Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6551/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsindən X11 qanuni nümayəndəsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 02.08.2011-ci il təvəllüdlü X11 qanuni nümayəndəsi Cavabdeh X3 qarşı əmlakda payın müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-448/21) hər iki iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilinə X2 1/4 hissədə və X11 1/4 hissədə payları müəyyən edilmişdir.. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 qanuni nümayəndəsi Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 sentyabr 2010-cu ildə oğlu Natiq X6 (Hüseynova) ilə nikaha daxil olmuş, birgə nikahdan 02.08.2011-ci il təvəllüdlü X17 anadan olmuşdur. 29 mart 2013-cü ildə X14 "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ilə 16929 saylı alqı-satqı müqaviləsini bağlamış, həmin müqavilə ilə X14 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın 1ci blok, 14- cü mərtəbə, 138 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 112.32 kv metr mənzili almışdır. 16 dekabr 2013-cü ildə Nərimanov Rayon Məhkəməsinin 2(003)-4197/13 saylı qətnaməsi ilə onların arasında bağlanan nikaha xitam verilmiş, tərəflərin rəsmi nikahından olan yetkinlik yaşına çatmayan uşaqları X17 anasının himayəsində saxlanılmış, hər ay 100 manat alimentin ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 11 yanvar 2016cı il tarixli qətnaməsi ilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası’’ ASC tərəfindən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112,32 kv metr olan mənzilinə Cavabdeh və X10 hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2496/2016 saylı, 28 iyun 2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 11 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 07 fevral 2017-ci ildə oğlu X14 ağciyər xərçəng xəstəliyindən Bakı şəhərində vəfat edib. X26 keçmiş gəlini Cavabdeh (Əhədova) arasında olan nikah pozulduqdan sonra oğlu onunla birgə yaşamışdır. Oğluna məxsus bütün əşyalar onun evində idi. Bu əşyaların şəkilləri hazırkı iddia ərizəsinə əlavə edilmişdir. X12 məxsus olan bütün əmlakı ölən gündən bəri onun faktiki sahibliyindədir. Yalnız Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilin sahibliyi hələ də ona keçməmişdir. Qeyd edilənləri nəzərə alaraq, adı çəkilən mənzildə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda X10 uşağı X17 qanun üzrə vərəsəsidir. Buna görə də Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzildə 1 /2 hissədə X10 payı olduğundan həmin hissəyə onun uşağı X11 payı tanınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyator şikayətini onunla əsaslandırmışdır ki, Natiq Əhədovla birgə nikahlarından doğulmuş 02 avqust 2011-ci il təvəllüdlü X17 onun yeganə övladı olduğundan, miras vərəsəsi hesab edildiyindən Bakı şəh, Sabunçu ray, Bakıxanov qəs., Y.Əliyev küçəsi 6 saylı binanın 1-ci blok, 14 mərtəbə, 168 saylı (əvvəlki 138) 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.m olan mənzilin X4 verilmiş ¼ hissəsinə də X11 payı tanınmalıdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, cavabdeh üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilk iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilin miras qoyana məxsus ½ hissəsindən ibarətdir. Miras qoyan Natiq Əhədov 07.02.2017-ci ildə vəfat etmişdir. Hazırkı iş üzrə onun birinci növbəli iki vərəsəsi olduğu müəyyən edilmişdir: anası - X5 və oğlu - 02.08.2011-ci il təvəllüdlü X17. X23 Cavabdeh arasındakı nikah 29.03.2013-cü il tarixli məhkəmə qətnaməsinə əsasən pozulduğundan sonuncu onun qanun üzrə vərəsələri sırasına daxil deyil. Həm ilkin, həm də qarşılıqlı iddiada iddiaçılar miras əmlakda payın müəyyən olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, miras qoyanın anası və oğlu onun bərabər hüquqlu vərəsələri olduğundan, onların hər birinin miras əmlaka bərabər payları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1159.1, 1243.2, 1243.3-cü maddələrilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayətində maddi və prosessual hüquq normaları sadalansa da, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən və qətnamə çıxarılarkən konkret olaraq hansı pozuntulara yol verildiyi qeyd olunmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X11 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6551/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6551/2021
11.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver