Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6562/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı LPO “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1271/2020 saylı xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 135 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 1186,03 ABŞ dolları əsas borc, 103,91 ABŞ dolları faiz borc, 100 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 169,96 ABŞ dolları, cəmi 1559,9 (min beş yüz əlli doqquz dollar, 90 sent) ABŞ dolların “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 134 saylı kredit müqaviləsi üzrə 3737,10 ABŞ dolları əsas, 1868,21 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 549,12 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 6354,43 (altmış üç min əlli dörd ABŞ dolları, 43 sent) ABŞ dolları ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və iddianın qaldırılması üçün ödənilmiş 30 manatın “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, 134 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus "Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılası və əldə olunan vəsait hesabına borcun “xxxxxxxxx” ASC-nə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, LPO “xxxxxxxxx” ASC-nin X1 Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 135 saylı kredit müqaviləsi üzrə 1186,03 (min yüz səksən altı ABŞ dolları, 3 sent) ABŞ dolları əsas borc, 103,91 (yüz üç ABŞ dolları, 91 sent) ABŞ dolları faiz borcu, 1055,63 (min əlli beş ABŞ dolları, 63 sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 169,96 (yüz altmış doqquz ABŞ dolları, 96 sent ) ABŞ dolları, cəmi 2514,53 (iki min beş yüz on dörd ABŞ dolları, 53 sent) ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 134 saylı kredit müqaviləsi üzrə 3737,10 (üç min yeddi yüz otuz yeddi ABŞ dolları, 10 sent) ABŞ dolları əsas, 1868,21 (min səkkiz yüz altmış səkkiz ABŞ dolları, 21 sent) ABŞ dolları faiz, 3245,49 (üç min iki yüz qırx beş ABŞ dolları, 49 sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 549,12 (beş yüz qırx doqquz ABŞ dolları, 12 sent) ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 9399,92 (doqquz min üç yüz doxsan doqquz ABŞ dolları, 92 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 134 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli, 134 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə “xxxxxxxxx" ASC arasında xx.xx.2015-ci il tarixli 135 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 8600 (səkkiz min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular Cavabdeh2 ilə və Cavabdeh3 ilə həmin tarixdə 135 və 135/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh2 ilə və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. “xxxxxxxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 134 saylı kredit müqaviləsi üzrə 3737,10 (üç min yeddi yüz otuz yeddi ABŞ dolları, 10 sent) ABŞ dolları əsas, 1868,21 (min səkkiz yüz altmış səkkiz ABŞ dolları, 21 sent) ABŞ dolları faiz, 3245,49 (üç min iki yüz qırx beş ABŞ dolları, 49 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 549,12 (beş yüz qırx doqquz ABŞ dolları, 12 sent) ABŞ dolları rıəbəğində faiz (5%) borcu, cəmi 9399,92 (doqquz min üç yüz doxsan doqquz ABŞ dolları, 92 sent) ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 135 saylı kredit müqaviləsi üzrə 1186,03 (min yüz səksən altı ABŞ dolları, 3 sent) ABŞ dolları əsas borc, 103,91 (yüz üç ABŞ dolları, 91 sent) ABŞ dolları faiz borc, 1055,63 (min əlli beş ABŞ dolları, 63 sent) ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 169,96 (yüz altmış doqquz ABŞ dolları, 96 sent) ABŞ dolları, cəmi 2514,53 (iki min beş yüz on dörd ABŞ dolları, 53 sent) ABŞ dolları borcu yaranmışdır.İddia tələbini aşağıda qeyd olunanlara görə əsaslı hesab edirlər:Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 134 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 6400 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 135 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 8600 ABŞ dolları məbləğində kredit vermişdir. 134 saylı İpoteka müqavilənin 2-ci maddəsinə əsasən, kreditin təminatı kimi "Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. 134 və 135/1 saylı zaminlik müqavilələrinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh2 ilə və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar.Göründüyü kimi, cavabdehlər öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin ona aid hisəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edibapellyasya şıkayətinin rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə, ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini ona aid hissədə mübahisələndirdiyinən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 134 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı Cavabdeh1 24 ay müddətinə illik 22 faiz olmaqla, 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 135 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı Cavabdeh1 24 ay müddətinə illik 22 faiz olmaqla, 8600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 134 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən kreditin təminatı kimi "Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil banka girov qoymuşdur. İş materiallarında olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 135 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, sonuncu Cavabdeh1 bank tərəfindən verilmiş 8600 ABŞ dolları krediti üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015- ci il tarixli, 135/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, sonuncu Cavabdeh1 bank tərəfindən verilmiş 8600 ABŞ dolları krediti üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********433 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, cavabdehin xx xxxxxx 2015-ci il tarixli UGR**********6940001 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 3737,10 ABŞ dolları, faiz borcu 1868,21 ABŞ dolları, cərimə borcu 3245,49 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 549,12 ABŞ dolları, cəmi 9399,92 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********428 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, cavabdehin xx xxxxxx 2015-ci il tarixli UGR**********6940002 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 1186,03 ABŞ dolları, faiz borcu 103,91 ABŞ dolları, cərimə borcu 1055,63 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 169,96 ABŞ dolları, cəmi 2514,53 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X2 görünür ki, "Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilmiş AA 10155 nömrəli çıxarışın surətindən görünür ki, "Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh1 borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinı dair xəbərdarlıq edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 134 nömrəli və xx.xx.2015-ci il tarixli, 135 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 "Lexus GX-470” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan əlavə «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. İşdən görünür ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə xx.xx.2015-ci il tarixli, 135 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 1186,03 ABŞ dolları dəbbə məbləğinin alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, tələb olunan məbləğin 100 ABŞ dolları məbləğinədək və eyni zamanda xx.xx.2015-ci il tarixli, 134 nömrəli kredit müqaviləsi izrə hesablanmış 3737,10 ABŞ dolları dəbbə məbləğinin alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, tələb olunan məbləğin 200 ABŞ dolları məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Qeyd olunanları nəzərə alaraq, kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi,Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə, ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6562/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6562/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver