Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6534/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Nizami Rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “protokolun etibarsız hesab edilməsi, evin girovdan azad olunması və icra sənədinin məhkəməyə geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Nizami Rayon İcra Şöbəsinə qarşı “protokolun etibarsız hesab edilməsi, evin girovdan azad olunması və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(007)-899/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh X6 14 sentyabr 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsi üzrə ödənilməmiş 20853 ABŞ dolları əsas, 8560 ABŞ dolları faiz, 70 ABŞ dolları cərimə borcu, cəmi 29483 ABŞ dolları (iyirmi doqquz min dörd yüz səksən üç dollar) (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Cavabdeh3 ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus, qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra qeydiyyatda olan İddiaçı, X1, X7, X2 həmin evə istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində evin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Cavabdeh1 "xxxx" MMC-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, ləğv prosesində olan Cavabdeh3 ASC-nə, İddiaçı, X3, X8 və X4 ünvanlandığı xx.xx.2021-ci il tarixli, 17/71/11E/36 nömrəli sifariş məktubundan görünür ki, İcra Şöbəsi tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 1153/2019 saylı icra sənədinin icrası ilə əlaqədar, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən, borclu İddiaçı məxsus fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi xahiş olunmuşdur.
3. "xxxx" MMC tərəfindən Cavabdeh1nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nə, İddiaçı, X3, X8 və X4 ünvanlanmış “Hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli 239/21 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac xx.xx.2021-ci il tarixdə saat 11:00-da MMCnin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilmişdir.
4. "xxxx" MMC tərəfindən Cavabdeh1nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nə, İddiaçı, X3, X8 və X4 ünvanlanmış “Hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli 239/21 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac xx.xx.2021-ci il tarixdə saat 11:00-da MMCnin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilmişdir.
5. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli fərdi yaşayış evini 78750 manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər "xxxx" MMC-nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Nizami Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması, Cavabdeh3 ASC-yə girov qoyulmuş ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinin girovdan azad olunması və xx.xx.2019-cu il tarixli 2(007)-1153/2019 saylı icra sənədinin icra sənədini vermiş məhkəməyə qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-1153/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh X6 xx.xx.2010-cu il tarixli 164/e saylı kredit müqaviləsi üzrə cəmi 29483 ABŞ dolları borc Cavabdeh3 ASC-nin xeyrinə tutulmuşdur. Tutmanın girov qoyulmuş iddiaçıya məxsus qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Nizami Rayon İcra şöbəsi “Bakı Hərrac Mərkəzinə” həmin fərdi yaşayış evinin realizə edilməsinə dair sifariş göndərmişdir. "xxxx" 13 avqust 2021-ci il tarixdə ləğv prosesində olan ”Amrahbank” ASC-yə həmin fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətinin 25 faiz az olmayan qiymətlə yəni, 78758 manat məbləğinə alınmasına dair bildiriş göndərmiş və "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında 20 avqust 2021-ci il tarixdə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 239/21 saylı protokol imzalanmışdır. Lakin 6 ay keçməsinə baxmayaraq alqı-satqı üzrə hələ də vəsait bank tərəfindən müvafiq depozit hesabına ödənilməmişdir. Lakin 20 avqust 2021-ci il tarixdən bu günə gədər satışdan əldə olunan məbləğ nə müvafiq depozit hesaba qaytarılıb, nə də ki satışdan əldə olunan vəsaitin qalan hissəsi iddiaçıya ödənilib.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(007)-899/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X10 ilə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC arasında kredit müqaviləsi bağlanmış, bu zaman kreditin təminatı qismində İddiaçı məxsus fərdi yaşayış evini ipotekaya qoymuş, bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, hüquqi nəticələri barədə xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddianın "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması hissəsində təmin edilməsi üçün əsaslar yoxdur. İşin faktiki hallarından görünür ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən 1-ci hərracda iki nəfərdən az alıcı olduğuna görə ilkin hərrac baş tutmamış, təkrar hərracda ilkin satış qiyməti “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1 və 43.5-ci maddələrinə əsasən 15% endirilməmiş (yəni, 1-ci hərracda iştirakçı olduğuna görə) və əmlak ilkin satış qiymətilə 105000 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmiş, təkrar hərrac xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır. Bundan sonra əmlakı almaq tələbkar Cavabdeh3 ASC-yə təklif edilmişdir. Göründüyü kimi, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, ümumilikdə əsassız olan iddia isə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 ASC-yə girov qoyulmuş ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinin girovdan azad olunması və xx.xx.2019-cu il tarixli 2(007)-1153/2019 saylı icra sənədinin icra sənədini vermiş məhkəməyə qaytarılması hissələri ilə bağlı isə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, digər hissələr isə iddianın birinci hissəsindən törəmə tələblərdir, buna görə də həmin hissələrdə iddia təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 269.5, 270.1, 270.2, 390.1, 385.1, 448.1, 739.1, 739.2 eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 43.5, 43.7 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evi əslində satılmamışdır, çünki alqı-satqı baş tutmuş olsa idi, satıcı malı verməyi, alıcı isə pulu ödəməli idi. Belə olan halda isə 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol etibarsız hesab olunmalıdır. Göründüyü kimi, hərrac birinci dəfə xx.xx.2021-ci il tarixdə keçirilib, ikinci dəfə xx.xx.2021-ci il tarixdə keçirilib. Banka təklif olunub və bankın nümayəndəsi isə protokolu imzalamış, qəbul etmişdir. Lakin hələ də bank qət olunmuş 29483 ABŞ dollarını çıxıb qalıq məbləği isə qaytarmamışdır. Həmçinin birinci instansiya Məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan zaminliyin xitamı ilə bağlı faktiki hallar aydınlaşdırılmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməyərək, düzgün olmayan nəticəyə gəlmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən hərrac qanunvericiliyin tələblərinə əməl edilməklə həyata keçirilmişdir. Hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
16. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
17. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
Apelyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, X10 ilə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC arasında kredit müqaviləsi bağlanmış, bu zaman kreditin təminatı qismində İddiaçı məxsus fərdi yaşayış evini ipotekaya qoymuşdur. X10 öz öhdəliklərini lazımı qaydada icra etməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı qətnaməsinə əsasən, cavabdeh X6 14 sentyabr 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsi üzrə ödənilməmiş 20853 ABŞ dolları əsas, 8560 ABŞ dolları faiz, 70 ABŞ dolları cərimə borcu, cəmi 29483 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Cavabdeh3 ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus, qiyməti 105000 manat müəyyən edilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi qət edilmişdir.
23. Həmçinin müəyyən edilmişdir ki, Hərracın keçirilməsi haqqında Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu xx.xx.2021 tarixdə "xxxx" MMCyə daxil olmuşdur. Əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən 105000 manat müəyyən edilmişdir. Sifarişi aldıqdan sonra "xxxx" MMC ilkin hərracın təşkili üçün “Market” qəzetinin № 87 (10777) 18.06.21-24.06.21 il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. 1-ci hərrac 105000 manat ilkin satış qiyməti əsasında, xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin “İpoteka Haqqında” qanunun 43.1.1-ci maddəsinə əsasən 1-ci hərracda iki nəfərdən az alıcı olduğuna görə ilkin hərrac baş tutmamışdır. Təkrar hərracın təşkili üçün “Nedelya” qəzetinin № 76 (1236) xx.xx.2021-xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir. Təkrar hərracda ilkin satış qiyməti “İpoteka Haqqında” Qanunun 43.1.1 və 43.5-ci maddələrinə əsasən 15% endirilməmiş (yəni, 1-ci hərracda iştirakçı olduğuna görə) və əmlak ilkin satış qiymətilə 105000 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. Təkrar hərrac xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır. Bu barədə “Market” qəzetinin № 103 (10793) 13.08.21- 19.08.21-ci il tarixli sayında təkrar hərracın baş tutmaması barədə elan verilmişdir. Bundan sonra əmlakı almaq tələbkar Cavabdeh3 ASC-yə təklif edilmişdir. Nəticədə, “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 ASC ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almış və əmlakın alqı-satqısına dair müqavilə və Y-239/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol imzalanmışdır.
24. İddiaçı isə tələbində, eləcə də apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evi əslində satılmamışdır, çünki alqı-satqı baş tutmuş olsa idi, satıcı malı verməyi, alıcı isə pulu ödəməli idi. Belə olan halda isə 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol etibarsız hesab olunmalıdır. Göründüyü kimi, hərrac birinci dəfə xx.xx.2021-ci il tarixdə keçirilib, ikinci dəfə xx.xx.2021-ci il tarixdə keçirilib. Banka təklif olunub və bankın nümayəndəsi isə protokolu imzalamış, qəbul etmişdir. Lakin hələ də bank qət olunmuş 29483 ABŞ dollarını çıxıb qalıq məbləği isə qaytarmamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi hallar - "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması üçün əsas hesab edilə bilməz, belə ki, işin faktiki hallarından göründüyü kimi məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. Həmçinin hərracın keçirilməsi barədə bildirişlər və məlumat iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş və iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur. Eyni zamanda “Market” və “Nedelya” qəzetlərində hərrac barədə elanlar dərc edilmişdir. Nəticədə isə təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 ASC ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almış və əmlakın alqı-satqısına dair müqavilə və Y-239/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol imzalanmışdır.
26. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən hərracın yekunlarına dair bağlanmış protokolunu etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinə və “İpoteka haqqında” Qanununda nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
27. Bununla yanaşı qeyd edilməlidir ki, iddia tələbi - “"xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması hissəsində əsassız olduğundan, həmin iddiadan törəmə tələb olan iddianın - Cavabdeh3 ASC-yə girov qoyulmuş ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinin girovdan azad olunması və xx.xx.2019-cu il tarixli 2(007)-1153/2019 saylı icra sənədinin icra sənədini vermiş məhkəməyə qaytarılması hissələrinin də təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçı apellyasiya şikayətində həmçinin göstərmişdir ki, birinci instansiya Məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan zaminliyin xitamı ilə bağlı faktiki hallar aydınlaşdırılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi hərracın yekunlarına dair protokolun etibarsızlığı ilə bağlı olduğu üçün zaminliyə xitam verilib-verilməməsinin mübahisələndirilən protokolun etibarsızlığı üçün əsas yaratmır. Çünki iş materialları ilə hərraca dair qanunvericiliyin yuxarıda sadalanan tələblərinin pozulması müəyyən edilməmişdir. Həmçinin borcun kimdən tutulmasını müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
31. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(007)-899/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov