Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6608/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, 06 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə inşa edilmiş özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(005)- 221/2022 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı «Zirvə-A” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Eyni zamanda prosessual müddətin bərpasına dair ərizə təqdim edərək apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsinin təmin edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3655/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 221/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 221/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməklə sonrakı prosessual hərəkətlərin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 221/2022 saylı, 06 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardadın tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 221/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə Cavabdeh mülki iş üzrə nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Şikayəti Cavabdeh digər vəkili Vəkil4 versə də, qərardaddan hansı səbəbə 4 aydan çox müddət keçdikdən sonra şikayət verilməsi, mülki iş üzrə cavabdehin vəkili olmuş şəxsin hansı səbəbdən müddətin ötürmüş olması və digər üzürlü hallar barədə prosessual müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə kollegiyası həmçinin şikayətin digər dəlilinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən onun vəkili olmuş Vəkil1 verilmiş etibarnamədən görünür ki, etibarnamə 2 il meddətinə verilmiş və xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuşdur. Bu halda etibarnamə qüvvədə olduğu müddətdə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Mülki Prosessual Məcəllənin 75.2-ci maddəsinə əsasən, qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. Hazırkı mülki işdə isə Cavabdeh tərəfindən vəkilə verilmiş etibarnamənin ləğvini təsdiq edən hər hansı sənəd müəyyən edilmədiyindən məhkəmə sənədi cavabdeh tərəfə rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, 06 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, 06 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6608/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6608/2023
25.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver