 1 ay sonra Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli, 218 nömrəli və 219 nömrəli bağ evlərinin likvid dəyərinin özlərinə sərf edən məbləğdə müəyyənləşdirilməsi istənilmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)08/2022 saylı qərardadı ilə məhkəmə “İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ağasıqızına və X15 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsin və ekspert qarşısında aşağıdakı məsələnin həlli qoyulsun. 1. İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəlibağ evi; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evi; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzilin hazırkıbazar və likvid qiyməti nə qədərdir? Ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertinə həvalə olunsun və onlara, Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsin.” qərarlaşdırmışdır. Qərardad əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli № MB -15/0639 saylı Hesabatı tərtib olunmuşdur. Hesabatla Cavabdeh1 mülkiyyətində olan 217 nömrəli bağ evinin bazar qiyməti 665000, likvid qiyməti 565300 manat, 219 nömrəli bağ evinin bazar qiyməti 140000, likvid qiyməti 119000 manat, 219 nömrəli bağ evi müəyyən olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilin bazar qiyməti 617000, likvid qiyməti isə 524500 manat müəyyən edilmişdir. Bundan əvvəl isə "xxxx" MMC nin rəyi əldə olunmuş və 217 nömrəli bağ evinin bazar qiyməti 413784 - ******* manat, 218 nömrəli bağ evinin bazar qiyməti 91667 - 125000 manat, 219 nömrəli bağ evinin bazar qiyməti 69735 - 144000 manat arası dəyişdıyi müəyyən edilmişdir. Bu araşdırmadan əvvəl isə başqa bir mütəxəssis rəyi mövcuddur. Məhkəmə isə öz qətnaməsini belə əsaslandırmışdır ki,“"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qiymətləndirmə Şirkətinin 21 iyun 2022-ci il tarixli MB-15/0639 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evinin bazar dəyəri 665000 manat, likvid 565300 manat; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evinin bazar dəyəri 140000 manat, likvid 119000 manat; Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, mənzil 9-un bazar dəyəri 617000 manat, likvid 524500 manat təşkiledir. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217, 219 nömrəli bağ evlərinə və ünvan 1 ünvanında yerləşən evinə münasibətdə "xxxx" MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə münasibətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə hesabatı əsas götürülməlidir”. Bütün bu prosedurlardan müəyyən olunur ki, iddiaçı Bank öz mövqeyinə uyğun qiymət müəyyən etməyə çalışmış və hardasa buna nail ola bilmişdir. Bütün bu hesabatlar, rəylər ekspert dəyərləndirməsi deyildir. Bunlar yalnız müəyyən mütəxəssis yanaşmasdır. Bu isə xüsusi biliyə malik olan ekspert rəyinə dəqiq nəticə demək deyildir. “Qiymətləndirmə fəaliyyəti haqqında“ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Tələbkar Bank uzun müddətdir ki, yüklülük altında saxladığı əmlakların aşağı qiymətə dəyərləndirilməsini israrla tələb edir. Bu isə ədalətli və doğru deyildir. AR MPM-nın 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Mülki Məcəllənin 16, 17 və 18-ci maddələrində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinin məzmununda qeyd olunur ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı vəziyyətdə xüsusi,özəl qurumların vermiş olduğu mütəxəssis rəyi mötəbər əsaslara malik deyildir. Halbuki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu qəbildən olan ekspertiza tdqiqatlarının aparılması səriştəsi vardır, səlahiyyətlidirlər və mötəbərliyi şübhəsizdir. Ona görə də, hesab edir ki, işin faktiki halları və toplanmış hüquqi sənədlərin tədqiqi onu göstərir ki, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli və rəyin verilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməlidir. AR MPM-nın 102-ci maddəsinin məzmununa əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İşin faktiki halları ilə əlaqəadar isə əlavə bildirir ki, uzun illər halal zəhmətləri ilə ailə büdcələrinə yığdıqları pul vəsaiti əsasında ünvan 4 ünvanında yerləşən bazarın rəhbərliyini etmiş və oranı idarə edərək əhaliyə xidmət göstərilməsini təşkil etmişdir. Hələ Sovet dövründən, daha dəqiq 1995-ci ildən idarəçiliyimdə olan bazarın sənədləşdirilməsi müasir Azərbaycan Dövlətinin müstəqilliyi dövründə mümkün olmuş və Dövlət Əmlak Komitəsinin 25 oktyabr 2000-ci il tarixli 267 sayılı Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “5 saylı Bazarın” bazasında 12 sentyabr 2001-ci il tarixdə "xxxx" ASC-i yaradılmışdır. 17 yanvar 2007-ci il tarixində bazar "xxxx" ASC adlandırılaraq müvafiq qaydada Dövlət Qeydiyyatına alınmış, müəssisənin səhmləri qızı X1 aldırmaqla adı çəkilən "xxxx" ASC tərəfindən sahibkarlıq fəaliyyətinə başlanılmışdır. Həmin vaxtdan etibarən 06 avqust 2013-cü il tarixədək "xxxx" ASC-nin fəaliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun qaydada təşkil olunmuş, qanunvericilikdə nəzərdə tutulmuş bütün vergi ödənişləri tərəflərindən ödənmişdir. X35 rəhbərliyi ilə ölkədə aparılmış uğurlu iqtisadi islahatların verdiyi imkanlardan yararlanmaqla sahibkarlıq fəaliyyətini genişləndirmək istəyirdi ki, ölkənin canına daraşmış korrupsioner vəzifəlilərin məkirli planlarının qurbanına çevrildi və əmlakları talandı. O, aldadılaraq məkirli və məqsədli şəxslərin qurmuş olduğu tələyə salındı və bazarları əllərindən alınaraq faktiki idarəçiliklərindən çıxarıldı. Belə ki, ilk öncə 2006-cı ildə həmin cinayətkar dəstənin fəal üzvləri, keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun yaxın adamları kimi özlərini qələmə verən X13, X28, X17, X18 adlı şəxslər və qeyrilərinin qurduqları hiyləgər planların nəticəsində əmlakın başqa şəxslərin adına sənədləşdirilməsi təşkil olunmuş, əvvəlcədən düşünülmüş və planlanmış qaydada mütəşəkkil dəstənin digər üzvü olan və hazırda həbsdə olan "xxxx" MMC-nin X27 Rasim Məmmədova ötürülməsi təşkil edilmişdir. xx.xx.2013-cü il tarixdə R.Məmmədov tərəfindən özünün qanunsuz maliyyələşdirirərək saxladığı idmançı cüssəli altmış nəfərdən çox əli silahlıları bazara daxil olmaqla zorakı və özbaşına müdaxiləsi nəticəsində işçilər ofisdən uzaqlaşdırılmış, onlar bazarın idarəçiliyindən kənarlaşdırılaraq əmlakları əllərindən alınmışdır. Quldurluq edən həmin banda üzvləri ofislərindəki seyfi sındıraraq orada xeyli miqdarda pul məbləğini və sənədləri götürmüş, əmlaklarınaa maddi ziyan vurmuşlar. Bu gün də, bazara girə bilmirlər və orada idarəçilik Rasim Məmmədovun şəriki olan X14 ana qohumu erməni millətindən olan Levon Yuryeviç tərəfindən idarə olunur. Bunları ona görə sadlayır ki, Bank da bilir. Bu kredit məhz həmin bazara görə verilmişdi. Hətta verilmiş son az miqdarda olan məbləğlər bazarın təhlükəsizlik qurğularının təmin olunmasına yönəltmişdi. Ödənişlər də vaxtlı vaxtında ödənirdi. Bazar əllərindən alınandan sonra ödənişlərdə axsamalar oldu və razılamalarını yerinə yetirmək imkanları məhdudlaşdı. Əllərində banka ödənilən pul qəbzləri vardır. İllər ərzində banka ******* manatdan artıq miqdarda pul ödənilmişdir. Məhkəmədə bu qəbzlər nəzərə alınmaqla təkrar məhkəmə-mühasibatlıq eksperetizasının keçirilməsi xahiş edilsə də, hakim bunu təmin etməmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarışa etibar etmək düzgün olmazdı. Fakt əllərində ödəniş qəbzləri mövcuddur. Bunlar tərəfin borcunun qeyd olunan həddə olmamasına dəlalət edir.
6. Cavabdeh4 və X21 apellyasiya şikayətlərini Cavabdeh1 Ağası qızı ilə eyni məzmunda əsasandırmış və Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini tam ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
7. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, bank ilə cavabdehlər arasında məhkəmə mübahisələri 2016-cı ildən etibarən davam edir. Keçən müddət ərzində bank tərəfindən dəfələrlə mübahisənin həlli üçün təşəbbüs göstərilmiş, cavabdehlərə güzəştlər təklif edilmişdir. Nəhayət birinci instansiya məhkəməsində barışıq sazişi bağlanması barədə razılıq əldə edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Lakin daha sonra cavabdehlər saziş üzrə üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirməmiş, sazişi mübahisələndirmişlər. Barışıq sazişi ləğv edildikdən sonra Nərimanov Rayon Məhkəməsində işə mahiyyəti üzrə baxılması davam etdirilmiş və iş üzrə növbəti dəfə mühasibatlıq və əmlak qiymətləndirməsi ekspertizaları təyin edilmişdir. Apellyasiya şikayətəri eyni məzmunludur, hər birində eyni dəlillər təkrarlanır. Ona görə də hazırki etiraz ərizələri hər üç apellyasiya şikayətinə münasibətdə təqdim edilir. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsinin qeyri-qanuni olduğunu, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etsə də, pozuntuların mövcud olması iş materialları ilə təsdiqini tapmır. Apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır. Şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-8/2022 saylı qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Qətnamə qanuni və əsaslıdır. Qətnamənin qanuniliyi dedikdə mülki işə mahiyyəti üzrə baxılıb onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq edilən faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya şikayətinin birinci dəlili borc məbləğinin düzgün müəyyən edilməməsi barədədir. Bununla bağlı bildiririk ki, kredit müqaviləsinin şərtlərinə görə, borcalan aldığı kredit məbləğini və kreditə görə razılaşdırılmış faizləri müəyyən edilmiş cədvələ əsasən ödəmək öhdəliyini üzərinə götürmüşdür. Kreditor müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, borcalan müqavilə öhdəliyinə vaxtında və lazımi qaydada əməl etməmişdir. Keçən müddət ərzində cavabdehlər tərəfindən mövcud borcdan heç bir ödəniş edilməmişdir. Borc məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmışdır. İş üzrə iki dəfə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmişdir. Borc məbləğləri ekspert rəyinə uyğun müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği azaldılarkən borclunun mənafeləri nəzərə alınmışdır. Apellyasiya şikayətinin ikinci dəlili ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədədir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cti maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyin tələbindən də görünür ki, əmlakların dəyəri barədə tərəflər arasında mübahisə olduqda qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsində dəfələrlə qiymətləndirmə ekspertizası təyin edilərək keçirilmiş, iş üzrə rəylər alınmışdır. İş üzrə ilk iki rəydə əmlakların yalnız bazar dəyəri müəyyən edilmişdir. Sonuncu iki rəydə isə əmlakların həm bazar həm də likvid dəyəri müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq sonuncu qiymətləndirməni həyata keçirən MBA Consulting MMC-nin rəyini əsas götürmüşdür. Belə ki MBA Consuting MMC-nin rəyi digər qiymətləndiricilərinə rəyinə əsasən daha ətraflı şəkildə əsaslandırılmışdır. Qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodu təsvir edilmiş, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə edilməklə konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin dəyərinin necə hesablandığı göstərilmişdir. MBA Consulting MMC-nin rəyində əmlakların fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olaraq bazar və likvid dəyərinin təsvir edildiyi rəy verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipoteka saxlayanm ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanhğınm dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmeti olan əmlakların likvid dəyəri müstəqil qiymətləndiricinin rəyinə əsasən müəyyən olunmuş, işə baxan məhkəmə Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli qərarına uyğun olaraq əmlakların ilkin satış qiyməti kimi likvid dəyərini əsas götürmüşdür. Göründüyü kimi işə baxan məhkəmə işin hallarım tam, hərtərəfli və obyektiv araşdırmış, sübutlara düzgün qiymət verilmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin tam əsassız olması cavabdehlərə də çox yaxşı aydındır, şikayəti verməkdə məqsəd işin gedişatını qanunsuz uzatmaq, məhkəmə qətnaməsinin icrasına mane olmaqla kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından mümkün qədər çox yayınmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-8/2022 saylı qətnaməsi qanuni, əsaslı və obyektiv olduğundan və cavabdehlər Cavabdeh1 Ağası qızı, X21 və Cavabdeh4 həmin qətnamədən verdiyi apellyasiya şikayətləri tamamilə əsassız olduğu üçün iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması və apellyasiya şikayətlərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsində aşağıdakı düzəlişlərin edilməsi qərara alınmışdır: Qətnamənin nəticə hissəsində ikinci abzasda “1732691,5 (bir milyon yeddi yüz otuz iki min altı yüz doxsan bir dollar əlli bir sent) ABŞ dolları” sözləri “742704,38 (yeddi yüz qırx iki min yeddi yüz dörd dollar otuz səkkiz sent) ABŞ dolları” sözləri ilə əvəz edilsin. Qətnamənin nəticə hissəsində beşinci abzası aşağıdakı kimi oxunsun: «Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evi, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, mənzil 9 açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.»
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh4, X10 nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, qətnamədə yol verilmiş yanlışlığın apellyasiya şikayətlərinin dəlili olmasına baxmayaraq, həmin hissənin məhkəmə qərardadı ilə düzəldilməsinə münasibətdə şikayətlərinə hər hansı dəqiqləşmə vermədiklərini və həmin dəlilin nəzərə alınmamasını, qətnamənin ləğv edilməsi üçün başqa dəlillərinin olduğunu bildirməklə, məhkəməyə təkrar məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlər təqdim edərək, birinci instansiya məhkəməsi zamanı vəsatətlərinin təmin edilmədiyini, ekspert rəyinin yalnız bank tərəfindən təqdim edilmiş çıxarışlara əsasən verildiyini, cavabdehlər tərəfindən banka ödənişlər edilməsi ilə bağlı qəbzlərin nəzərə alınmadığını, həmin qəbzləri birinci instansiya məhkəməsində ekspertiza təyin edilən dövrdə əldə edə bilmədiklərini, lakin sonradan məhkəmə gedişatında Prokurorluq orqanından qəbzləri əldə etdiklərini və ekspertiza keçirilməsi ilə bağlı vəsatət verdiklərini, lakin məhkəmənin həmin qəbzləri nəzərə almadan, vəsatətlərə münasibət bildirmədən tələsik qətnamə qəbul edildiyini, bundan əlavə tələbkar bankın borcluya ünvanladığı bildirişə əsasən hesablamaların 2016-cı il tarixinə qədər aparılmalı olduğunu və birinci instansiya məhkəməsi icraatı zamanı əmlaklara üç dəfə fərqli qiymətlər qoyulduğunu, bu səbəbdən müstəqil ekspert rəylərinə etibar qalmadığını bildirmişdir. Zaminlərlə əlavə müqavilə bağlanmadığını, onlarla bağlanmış müqavilənin 2009-cü il tarixli müqavilə ilə əlaqədar olduğunu, 2015-ci il tarixili kredit razılaşmaları ilə əlaqədar zaminlik müqaviləsinin bağlanmadığını, zaminləri təmsil etməsə də, ümumi olaraq qətnamədə olan qüsurları qeyd etdiyini, bundan əlavə zaminlərin məhkəmə iclasında iştiraklarının təmin edilmədiyini bildirmiş, birinci instansiya məhkəməsi qətnaməsinin əsaslı hesab etmədiklərini qeyd etmiş və apellyasiya şikayətini müdafiə etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə həm vəsatətlərin, həm də apellyasiya şikayətinin əsassız olduğunu qeyd etməklə, bank tərəfindən ekspertiza keçirilən zaman bütün sənədlərin təqdim edildiyini, iş üzrə iki dəfə mühasibatlıq ekspertizasının keçirildiyini, əmlakın qiymətləndirilməsi ilə bağlı 4-5 dəfə rəy verildiyini və həmin rəylərdə əmlakın həm bazar qiymətinin, həm likvid qiymətinin müəyyən edildiyini bildirmiş, vəsatətlərin və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
11. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər X11, Əli-X36, "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC), «Kamilla MMC», X3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən : 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi;4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır; 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər; 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələrinə əsasən: 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 36.3, 59, 59; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 460-467, 470-477, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətlərinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətlərdə istinad edilən borcun səhv göstərilməsi sonradan birinci instansiya məhkəməsi tərəfindən düzəliş edilərək yanlışlıq aradan qaldırılmış, məhkəmənin istinad etdiyi ekspert rəylərinin mötəbər sübut kimi təkzib edən sübutlar və ya digər hallar isə müəyyən edilməmişdir. Sübutların (qəbzlərin) apellyasiya icraatı zamanı qəbulu üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, nümayəndə bu sübutların məhkəmə araşdırılması bitdiyindən sonra əldə edilməsini qeyd etsə də, bunu təsdiq edəcək hallar müəyyən edilməmişdir.
17. Şikayət verənlər zaminliyə xitam verilməsi və iddia tələblərini zaminlərə münasibətdə rədd edilməsini qeyd etsələr də, subyektiv hüquq müstəvisində zaminlərə heç bir aidiyyəti olmadıqları və zaminlərin bu halları mübahisə etmədikləri, izahatlarının təhrif edildiyini qeyd etsələr də, protokolla qeyd verilmədiyi, tələb üzrə iddia müddətinin keçməsini qeyd etsələr də, birinci instansiya məhkəməsində icraat zamanı müvafiq ərizə ilə müraciət etmədikləri müəyyən edilmişdir.
18. Borc məbləğləri ekspert rəyinə uyğun müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği azaldılarkən borclunun mənafeləri nəzərə alınmışdır. Əmlakların sonuncu qiymətləndirməsini həyata keçirən MBA Consuting MMC-nin rəyi digər qiymətləndiricilərinə rəyinə münasibətdə daha ətraflı şəkildə əsaslandırılmış və likvid dəyərinin təsvir edildiyi rəy verilmiş, bunu təkzib edən alternativ rəy təqdim edilməmişdir.
19. Kollegiya hesab edir ki, apellyasiya şikayətləri hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan təfsirin tətbiqinə yönəlmişdir və əsassızdırlar.
20. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir.
21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh4, X10 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.