Məhkəmə qərarları › İş №2(103)-6553/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6553/2022

12.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6553/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-6553/2022 Açar sözlər: (borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)-805/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli Kredit limiti müqaviləsi, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə kredit razılaşmaları, xx.xx.2020-ci ildə 2 ədəd kredit restrukturizasiya razılaşması, xx.xx.2020-ci ildə 2 ədəd kredit restrukturizasiya razılaşması bağlanmış, həmçinin öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 ilə ipoteka müqaviləsi, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2.Cavabdeh1 müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19002- 0028/741281/KL №-li kredit limiti müqaviləsinin, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli razılaşmaların, xx.xx.2020-ci il tarixli 002İAMR201430001 №-li və 002İAMR201430002 №-li, xx.xx.2020-ci il tarixli **********128101R №-li və 2301***- *******02R №-li restruktizasiya razılaşmalarının ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 29179,81 manat əsas kredit borcunun, 3460,68 manat faiz borcunun, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 188,05 manat olmaqla, cəmi 32868,54 manat pulun tutulması; tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 №-li evin, 7 №-li mənzilinə yönəldilməsi, həmin mənzilin hərracda satılması və satışdan əldə olunan pul hesabına 32868,54 manat pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 №-li evin, 7 №-li mənzilinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində həmin mənzilin boşaldılması və Bank Respublika” ASC-yə təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cuil tarixli kredit limiti müqaviləsinə əsasən borcalan Edəniz İbadova 120 ay müddətinə, xx.xx.2029-cu ilədək ******* manat kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 40000 manat; xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit borcalana verilmişdir. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi Cavabdeh1la Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 №-lin evin, 7 №-li mənzilinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və Cavabdeh2la xx.xx.2019-cu ul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka qoyanın arvadı, 3cü şəxs Maraqlı şəxs mənzilin ipoteka qoyulmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Razılaşmalara əsasən verilən kreditlərin (40000 AZN və 10000 AZN) qalıq məbləğləri xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə restruktizasiya olunaraq kreditlərin müddəti əvvəl xx.xx.2021-ci ilədək, daha sonra isə xx.xx.2022-ci ilədək uzadılmış, faiz məbləği isə 19% müəyyən olunmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəllərinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 29179,81 AZN; b) faizlər üzrə 3460,68 AZN təşkil edir. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlanmış və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 iyun 2022-ci il tarixli, 2(005)-805/2022 saylı qətnaməsi (sədrlik edən-Aytən Novruzova) ilə iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19002- 0028/741281/KL №li kredit limiti müqaviləsi xx.xx.2020-ci il tarixli 2301***-*******01R №-li və 2301***-*******02R №-li restruktizasiya razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 29179,81 AZN, faiz borcu üzrə 3460,68 AZN, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 188,05 manat olmaqla, cəmi 32868,54 manatın tutulması, cavabdehlər Cavabdeh1 və X2 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilinin ilkin satış qiymətinin 80000 (səksən min) manat məbləğində müəyyən olunması, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 (bir yüz qırx beş) manatın cavabdehlər Cavabdeh1 və X2 müştərək tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. 6.İşdə olan tədqiq edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə xx.xx.2019cu il tarixdə bağlanmış kredit limiti müqaviləsinə əsasən borcalan Cavabdeh1 120 ay müddətinə, xx.xx.2029-cu ilədək ******* manat kredit limiti ayrılmışdır. Qeyd olunan müqavilə çərçivəsində xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 40000 manat; xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit borcalan Cavabdeh1 verilmişdir. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh1la Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 №-lin evin, 7 №-li mənzilinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi və Cavabdeh2la xx.xx.2019-cu ul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka qoyanın həyat yolduşı olan, hazırki iş üzrə 3-cü şəxs Maraqlı şəxs mənzilin ipoteka qoyulmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Razılaşmalara əsasən verilən kreditlərin (40000 AZN və 10000 AZN) qalıq məbləğləri xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə restruktizasiya olunaraq kreditlərin müddəti əvvəl xx.xx.2021-ci ilədək, daha sonra isə xx.xx.2022-ci ilədək uzadılmış, faiz məbləği isə 19% müəyyən olunmuşdur. 7.Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2242/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli “ipoteka predmetinə tutma yönəldilməsi haqqında” bildirişin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. 8.İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 21086,74 AZN, faiz borcu üzrə 2486,83 manat məbləğində borcu yaranmışdır. 9.İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 8093,07 AZN, faiz borcu üzrə 973,85 manat məbləğində borcu yaranmışdır. 10.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 77 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan 7 saylı mənzil "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə 1968 nömrəli reyestr kitabının 181751 nömrəli vərəqində qeydiyyata alınmışdır. 11.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin ********** №-li xx.xx.2021-ci il tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 saylı evin 7 saylı mənzilinə dair tutmanın yönıldilməsi haqqında bildiriş qeydə alınmışdır. 12.Reyestrdə 8İ-6229 № ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Maraqlı şəxs Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, o, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borcları ödənilmədiyi təqdirdi tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. 13."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 mart 2022-ci il tarixli, 19 nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilinin bazar dəyəri 113.000 (bir yüz on üç min) manat, likvid dəyəri 80000 (səksən min) məbləğində müəyyən edilmişdir. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/1462 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə ödənilməli olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: -xx.xx.2019-cu il tarixli Razılaşma üzrə əsas kredit borcu 21086,74 manat, faiz borcu 2486,83 manat; -xx.xx.2019-cu il tarixli Razılaşma üzrə əsas kredit borcu 8093,07 manat, faiz borcu 973,85 manat; 15.Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. 16.Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 29179,81 manat əsas kredit borcunun, 3460,68 manat faiz borcu tutulmalıdır. 17.Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18.Məhkəmə qeyd etmişdir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda torpaq sahəsinin satılmasını tələb edir. 19.Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. 20.Məhkəmə iddia tələbinin "mənzilin boşaldılması" hissəsi ilə bağlı Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən qeyd etmişdir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin ipoteka predmetinin boşaldılmasını nəzərdə tutulmuşdur. 21.Məhkəmə iddia tələbinin “mənzilin İddiaçı ASC-yə təhvil verilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu tələblə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Mənzilə dair qətnamənin icrası qaydasında hərrac keçirildikdən sonra mülkiyyətçi müəyyən olunduğundan həmin tələb yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739, 743, 470.1, 472.1, 472.2, 477.0.4, 269.1, 269.7, 269.4, 317.1, 319.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7, və 8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddia tələbindən kənara çıxaraq, iddiaçı ilə onun arasında bağlanmış və hələlik müddəti başa çatmamış, xx.xx.2019-cu il tarixli 19002- 0028/741281/KL №-li kredit limiti müqaviləsinin, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli razılaşmaların, xx.xx.2020-ci il tarixli 002İAMR201430001 №-li və 002İAMR201430002 №-li, xx.xx.2020-ci il tarixli 2301***-*******01R №-li və 2301***-*******02R №-li restruktizasiya razılaşmalarına xitam vermişdir. Halbuki, məhkəmə bu tələbin əsaslı olub-olmamasına dair bütün sübutları yoxlamalı, iddiaçı tərəfindən cavabdehə belə bir pretenziyanın rəsmi təqdim edilib edilməməsini müəyyən etməli və işin mühüm əhəmiyyət kəsb edən bu halına hüquqi qiymət verməli idi. Yəni, iddiaçı bağlanmış kredit müqaviləsinə xitam verilməsini öz pretenziya məktubuna tələb etmədiyi halda iddia tələbinin bu hissəsi təmin edilməməli və tələb hissəvi olaraq baxılmamış saxlanılmalı idi. İddiaçı pretenziya tələbində sadəcə gecikdirilmiş öhdəliklərin yerinə yetirilməsini tələb edib. Həmçinin məhkəmə işə baxarkən cavabdehlərin iştirakını təmin etməmiş, bununla da məhkəmə baxışının çəkişmə prinsipinin tələblərini pozmuşdur. Pandemiya ilə əlaqədar Bank tərəfindən ona güzəşt edilməmişdir. Pandemiya forsmajor kimi qiymətləndirilməlidir. Ondan tələb olunan borcun hardan yarandığı ona qaranlıq qalır. Hesab edir ki, borc şişirdilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçının üç dəlili vardır. Birinci dəlili odur ki, o, xəbərdar olmayıb. O, iş materialları ilə tanış olmuşdur. İş materiallarından görünür ki, məhkəmə öz üzərinə düşən vəzifəni yerinə yetirmiş, cavabdehin ünvanına məhkəmə bildirişi göndərmişdir. İkinci dəlili odur ki, pretenziya məktubu yoxdur. Lakin iş materiallarında 17 dekabr 2021-ci il tarixdə cavabdehə bildirişin göndərilməsi və cavabdeh tərəfindən həmin bildirişin 18 dekabr 2021-ci il tarixdə alması müəyyən olunur. Borcun düzgün hesablanmaması ilə bağlı dəlili isə tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib, rəy alıb. İşdə maliyyə sənədləri də vardır. Cavabdeh sadəcə olaraq vaxt əldə etmək üçün hazırki apellyasiya şikayətini vermişdir. 27.Cavabdehlər Cavabdeh1, X5 və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir..

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 31.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 32.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 33.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 34.Maddə 445.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 35.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri

37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin müqavilələrin ləğvi və borcun tutulması ilə bağlı hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, apellyator qətnamənin ləğv olunmasını xahiş etsə də, onun dəlilləri ancaq müqavilələrin ləğvi və borc məbləğləri ilə bağlıdır. Digər cavabdeh və 3-cü şəxs isə apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Mahkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. 40.Göründüyü kimi, Cavabdeh1 tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 41.Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına bir neçə dəfə bildirişlər göndərilmiş, həmin bildirişlər onun həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. 42.Kollegiya apellyatorun müqavilə müddətinin bitməməsi, ona pretenziya göndərilməməsi səbəbindən müqavilənin ləğv edilməsinin düzgün olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, əvvəla iş materialları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə göndərilmiş bildirişdə (pretenziya) öhdəliyin icra edilməsi, əks təqdirdə müqavilənin ləğv edilərək, borcun tutulması və ipoteka pretmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar olunmuşdur. Cavabdeh həmin bildirişi (pretenziya) xx.xx.2021-ci ildə qəbul etmişdir (i/v 35-36). 43.Kollegiya apellyatorun borcun şişirdilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit borcunun müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, həmin sahə üzrə xüsusi biliyi olan ekspertin rəyini almışdır. Apellyator formal mülahizələrdən çıxış edərək, borcun şişirdilməsini qeyd etsə də, işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. 44.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 47.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı: Cavabadeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)-805/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar