Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6577/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə Cavabdeh4 Bəhmən oğlunun vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-299/2019 saylı qərardadından Cavabdeh4 Bəhmən oğlu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-299/2019 saylı qərardadı ilə iddiaçı “xxxxxx” İKB ASC-nin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Bəhmən oğluna və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilkin iddiasına, Cavabdeh2 “xxxxxx” İKB ASC-yə qarşı “kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-299/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə Cavabdeh4 Bəhmən oğlunun ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 299/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 Bəhmən oğlu tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədləri geri qaytarılması qərara alınmışdır. Cavabdeh4 Bəhmən oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020- ci il tarixli, 2(011)-299/2019 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının tarixi, vaxtı və yeri barədə ona hər hansı bir məlumat verilməmişdir. Məhkəmənin qətnaməsi ona təqdim edilməmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 21 .07.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş Bakı Apelyyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 Bəhmən oğlunun vəkili və nümayəndəsi X3 şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini və vəkilini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İş materiallarında olan Cavabdeh4 Bəhmən oğlunun və onun vəkilinin imzaladığı ərizədə ərizəçi məhkəmə qətnaməsindən onların xx xxxxxx 2020-ci il tarixdə məlumatı olduqlarını və onların verdikləri apelyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsini və qətnamədən apelyasiya şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin brinci instansiya məhkəməsi Cavabdeh4 Bəhmən oğlunun ərizəsinə prossesual müddətin bərpası barədə ərizə kimi qiymət verərək baxmışdır. Həmçinin, ərizəçi Cavabdeh4 Bəhmən oğlu olduğu halda qərardadda digər Cavabdeh2 kimi qeyd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi cavabdehin öz ərizəsində X1 vilayətinin Orenburq şəhərində yaşadığını, bu səbəbdən də məhkəmə qətnaməsinin surətini ala bilmədiyini qeyd etdiyini, lakin cavabdeh ərizədə əsaslandığı halları sübuta yetirəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, cavabdehin həmin qətnamədən nə vaxt məlumatlı olduğu və həmin dövürdə qətnamənin ona çatdırıldığı halları araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-299/2019-li qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6577/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6577/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver