Məhkəmə qərarları › İş №2(103)-6553/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6553/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6553/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) X2, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “mənzillərin təhvil verilməsi, mənzillərə dair digər şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli 264 nömrəli və 125 a nömrəli müqavilələr üzrə ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilin və ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, həmin mənzillərin ondan sonra müvafiq olaraq Cavabdeh3, X1 və qeyrilərinə satılması barədə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmçinin Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 56 000 manat pulun və mənəvi zərərin əvəzi kimi 20 000 manat pulun Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi və tələbin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli 264 nömrəli və 125a nömrəli müqavilələr üzrə ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilin və ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, həmin mənzillərin ondan sonra müvafiq olaraq Cavabdeh3, Cavabdeh2 və qeyrilərinə satılması barədə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə, həmçinin Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənzillərdən birinə görə əldən çıxmış fayda kimi 31 500 manat, digər mənzilə görə isə ödədiyi kirayə haqqının əvəzi olaraq vurulmuş maddi ziyan kimi 31 500 manat pulun və bu illər ərzində ona vurduqları mənəvi zərərin əvəzi kimi 20 000 manat pulun Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında qeydiyyatda olan X3 hazırki mülki iş üzrə cavabdeh kimi cəlb edilməsi, Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış ünvan 3 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilin Cavabdeh4 adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və digər hissələrdə iddia tələbinin, onun dəyişdirilməsinin və artırılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 oktyabr 2015-ci il tarixdə Cavabdeh1 MMC-nin direktoru ilə Mənzil Tikintisinə və Satışına dair 264 saylı və 125 a saylı müqavilələr bağlamışdır. Həmin müqavilələrə görə o, Sifarişçi, cavabdeh isə İcraçı adlanır. Aralarında bağlanmış 264 saylı Müqaviləyə əsasən Sifarişçi İcraçıya ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzili tikib Sifarişçiyə təhvil verməyi sifariş edir. 125 a saylı Müqaviləyə əsasən Sifarişçi İcraçıya ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzili tikib Sifarişçiyə təhvil verməyi sifariş edir. Müqavilələrə əsasən Sifarişçi mənzillərin dəyərini tam ödəməyi, İcraçı isə mənzillərə aid olan bütün hüquqlarını (şəxsi mülkiyyət hüququ daxil olmaqla) mənzillərin ümumi qiymətinin tam ödənilməsindən sonra İcraçıya təhvil verməyi öhdəsinə götürür. 264 saylı Müqavilə üzrə 94 m² sahəsi olan mənzilin dəyəri 1 m²-ə görə 725 ABŞ dolları olmaqla, cəmi 68 150 ABŞ dolları, 125 saylı Müqavilə üzrə isə 106 m² sahəsi olan mənzilin dəyəri 725 ABŞ dolları olmaqla, cəmi 76 850 ABŞ dolları təşkil etmişdir. 23 oktyabr 2015-ci il tarixdə iddiaçı tərəfindən həmin məbləğlər, yəni 68 150 ABŞ dolları və 76 850 ABŞ dolları İcraçıya tam ödənilmiş və bu mənzillərə dair heç bir borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Lakin buna baxmayaraq, İcraçı Cavabdeh1 MMC hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa İcraçı Cavabdeh1 MMC ona və keçmiş direktoruna qarşı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq onunla Cavabdeh1 MMC-nin keçmiş direktoru arasında bağlanmış Mənzil Tikintisinə və Satışına dair 264 saylı və 125a saylı müqavilələrin etibarsız hesab edilməsini tələb etmişdir. Cavabdeh1 MMC iddia etmişdir ki, iddiaçıya məxsus mənzilləri o, Cavabdeh2 və Cavabdeh3 ondan daha əvvəl satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli 2(005)- 2383/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9717/2017 saylı 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının 30 aprel 2018-ci il tarixli 2(102)- 2613/2018 saylı qərarı ilə onun kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9717/2017 saylı 28 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Onun apellyasiya şikayətinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi 15 avqust 2018- ci il tarixli 2(103)-7603/2018 saylı qətnaməsində qət etmişdir ki, apellyasiya şikayəti təmin olunsun, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2383/2017 saylı 07 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və İcraçı Cavabdeh1 MMC-nin ona və keçmiş direktoruna qarşı iddiası rədd edilsin. Həmin qətnamədən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli 2(103)-888/2019 saylı qərarı ilə təmin edilməmiş və bununla da Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 2(103)- 7603/2018 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamədə Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin iddia etdiyi kimi onun müqavilələri yox, Cavabdeh2 və Cavabdeh3 müqavilələri saxtadır və bu səbəbdən etibarsızdır. Belə ki, həmin şəxslərlə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələr onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən sonra tərtib edilərək imzalanmışdır. Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 MMC əsassız iddiaları ilə ona mənzilləri təhvil verməkdən imtina etmişdir. Bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin artırılması və dəyişdirilməsi barədə ərizələri onunla əsaslandırmışdır ki, Cavabdeh1 hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa Cavabdeh1 MMC-nin iddia kimi onun müqavilələri yox, Cavabdeh2 və Cavabdeh3 müqavilələri saxtadır və bu səbəbdən imzalandığı andan etibarsızdır. Belə ki, həmin şəxslərlə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələr onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən sonra tərtib edilərək imzalanmışdır. İddia ərizəsində göstərilən məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 MMC əsassız iddiaları ilə ona mənzilləri təhvil verməkdən imtina etmişdir. Bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. 2015-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayınadək, ümumilikdə 63 ay ərzində Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində o, bir mənzilə görə aylıq kirayə haqqı kimi ayda 500 manat olmaqla, ümumilikdə 31 500 manat əldən çıxmış fayda kimi gəlirdən məhrum olmuş, ikinci mənzillə bağlı ayrı yaşayış yeri olmadığına görə isə 63 ay ərzində Nərimanov rayonu ərazisində 3 otaqlı mənzildə ailəsi ilə birlikdə kirayədə qaldığına görə hər ay ödədiyi 500 manat kirayə haqqı kimi, ümumilikdə 31 500 manat maddi ziyan çəkmişdir. Bu səbəbdən həmin məbləği Cavabdeh1 MMCdən tələb edir. Bundan başqa bu illər ərzindən ona vurduqları mənəvi zərərə görə, yaşatdıqları mənəvi iztirablara və onun cəmiyyətdəki işgüzar nüfuzuna vurduqları ziyana görə Cavabdeh1 MMC-dən əlavə olaraq 20 000 manat mənəvi zərərin əvəzini də tələb edir. Bundan başqa hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli müqavilənin predmeti olan G.Qədirbəyova küçəsi, 5 a ünvanında yerləşən hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzil 09 mart 2018-ci il tarixdə qanunsuz olaraq Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2015ci il tarixli müqavilə etibarsız olduğuna görə hesab edir ki, Cavabdeh4 adına rəsmiləşdirilmiş müqavilə də etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 5 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30.12.2015ci il tarixli 265 a saylı müqavilə və ünvan 5 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv. olan mənzilə dair hissədə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında 24.02.2015-ci il tarixli 264 saylı müqavilənin etibarsız hesab edilməsi, Əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 5 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ünvan 5 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. olan mənzil Cavabdeh4 tərəfindən və ünvan 5 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 MMC-dən maddi ziyana görə 31500 (otuz bir min beş yüz) manat və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iddia tələbinin “15 oktyabr 2015-ci il tarixli 125 a nömrəli müqavilə üzrə ünvan 1 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilə” aid hissəsində iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi iddia tələbinin “15 oktyabr 2015-ci il tarixli 125 a nömrəli müqavilə üzrə ünvan 1 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilə” aid təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, 13.07.2021-ci il tarixdə Cavabdeh1 MMC və Cavabdeh4 ilə bağlanan barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) X4 tərəfindən verilmiş ərizədən görünür ki, 13.07.2021-ci il tarixdə İddiaçı və Cavabdeh4 ilə bağlanan barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 370, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh4 arasındakı saziş aşağıdakı kimi təsdiq edilsin:

1. Hər iki tərəf bəyan edir ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

2. Qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi mümkün olmayan məsələləri tərəflərdən birinin təşəbbüsü ilə məhkəmə qaydasında həll edirlər.

3. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15.10.2015-ci il tarixli 125s nömrəli müqavilə üzrə ünvan 6 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerlşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzilin Nərimanov Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnməsinin könüllü icrası ilə bağlı Cavabdeh4 (ədalətli şəkildə əvəzi verilmək şərtilə) alınaraq İddiaçı verməyi, sonuncuya qarşı həmin mənzillə bağlı hər hansı bir iddia irəli sürməməyi və mənzilə sahiblik etməklə bağlı ona maneə törətməməyi öhdəsinə götürür.

4. Cavabdeh4 istifadəsində olan ünvan 6 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3cü mərtəbəsində yerlşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzili könüllü şəkildə İddiaçı verməyi və Nərimanov Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnməsinin özünə aid hissədə könüllü şəkildə icra etməyi, apellyasiya şikayəti verməməyi, apellyasiya şikayəti verildiyi halda həmin şikayətdən imtina etməyi barədə 2 nüsxədə notarial təsdiq edilmiş ərizəni tərəflərə verməyi öhdəsinə götürür.

5. Gələcəkdə İddiaçı qarşı hər hansı tələblə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etməməyi, iddia və şikayət verməməyi, ünvan 6 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerlşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzili boşaltmağı, bunu mübahisələndirməməyi, həmçinin X10i imzalandığı gündən sonra 3 gün ərzində həmin əmlakı İddiaçı təhvil verməyi, həmin əmlakın İddiaçın mülkiyyətinə keçməsini mübahisələndirməməyi və mənzilin təmirinə çəkdiyi xərci İddiaçı və Cavabdeh1 MMC-dən tələb etməməyi öhdəsinə götürür.

6. İddiaçı özünə məxsus ünvan 6 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerlşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzilini Cavabdeh1 MMC-dən və Cavabdeh4 geri aldıqdan sonra, mənzil Cavabdeh4 tərəfindən təmir edildiyindən Nərimanov Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnməsinə görə 31500 manat maddi və 3000 manat mənəvi ziyanın Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi hissəsindən, Cavabdeh4 tərəfindən həmin mənzilin təmirinə çəkilmiş xərclə əvəzləşdirilməsinə etiraz etməməyi öhdəsinə götürür.

7. Bu Sazişin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəfləein qarşılıqlı razılığı ilə yol verilir. Sazişə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılıq və tərəflər imzalandıqdan sonra Sazişin tərkib hissəsi kimi müəyyən olunacaqdır. Bir tərəfli qaydada aparılan hər hansı bir əlavə və ya dəyişikliklər hüquqi qüvvəyə malik deyildir.

8. Saziş dörd nüsxədə tərtib edilməklə, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh1 MMC-yə, bir nüsxəsi Cavabdeh4, digər bir nüsxəsi isə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi üçün tərtib edilir.

9. X10 məhkəmə tərəfindən qarardadla təsdiq edildikdə mülki iş üzrə icraata bu sazişin əhatə etdiyi hissələrdə xitam verilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi iddia tələbinin “15 oktyabr 2015-ci il tarixli 125 a nömrəli müqavilə üzrə ünvan 1 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilə” aid təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə sazişin şərtlərinin pozulması ilə bağlı şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar