Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6594/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı “İddiaçı-nin nümayəndəsi Fərhad Hüseynovun, Cavabdeh1 MMC-nin direktoru Əli Qurbanovun, Cavabdeh2 nümayəndəsi və vəkili Abbas Atakişinin, Cavabdeh4 nümayəndəsi və Cavabdeh3 iştirakı ilə, İddiaçı “İddiaçı-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kreditin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-211/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən ayrı ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kreditin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cü il tarixli, 109255-1-4971/3/3 saylı kommersiya krediti müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə Banka borclu olduğu 1197347,78 (bir milyon yüz doxsan yeddi min üç yüz qırx yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 62566 (altmış iki min beş yüz altmış altı) manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1259913,78 (bir milyon iki yüz əlli doqquz min doqquz yüz on üç manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 MMC-dən və Cavabdeh3 “xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması ipoteka predmetlərinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, 1163.8 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsinə, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılmadıqda, qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 211/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC və Cavabdeh3 1.197.347.78 manat məbləğində əsas borc, 10000 manat məbləğində cərimə borcu, cəmi 1.197.357.78 (bir million yüz doxsan yeddi min üç yüz əlli yeddi manat 78 qəpik), ödənilmiş dövlət rüsumuna görə 30 manat və ipotekanın qeydə alınması üçün 60 manat pulun “xxxx” ASCnin xeyrinə tutulması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1.760.000.00 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə edilən vəsaitin “xxxx” ASC-nə ödənilməsi, artıq qalan pulun cavabdehlərə ödənilməsi, qeyri-yaşayış sahəsi satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 211/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. Tərəflər məhkəmə iclasında Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (maddə 191.2, 261.0.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. Bakı Apelyasiya Məhkəməsinin icraatında iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 109255-1-4971/3/3 saylı kredit müqaviləsi üzrə 1197347,78 manat əsas borcun, 62566 manat məbləğində cərimənin, cəmi 1259913,78 (bir milyon iki yüz əlli doqquz min doqquz yüz on üç manat yetmiş səkkiz qəpik) manatın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(103)-6594/2020 saylı mülki iş vardır.
2. Tərəflər xoş məram göstərərək bu Barışıq sazişini bağlamaqla 1-ci bənddə göstərilən mübahisənin aradan qaldırılmasını təmin edirlər.
3. Mübahisə olunan cəmi borc məbləği 1259913,78 (bir milyon iki yüz əlli doqquz min doqquz yüz on üç manat yetmiş səkkiz qəpik) manat, cərimə çıxıldıqda 1197347,78 (bir milyon bir yüz doxsan yeddi min üç yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat müəyyən edilir. Bu Saziş bağlandıqdan sonra borc məbləğinə hər hansı faiz və digər əlavə ödəniş hesablanmır. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 1197347,78 (bir milyon bir yüz doxsan yeddi min üç yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manatı 59 ay ərzində hər ay 10000 (on min) manata bölünmüş hissələrlə hər ayın 25-dən gec olmayaraq, sonuncu ay qalan 607347,78 (altı yüz yeddi min üç yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manatı ödəyir. Bununla da, cavabdehər Cavabdeh1 MMC və Cavabdeh3 İddiaçıya olan borcu tam ödənmiş olur və iddiaçı borcun tam ödənildiyi və ipoteka predmetinin yüklülükdən azad olunduğu barədə müvafiq qaydada rəsmi sənəd təqdim edir. 3.1. Barışıq sazişi üzrə ödəniş cədvəli:
1 10 000,00 16 10 000,00 31 10 000,00 46 10 000,00 2 10 000,00 17 10 000,00 32 10 000,00 47 10 000,00 4 . Bir 3 10 000,00 18 10 000,00 33 10 000,00 48 10 000,00 təqv 4 10 000,00 19 10 000,00 34 10 000,00 49 10 000,00 im ili 5 20 35 10 000,00 10 000,00 10 000,00 50 10 000,00 ərzi 6 10 000,00 21 10 000,00 36 10 000,00 51 10 000,00 ndə 7 10 000,00 22 10 000,00 37 10 000,00 52 10 000,00 ümu mi 8 10 000,00 23 10 000,00 38 10 000,00 53 10 000,00 geci 9 10 000,00 24 10 000,00 39 10 000,00 54 10 000,00 kmə 10 10 000,00 25 10 000,00 40 10 000,00 55 10 000,00 lərin 11 10 000,00 26 10 000,00 41 10 000,00 56 10 000,00 sayı 50 12 10 000,00 27 10 000,00 42 10 000,00 57 10 000,00 (əlli) gün 13 10 000,00 28 10 000,00 43 10 000,00 58 10 000,00 dən 14 10 000,00 29 10 000,00 44 10 000,00 59 10 000,00 artıq olm 15 10 000,00 30 10 000,00 45 10 000,00 60 607347.78 ama lıdır. Cavabdehlər bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. Cavabdehlərdən müştərək qaydada 1259913,78 (bir milyon iki yüz əlli doqquz min doqquz yüz on üç manat yetmiş səkkiz qəpik) manat məbləğində olan borcun həmin günə olan qalıq məbləği İddiaçının xeyrinə tutulur. 4.2 İpoteka predmetinin ilkin satış qiyməti ******* (bir milyon yeddi yüz altmış min) manat müəyyən edilməklə, “Cavabdehlər”in borcu Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 1163,8 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (1-ci mərtəbə və zirzəmi) yönəldilir, əmlak açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait İddiaçıya ödənilir 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan Cavabdehlərin “İddiaçı”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissəsi isə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun qalığının ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “İddiaçı”ya olan borcunun ödənilməsinə yönəldilir.
5. Bu Sazişlə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra cavabdehlərin heç bir öhdəliyi qalmır. Cavabdeh2 və Cavabdeh4 məxsus yüklülükdə olan əmlak ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.
6. Tərəflər öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.
7. Bu Sazişin şərtləri tərəflərin könüllü iradələrini əks etdirir.
8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi müqavilə tərəflərinə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edildi.
11. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.
12. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 211/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “İddiaçı-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kreditin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.