Məhkəmə qərarları › İş №2(103)-6575/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6575/2025

04.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6575/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMMC-nin cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" MTK-ya qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" MMMC-nin "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-ya qarşı "protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-412/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Məhkəmə icraatı

1. İddiaçı "xxxx" MMMC-nin cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-ya qarşı "protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 412/2025 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia tələbi təmin edilməmişdir.

3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-6575/2025 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(004)-412/2025 nömrəli qətnaməsində texniki səhvlə buraxılmış yanlışlıqların düzəldilməsi ilə əlaqədar olaraq mülki işin Yasamal Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər..

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş məktubu nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-412/2025 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın məhkəmənin təşəbbüsü ilə aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

7. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı "xxxx" MMMC-nin cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK-ya qarşı "protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi və s." tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-412/2025 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın məhkəmənin təşəbbüsü ilə aradan qaldırılması məqsədilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: M

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar