Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6544/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2, Maraqlı şəxs, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3867/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi və Maraqlı şəxs aşağıdakılar barədə razılığa gəlmişlər: 1.Tərəflər aralarında qeydə alınmış nikahlarının onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2.Ərizəçi Maraqlı şəxs ilə birgə nikahlarından doğulan xx.xx.2016-cı il təvəllüdlü X3 ananın yanında saxlanılmasına razılıq verir. 3.Maraqlı şəxs Ərizəçila birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X6 ilə ünsiyyət vaxtına məhdudiyyət qoyulmamaqla (uşaqların təhsil alma, təhsilə hazırlıq və digər sağlamlıq və mənafeyinə zidd olmayan vaxtlar istisna olmaqla) Nəzrin isgəndərimin yaşayış yerindən və tərəflərin razılaşdıqları yerdən götürüb-qaytarmaqla ünsiyyətinə mane olmayacağım bəyan edirlər. 4.Maraqlı şəxs Ərizəçi qarşı birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X1 üçün aliment tələbinin olmadığını bəyan edir. 5.Maraqlı şəxs Ərizəçi qarşı hərhansı əmlak tələbinin olmadığını bəyan edir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-244/2023 saylı qətnaməsinə əsasən iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1222 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında nikahın pozulması, uşaqların ananın yanında qalması və uşaqlarla ünsiyyət vaxtının müəyyən edilməsinə dair barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən tərəflər mübahisəni mediasiya ilə həll edərək aşağıda sadalananlar barədə qarşılıqlı razılığa gəlmişlər: 1.Tərəflər arasında qeydə alınmış nikahlarının onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2.Ərizəçi Maraqlı şəxs ilə birgə nikahlarından doğulan xx.xx.2016-cı il təvəllüdlü X3 ananın yanında saxlanılmasına razılıq verir. 3.Maraqlı şəxs Ərizəçila birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X6 ilə ünsiyyət vaxtına məhdudiyyət qoyulmamaqla (uşaqların təhsil alma, təhsilə hazırlıq və digər sağlamlıq və mənafeyinə zidd olmayan vaxtlar istisna olmaqla) Nəzrin isgəndərimin yaşayış yerindən və tərəflərin razılaşdıqları yerdən götürübqaytarmaqla ünsiyyətinə mane olmayacağım bəyan edirlər. 4.Maraqlı şəxs Ərizəçi qarşı birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X1 üçün aliment tələbinin olmadığını bəyan edir. 5.Maraqlı şəxs Ərizəçi qarşı hər-hansı əmlak tələbinin olmadığını bəyan edir. Qeyd edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-244/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında qeydə alınmış nikah pozulmuşdur. Göstərilənlərə əsasən, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 30 iyun 2022-ci il tarixli nikahın pozulması, uşaqların ananın yanında qalması və uşaqlarla ünsiyyət vaxtının müəyyən edilməsinə dair barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Daha sonra Ərizəçi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, barışıq sazişinin uşaqla ünsiyyət və əmlakla bağlı tələbinin olmaması hissəsində təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra Maraqlı şəxs ərizəyə etiraz ərizəsi ünvanlayaraq, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3867/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X7)
8. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hazırda ərizəçi maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin iki hissəsindəəmlak tələbi və uşaqla ünsiyyət hissəsində təsdiq edilməsini tələb edir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hal-hazırda məhkəmənin başqa hakimin icraatında uşaqla ünsiyyət tələbinə dair davam edən münasibətdən əmələ gələn tələb mövcuddur. Belə ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “uşaqla ünsiyyət” tələbinə dair məhkəməyə müraciət etmiş və məhkəmənin 2(006)-2469/2024 saylı qərardadı əsasında müvafiq rəyin və müayinə aktının verilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Buna görə də hazırda uşaqla ünsiyyət tələbinə dair mübahisəyə baxıldığından barışıq sazişinin həmin hissədə təsdiq edilməsi əsassızdır. 19.Bundan başqa, məhkəmə tələbin digər əmlak bölgüsü hissəsinə münasibətdə qeyd edir ki, barışıq sazişi digər hissədə təsdiq edilmədiyindən əmlak bölgüsü hissəsində də təsdiq edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinin tələblərinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Hazırki iş üzrə isə əmlak bölgüsü tələbi digər tələblərlə bağlıdır. Odur ki, barışıq sazişi digər hissələrdə təsdiq edilmədiyi üçün əmlak bölgüsü hissəsində də təsdiq edilməməlidir. 20.Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmənin başqa hakiminin icraatında tərəflər arasında əmlak bölgüsü tələbinə dair də mübahisəyə baxılır (e-2(006)-3892/2024 saylı mülki iş).
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci, 355-25.1-ci, 355-23.1-ci, 355-26.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Ərizəçi apellyasiya şikayətini məzmununu ərizəsinə uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını və vəkilə görə ödədiyi 320 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında maraqlı şəxs və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.
d) Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
20. İşin faktiki hallarından göründüyü kimi hazırda ərizəçi maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin iki hissəsində-əmlak tələbinin olmaması və uşaqla ünsiyyət hissəsində təsdiq edilməsini tələb edir. Halbuki, müəyyən edilmişdir ki, hal-hazırda məhkəmənin başqa hakimin icraatında uşaqla ünsiyyət tələbinə dair davam edən münasibətdən əmələ gələn tələb mövcuddur. Belə ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “uşaqla ünsiyyət” tələbinə dair məhkəməyə müraciət etmiş və məhkəmənin 2(006)-2469/2024 saylı qərardadı əsasında müvafiq rəyin və müayinə aktının verilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi ilə bağlı iddia tələbinin baxılması ilə yanaşı, həmçinin sözügedən sazişdə ünsiyyət hüququnun dəqiq müəyyyənləşdirilməsi də olmamışdır (ünsiyyətlə bağlı vaxtların və s.). Bu halda həmin sazişin məhz həmin bissədə təsdiq edilməsini mümkünsüz edir.
21. Bundan başqa, kollegiya iddia tələbin digər hissəsi yəni sazişin 5-ci bəndinin təsdiq edilməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə sazişin təsdiq edilməməsini Maraqlı şəxs barışıq sazişində Ərizəçi qarşı gələcəkdə hər hansı əmlak tələbinin olmaması ilə bağlı üzərinə öhdəlik götürməsi hissəsinin digər hissə ilə bağlı olması və bu səbəbdən təsdiq edilməli olmamasını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, sazişin məhz həmin hissədə təsdiq edilməsinin mümkünsüz olması onunla bağlı deyil, belə bir müqavilə şərtinin mülki qanunvericiliyin ümumi prinsiplərinə zidd olmaqla bağlandığı andan etibarsız olması ilə bağlıdır. Belə ki, şəxsin haqqı çatanları tələb etmək hüququnun qanunvericiliyin müəyyən etdiyi müddət və digər məhdudiyyətlər çərçivəsində tələb edilə bilməməsi istisna olmaqla, hansıki, onunda məhkəmə qərarı əsasında müəyyən edilməsi ola bilər. Hər hansı müqavilə üzrə şəxsin tələb hüququnun və bunun realizəsi üçün müraciət hüququnun məhdudlaşdırılması qanunsuz və əsasszıdır və bu şərtlərlə bağlanan saziş həmin hissədə məhkəmə tərəfindən təsdiq edilə bilməz. Əlavə olara qeyd edilməlidir ki, məhkəmələr tərəfindən də konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaradılmalıdır.
22. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, iddiaçı apellyasiya instansiya məhkəməsi üçün vəkillə bağladığı müqaviləyə görə 320 manat məbləğində pul ödəmiş və belə olan halda da həmin vəkil xərci də Ərizəçi Maraqlı şəxs xeyrinə tutulmalıdır.
23. Eyni zamanda məhkəmənin icraatında tərəflər arasında əmlak bölgüsü tələbinə dair də mübahisənin olduğu görünür. (e-2(006)-3892/2024 saylı mülki iş)
24. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Ərizəçi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3867/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Ərizəçi Maraqlı şəxs ona apellyasiya instansiyası məhkəməsində hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağladığı müqaviləyə görə ödədiyi 320 manat məbləğində pul Ərizəçi Maraqlı şəxs xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.