Məhkəmə qərarları › İş №2(103)-6564/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6564/2022

22.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6564/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1438/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pozulmuş hüquqların bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1438/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pozulmuş hüquqların bərpa edilməsi” barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddiaçıya aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1438/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1438/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı öz iddiasının əsası kimi istifadəsində olan nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmasına dair protokolların tərtib edilməsi və inzibati qərarların qəbul edilməsi, ona məxsus avtomobilin üzərinə həbs qoyulması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmişdir. Göründüyü kimi, iddiaçının tələbi həmin qərarların ləğv edilməsinə və hesablanmış cərimə məbləğinin silinməsinə yönəlməmişdir, əksinə bu qərarları qəbul etmiş inzibati orqanın vəzifəli şəxslərinin hərəkətlərinin özünün qanunsuz olması və nəticədə onun hüquqlarının pozulması ilə bağlıdır. Başqa sözlə, iddia tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Cavabdeh inzibati orqandır. Göstərilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, hazırkı iş üzrə qaldırılan iddiada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyi ilə bağlı olduğundan, həmin iddiaya inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin icraata qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1438/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar