Məhkəmə qərarları › İş №2(103)-6604/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6604/2020

12.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6604/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh Ləğv prosesində olan “xxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-2824/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nissan Sentra” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh «xxxxxxx» ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 2824/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nissan Sentra” markalı 99-GP681 dövlət qeydiyyat nişanlı avtomobilin «xxxxxxx» ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və iş icra mərhələsində olarkən mübahisə predmeti olan avtomobil İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh2 etibarnamə əsasında 16000 manata satılmışdır. Satışdan əldə olunan həmin vəsait xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014- cü il tarixli, 00/11655/AFS saylı kredit müqaviləsi və qətnamə üzrə İddiaçı Bank qarşısında olan öhdəliyin icrasına yönəlmişdir. Həmin vəsaitin 15652,63 manatı borclunun kredit müqaviləsi və qətnamə üzrə əsas borcuna, 347,37 manatı isə faiz borcuna silinmiş və İddiaçı qətnaməyə əsasən bank qarşısında 2196,18 manat faiz borcu və 139.57 manat peniya borcu olmaqla, hələ də 2335,75 manat icra edilməmiş öhdəliyi qalmışdır. Göründüyü kimi, mübahisə predmeti olan avtomobil iddiaçının könüllü iradə ifadəsi, etibarnamə və təhvil-təslim aktı əsasında Cavabdeh2 adlı şəxsə təhvil verilmiş, həmin avtomobilə dair bütün əqdlərin bağlanması sonuncuya etibar edilmiş, avtomobil də iddiaçının iradə ifadəsinə əsasən satılmaqla əldə olunmuş pul onun banka ödəməli olduğu kredit borcunun silinməsinə yönəlmişdir. Bu səbəbdən də ipoteka ilə bank qarşısında yüklü olan və iddiaçının banka ödəməli olduğu kredit borcunun ödənilməsi üçün satılan avtomobilin iddiaçıya qaytarılması qanunsuz və əsassızdır. Artıq avtomobilin satışından əldə olunan vəsait qanuni qüvvəyə minmiş və icra olunmalı olan məhkəmə qərarına əsasən banka ödəməli olduğu borcuna yönəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13905/2019 saylı qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-2824/2019 saylı qətnaməsinin Cavabdeh1-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsin 2(103)-2394/20 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh «xxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13905/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Ali Məhkəməsin 2(103)-2394/20 saylı xx xxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-579/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcunun və hesablanmış faizlərin qaytarılması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 15652,63 manat məbləğində əsas borc, 2543,55 manat məbləğində faiz borcu, 139,57 manat məbləğində cərimə olmaqla, cəmi 18335,75 manat məbləğində borcun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pulun alınıb Cavabdeh1-nin xeyrinə ödənilməsi qət edilmişdir. «xxxxxxx» ASC tərəfindən Qobustan rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2016- cı il tarixli, 6485 nömrəli məktubdan görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş borcdan İddiaçı «xxxxxxx» ASC-yə ödənilməmiş qalan 2335,75 borcunun ödənilməsi üçün icra tədbirlərinin davam etdirilməsi xahiş olunmuşdur. «xxxxxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, 1739 nömrəli məktubdan görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən icra olunmuş, İddiaçı hal-hazırda «xxxxxxx» ASC-nə 2366,75 borcu vardır. İddiaçı hazırki tələbində avtomobilin qaytarılmasını xahiş edir və yalnız bu halda banka olan borcunu ödəyəcəyini bildirir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli nəqliyyat vasitəsinin hazırda iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəf nəqliyyat vasitəsinin iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında satılması və satışdan əldə olunan vəsatin onun banka olan borcunun əvəzinə silindiyini göstərmiş olsa da, bununla bağlı hər hansı sübuta istinad etmir. Nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin bağlanması işin araşdırılmış halları baxımından təsdiq olunmur. Cavabdeh tərəf nəqliyyat vasitəsinin etibarnamə əsasında satıldığını göstərir. Lakin qeyd edilməlidir ki, nəqliyyat vasitəsinə görə hər hansı bir şəxsə hər hansı səlahiyyətlə etibarnamə verilməsi mülkiyyətçinin mülkiyyət hüququna xitam verilməsi kimi qəbul oluna bilməz. Bu halda istinad olunan normanın tələbinə müvafiq olaraq iddiaçı öz mülkiyyətində olan əmlakını geri tələb etməkdə haqlı olması aşkar olaraq müəyyən olunmuş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında bundan əvvəl ödənilməyən kredit borcunun qaytarılmasınadair iddia tələbinə baxılmış, həmin iş üzrə Cavabdeh1 iddiaçı olmuş və həmin kredit müqaviləsinin təminatı olaraq təqdim edilmiş nəqliyyat vasitəsinə tələbin yönəldilməsinə dair tələb olmamışdır. Belə olan halda da tələbin əmlaka yönəldilməsinə dair Cavabdeh1 iddia tələbinin olması, nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi halının mövcudluğu ümumiyyətlə istisna olunur. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsin təşkil edir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb etmək hüququna malikdir. Hazırda mübahisəli avtomobilin iddiaçının mülkiyyətində olması işin mübahisə edilməyən halıdır. İşin mübahisələnidirlən halı həmin avtomobilin hansı əsaslarla iddiaçının sahibliyindən çıxması və hazırda cavabdehin sahibliyində olması, həmin sahibliyin qanunsuzluğudur. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi, məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi Cavabdeh1-dən qaytarılmasını qət edərkən avtomobilin hal-hazırda cavabdeh bankda olub-olmamasını müəyyən etməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı banka olan borcunu ödəyə bilmədiyi üçün mübahisəli avtomobili aktla Cavabdeh1-nin Problemli Kreditlər Şöbəsinin əməkdaşı Cavabdeh2 təhvil vermiş, həmçinin sonuncuya baş etibarnamə də vermişdir. Sonradan Cavabdeh2 vəfat etmiş, İddiaçı isə öz növbəsində həmin etibarnaməni ləğv etdirmişdir. «xxxxxxx» ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə X2 Hüquq və İcraat departamentinə və İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, 118 nömrəli məktubdan görünür ki, məhkəmə çəkişməsi davam etdiyi müddətdə İddiaçı banka yaxınlaşaraq xx.xx.2015-ci il tarixli, AR-İ seriyalı 408460 nömrəli etibarnamə ilə 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nissan Sentra” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili banka könüllü təhvil vermiş və avtomobilin satılıb kredit borcuna yönəldilməsində bankdan köməklik istəmişdir. Bu səbəbdən də avtomobil etibarnamə əsasında satılmış, əldə olunan məbləğ İddiaçı Şahnəzər oğlunun kredit borcundan silinmişdir. Qalıq borc haqda İddiaçı Şahnəzər oğluna məlumat verilmişdir. Göründüyü kimi, avtomobil iddiaçının sahibliyindən onun iradəsinə zidd çıxmamış, istinad olunan məktubda avtomobilin satılaraq iddiaçı G.Hümmətovun banka olan borcunun ödənilməsi qeyd edilmişdir. Belə olan halda iddiaçının hazırki vindikasiya iddiası, əmlakın kimin qanunsuz sahibliyində olmasını müəyyən etməklə tələb həmin şəxsə yönəlməli olduğu halda, hazırki mübahisədə bu hal müəyyən edilmədən məhkəmə avtomobilin cavadeh bankdan alınması nəticəsinə gəlmişdir. İş materiallarından avtomobilin cavabdeh bankda olması öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Bundan başqa işə baxan məhkəmələr avtomobilin qaytarılmasını qət edərkən onun qiymətini müəyyən etməməklə prosessul qanunvericiliyin tələləblərinə əməl etməmişlər. İş materiallarına görə avtomaşınını mövcud olması, işlək vəziyyətdə olması müəyyən edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakınnatura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, bank 8 gün gecikməyə görə ondan işlədiyi polis orqanına şikayət etmişdir. Bu işə görə də o, işdən kənarlaşdırıldı. Banka avtomobili verdi ki, borc bağlansın. Çünki, bank iş yerinə borcla bağlı 3 dəfə teleqram vurmuşdu. Həmin teleqramları geri götürsün deyə avtomobili vermişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, cavabdehə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Hazırki iddia tələbi əsaslı olsa belə, avtomobil Cavabdeh1-dən tələb edilə bilməzdi. Düzdür, iddiaçı hazırki tələbini əvvəlcə Cavabdeh2 qarşı da yönəltmiş, lakin sonuncu öldüyündən tələbinin həcmini azaldaraq avtomobili yalnız bankdan tələb etmişdir. Belə ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Lakin həmin əmlakın cavabdehin qanunsuz sahibliyində olması da təsdiq olunmalıdır. Ancaq hazırki iş üzrə mübahisə predmei olan avtomobilin məhz cavabdeh kimi göstərilən banka verilməsi və bankın qanunsuz sahibliyində olması iş materialları ilə təsdiq olunmur və faktiki olaraq sübuta yetirilmir. Heç iddiaçı da avtomobili bilavasitə banka təhvil verdiyini israr etmir. Həm də ən azından bu təhviltəslim aktında bankın da iştirakı olduğu müəyyən olunmalıdır ki, bu hal da təsdiq olunmamışdır. Göründüyü kimi, hazırki iddia üzrə Cavabdeh1 iddiaya cavab verməli olan şəxs olmadığından ona qarşı bu iddianın yönəlməsi də düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən və iddiaya cavab verməli olan şəxs(lər) cavabdeh qismində cəlb edilmədiyindən apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-2824/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 açıq səhmdar cəmiyyətinə qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar