Məhkəmə qərarları › İş №2(103)-661/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-661/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-661/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı (X51, X43, X69, X68, X44, X60, X70, X94 və X32 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) ilkin iddia üzrə Cavabdeh qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-661/2023 (Açar sözlər: əmlak bölgüsü) Bakı şəhəri 15 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Cəfərov Namiq Şamil oğlu və X45 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun və üçüncü şəxs X30 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı (X51, X43, X69, X68, X44, X60, X70, X94 və X32 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) ilkin iddia üzrə Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilin və torpaq sahəsinin ½ payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 15 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmış, xx.xx.2015-ci il tarixdə nikah pozulmuşdur. Tərəflərin birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişlər

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında Nəsimi rayon qeydiyyat şöbəsində 14 02.2004-cü il tarixli 96 saylı aktla nikah bağlamış və Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixli 15 saylı aktla həmin nikah pozulmuşdur. Birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövləl Reyestri Xidmətinə KVB-117 nömrəli, 10 sentyabı 2020-ci il tarixli sorğu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən № **********89 xx.xx.2020-ci il tarixli məktubla sorğusuna cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, «sorğu ilə əlaqədar olaraq bildiririk ki, Cavabdeh adına ünvan 1 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 2q edilmiş xx.xx.2012-cü il tarixlı, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində; Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli, 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli, 132 nömrəli forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixində ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri 12 saylı notariat kontorı tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X32 adına özgəninkiləşdirilmiş və Bakı şəhəri 12 saylı notanat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 40-809 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarxində Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir». İddiaçı xx.xx.2014-cü il tarixdə 7E-8l60 reyestrlə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinın özgəninkiləşdirilməsmə və ipotekaya qoyulmasına razılıq vermişdir. Cavabdeh iddiaçı tərəfindən ona verilmiş razılıq ərizəsindən sui-istifadə edərək Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, 100 saylı mənzili 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə- 882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı notariusa müraciət edərək yuxarıda qeyd edilən ərizəsini ləğv etmişdir Belə ki, «Elektron notariat X8 çıxarış»a əsasən, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X76 tərəfindən 8160 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir «Mən yazıb bildirirəm ki, keçmiş həyat yoldaşım Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmirəm». «Elektron notariat X8 çıxarış»a əsasən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X76 tərəfindən 8696 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir: «Yazıb bildirirəm ki, xx.xx.2018-ci il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşım Cavabdeh T. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə haqqında ərizə vermişəm. Xahiş edirəm həmin ərizəni ləğv edəsiniz». Bundan başqa, «Elektron notariat X8 çıxarış»a əsasən, xx.xx.2014-cü il tarixdə 3 saylı ASAN xidmət mərkəzindəki notariat kontorunun notariusu X61 tərəfindən 14952 reyestr nömrəsi ilə təsdiqlənmiş etibarnaməyə əsasən İddiaçı Cavabdeh banklarda onun nümayəndəsi kimi çıxış etmək haqqında etibarnaməni təsdiqləmişdir. Həmin çıxarışda Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 4 hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılmalıdır. Mülki və ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi iddiaçının yuxarıda qeyd edilən əmlak üzərində pay hüququ müəyyənləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, mənzil 100 qeydiyyatdan keçmişdir və 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçının razılığı olmadan ümumi birgə mülkiyyətdə olan əmlakı bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsi iddiaçının həmin əmlak üzərində olan mülkiyyət hüquqlarını pozmuşdur. Belə olan halda xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X37 bağışlanması barədə ünvan 2q edilmiş xx.xx.2014-cü il tarixli, 40-882 reyestr nömrəli müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzil 2008-ci ildə əsaslı təmir edilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və mağaza kimi fəaliyyət göstərmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsait xərclənmişdir. Həmin təmir nəticəsində mənzilin Mirbəşir Qasımov küçəsinə qapısı açılmışdır, arakəsmə divarlar sökülmüşdür, elektrik xəttləri, su və isitmə xəttləri yenidən çəkilmişdir, tavanın divarların səthi düzəldilmişdir, rənglənmişdir, yeni çıl-çıraqlar, elektrik açarlar və qoruyucular quraşdırılmışdır, Mirbəşir Qasımov küçəsindən yeni giriş qapısı, vitrin quraşdırılmışdır. Mənzilin döşəməsi tamamilə yenilənmişdir. Köhnə döşəmə sökülmüşdür. Məhz bu səbəbdən Cavabdeh sözügedən qeyri-yaşayış sahəsin 500.000 manat məbləğinə satmışdır. Beləliklə satılan qeyri-yaşayış sahəsinin dəyərinə həmçinin tərəflərin birgə nigah dövründə qazandıqları vəsait hesabına icra olunan təmirin dəyəri də daxildir. Lakin, cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsini satdıqda iddiaçıya onun payına düşən 75.000 manatı verməmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi,ev 4, 83 saylı mənzilin qeyriyaşayış sahəsinə çevrilməsi və əsaslı təmiri nəticəsində əmlakın dəyəri əhəmiyyətli dərəcə artmışdır. Bu səbəbdən cavabdeh tərəfindən sözügedən əmlak 500.000 manat məbləğində satılmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X46 bağışlanması barədə ünvan 2q edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X97 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda məlum olmuşdur ki, cavabdeh X71 xx.xx.2013-cü il tarixdə əldə etdiyi və AB836456 nömrəli şəhadətnamə və 10OV800 nömrə nişanı ilə «X110 minik» buraxılış ili 2011, rəngi ağ, mühərrik 1GRA313420 Ban JTMDU09J1B4042402 avtomobili əldə etmişdir və qeydiyyata saldırmışdır. Tərəflər arasında nikah ləğv olunduqdan sonra Cavabdeh İddiaçı Fikrət qızının razılığın olmadan, ondan xəbərsiz həmin avtomobili 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satmışdır və bu əsasla avtomobili öz adından qeydiyyatdan çıxarmışdır. Həmin avtomobil də birgə nikah dövründə əldə olunmuşdur. Bu səbəbdən qeyd edilən avtomobilin satışından cavabdehin əldə etdiyi pulun ½ hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X37 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ½ payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat və 10OV800 nömrə nişanlı, 2011 buraxılış ili, ağ rəngli, mühərrik 1GRA313420, ban JTMDU09J1B4042402 olan «X110» minik avtomobilinin 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satılmasından əldə edilən pulun ½ hissəsi Cavabdeh İddiaçı Fikrət qızının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

6. Öz növbəsində, iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilin və torpaq sahəsinin ½ payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə onun arasında olan nikah xx.xx.2004-cü il tarixdə rəsmi qaydada qeydə alınmış, xx.xx.2015-ci il tarixdə həmin nikah pozulmuşdur. Birgə nikah dövründə cavabdeh İddiaçı adına bir çox daşınmaz əmlaklar alınmışdır. Birgə nikah dövründə Respublika ərazisində cavabdeh İddiaçı adına qeydə alınmış daşınmaz əmlaklar barədə dəqiq məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilmişdir. Hal-hazırda həmin sorğuya cavab verilmədiyi üçün birgə nikah dövründə, yəni xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların dəqiq siyahısı əlində yoxdur. Bununla belə, cavabdehin adına birg nikah dövründə alınmış bəzi daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərinin surətləri əlində olduğu üçün hazırki qarşılıqlı iddia ərizəsi ilə həmin daşınmaz əmlakların ½ hissələrinə payının müəyyən edilməsini məhkəmədən xahiş etmək qərarına gəlmişdir Cavabdehin adına birgə nikah dövründə alınmış bəzi daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərinin surətləri aşağıdakılardır: 1. xx.xx.2004-cü il tarixli, seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında iki otaqlı mənzil; 2. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanında üç otaqlı mənzil; 3. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən ünvan 8 ünvanında iki otaqlı mənzil; 4. xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, X91 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanında üç otaqlı mənzil. Qeyd edilən daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərində mülkiyyətçi kimi yalnız İddiaçı adına qeyd edilməsinə baxmayaraq, həmin daşınmaz əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün hesab edir ki, həmin daşınmaz əmlakların ½ hissələrinə payının tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən xx.xx.2004-cü il tarixli seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış ünvan 7 ünvanındakı iki otaqlı mənzilin ½ hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanındakı üç otaqlı mənzilin ½ hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən İddiaçı adına qeydə alınmış ünvan 8 ünvanındakı iki otaqlı mənzilin ½ hissəsinə, xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən İddiaçı adına qeydə alınmış Bakı şəhəri, X91 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanındakı üç otaqlı mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

7. Daha sonra cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlakların dövlət qeydiyyatına alınıb-alınmaması, müsbət halda həmin tarixlərdə onun adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklardan hansıların özgəningiləşdirilməsi barədə məlumatların əldə edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Həmin sorğuya 7552 saylı xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda aşağıdakılar göstərilmişdir: 1. «İddiaçı adına ünvan 10 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqaviləsinə əsasən X2». 2. «İddiaçı adına ünvan 10 ünvanda yerləşən mənzil Bakı şəhəri 53 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-235 saylı müqaviləsinə əsasən X2». 3. «İddiaçı adına ünvan 13 ünvanda yerləşən mənzil Bakı ASAN xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-766 saylı müqaviləsinə əsasən X9». 4. «İddiaçı adına ünvan 15 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqaviləsinə əsasən X17». 5. «İddiaçı adına ünvan 17 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02- 383 saylı müqaviləsinə əsasən X26». 6. «İddiaçı adına ünvan 19 ünvanda yerləşən mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqaviləsinə əsasən X3». 7. «İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqaviləsinə əsasən X18». 8. «İddiaçı adına ünvan 21 ünvanda yerləşən mənzil Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqaviləsinə əsasən X14». 9. «İddiaçı adına ünvan 23 ünvanda yerləşən mənzil Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqaviləsinə əsasən X4». xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların dəqiq siyahısını əldə etdiyinə görə qarşılıqlı iddia tələbini dəqiqləşdirmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ünvan 10 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X10 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-01- 139 saylı müqavilənin etibarsız sayılması, ünvan 10 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 25 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X10 barədə Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015ci il tarixli, 4Ə-235 saylı müqavilənin etibarsız sayılması, ünvan 25 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 13 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X19 barədə Bakı ASAN xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-766 saylı müqavilənin etibarsız sayılması, ünvan 13 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 15 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X23 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqavilənin etibarsız sayılması, ünvan 15 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 17 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X28 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-02-383 saylı müqavilənin etibarsız sayılması, ünvan 17 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X15 barədə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin İddiaçı tərəfindən X24 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 10 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X10 barədə Bakı şəhəri notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqavilənin etibarsız sayılması, ünvan 10 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 21 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X22 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqavilənin etibarsız sayılması, ünvan 21 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 23 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X11 barədə Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqavilənin etibarsız sayılması, ünvan 23 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X51, X43, X69, X68, X44, X60, X70, X94 və X32 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı ilkin iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X37 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə- 882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reystr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda ½ pay üzrə mülkiyyət hüququnun tanınması, qətnamə yalnız bu hissədə həmin daşınmaz əmlaklara dair (Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi) İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququnun (hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsasdır. İlkin iddia tələblərinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.3, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 225.1, 234.1, 337.1, 339.2, 339.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasını xahiş edilmişdir.

11. Apellyasiya şikayətini ilkin iddianın dəlillərinə uyğun əsaslandırmışdır.

12. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və qarşılıqlı iddia təmin edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayətini qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 28 ünvanında yerləşən 100 saylı mənzildə əvvəl yaşamışdır, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə KVB-117 nömrəli, 10 sentyabr 2020-ci il tarixli sorğu vermişdir. Sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin ½ payı üzərində mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Səkinə İddiaçı nikah dövründə əldə edilmiş ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu 10 sentyabr 2020-ci il tarixdə bilmişdir və ümumi əmlakın bölünməsi haqqında tələbə dair iddia müddətinin axımı həmin andan başlanmışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə baxışında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun və üçüncü şəxsin nümayəndəsi-vəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətininin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz, onun təmin edilməməsini xahiş etdilər.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

17. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

18. Maddə 36.3. Mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir.

19. Maddə 37.1. Ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

27. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

28. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

29. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 15 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə İsmayılov, qadına Sadıxova soyadı verilmişdir.

39. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 30 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 2q edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi (qaraj) "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2019-cu il tarixli 184 saylı protokoldan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixdə, Şəki şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0.0032 ha torpaq sahəsi Şəki şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli, 4Ə-84 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 36 saylı, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli 132 nömrəli Forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri, 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X32 adına özgəninkiləşdirilmiş və ünvan 2q edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-809 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Mİrbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzil Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1991-ci il tarixli, 05/1931 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1992-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1378/2014 nömrəli,xx.xx.2014-cü il tarixli qərarına əsasən sözügedən mənzilin təyinatı dəyişilərək qeyri-yaşayış sahəsinə keçmişdir. Sözügedən qeyri-yaşayış sahəsi Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-25 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 32 ünvanda yerləşən fərdi yaşayış evi ünvan 33q edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-2-207 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil üzərində Cavabdeh hüququ Yasamal rayon İcra Hakimiyyəti Başçısının 46 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 7, 35 saylı mənzil üzrə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 017496 nömrəli orderə, "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına, 37 nömrəli xx.xx.2010-cu il tarixli Forma 2 arayışına əsasən xx.xx.2010-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil ünvan 2q edilmiş, xx.xx.2013-cü il tarixli 4Ə-04-1166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 34 ünvanda yerləşən qeyriyaşayış sahəsi 002244 qeydiyyat nömrəli, xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən qeyriyaşayış sahəsi 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh adına Azərbaycan Respublikasının digər ərizələrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

40. “Elektron notariat” X8 çıxarışın surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 14952 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə adından dövlət və qeyri-dövlət təşkilatlarında onu təmsil etməsi, o cümlədən banklarda nümayəndəsi olması, istənilən bankdan istənilən məbləğdə adından kreditə pul vəsaiti götürməsi, bununla əlaqədar lazımi sənədlərdə imza etməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqə.dar digər hərəkətləri etməsi Cavabdeh xx.xx.2014-cü il tarixədək səlahiyyət verilmişdir.

41. “Elektron notariat” X8 çıxarışın surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, keçmiş həyat yoldaşı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmir.

42. “Elektron notariat” X8 çıxarışın surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşı Cavabdeh T Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında ərizə vermişdir. Həmin ərizənin ləğv edilməsini xahiş etmişdir.

43. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, ÖM seriyalı, 200990 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin yaşayış sahəsi 27,33 kv.m. olan 2 otaqlı 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 209 nömrəli reyestr kitabının 30849 nömrəli vərəqində, 30/17438 nömrə ilə qeydiyyat aparılmışdır.

44. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində istifadədə olan 0,05574 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 5 mərtəbəli binada yerləşən 58,87 kv.m. ümumi, 45,87 kv.m.yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 391 nömrəli reyestr kitabının 36377 nömrəli vərəqində, ********* nömrə ilə qeydiyyat aparılmışdır.

45. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsində yerləşən 28 saylı evin C bloku, 3-cü giriş, ümumi sahəsi 133,5 kv.m. olan 3 otaqlı 24 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1238 nömrəli reyestr kitabının 112653 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 nömrəli 5 mərtəbəli binanın 40,33 kv.m.ümumi sahəsi, 27,33 kv.m. yaşayış sahəsindən ibarət olan 2 otaqlı 16 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 472 nömrəli reyestr kitabının 43584 nömrəli vərəqində, **********98-05101-093009 nömrə ilə qeydiyyat aparılmışdır.

47. Bakı şəhəri 12 saylı Notariat Kontorunun 4Ə-882 №-li xx.xx.2014-cü il tarixli Notariat İşindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsində yerləşən 36 saylı evin 88,8 kv.m.ümumi sahəsi, 39,6 kv.m. yaşayış sahəsi, 49,2 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 100 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1982 nömrəli reyestr kitabının 183123 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

48. Qeyd olunan notariat işindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsində yerləşən 36 saylı evin 88,8 kv.m.ümumi sahəsi olan 2 otaqlı 100 saylı mənzili xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X37 hədiyyə etmişdir.

49. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı adına ünvan 36 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqaviləsinə əsasən X12. İddiaçı adına ünvan 37 ünvanda yerləşən mənzil Bakı şəhəri 53 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-235 saylı müqaviləsinə əsasən X2. İddiaçı adına ünvan 38 ünvanda yerləşən mənzil 3 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-766 saylı müqaviləsinə əsasən X9. İddiaçı adına ünvan 40 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqaviləsinə əsasən X20. İddiaçı adına ünvan 41 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-383 saylı müqaviləsinə əsasən X26. İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqaviləsinə əsasən X5. İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsini Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqaviləsinə əsasən X21. İddiaçı adına ünvan 42 ünvanda yerləşən mənzil Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqaviləsinə əsasən X14. İddiaçı adına ünvan 43 ünvanda yerləşən mənzil Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqaviləsinə əsasən X4. İddiaçı adına ünvan 44 ünvanda yerləşən mənzil Bakı şəhərinin notariusunun xx.xx.2002-ci il tarixli, 4Ə- 1/11 saylı müqaviləsinə əsasən X6.

50. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X60 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 54 ünvanında yerləşən, ümumi sahəsi 40,33 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilini X47 bağışlamışdır.

51. Cavabdeh notariat qaydada yazılmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, keçmiş həyat yoldaşı İddiaçı məxsus olan ünvan 46 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etməmişdir.

52. İddiaçı tərəfindən 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, onun heç kimlə rəsmi nikahı yoxdur. Gələcəkdə bununla əlaqədar mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

53. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X36 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X36 mülkiyyətində olan ünvan 48 ünvanında yerləşən, ümumi sahəsi 40,13 kv.m olan 2 otaqlı 35 nömrəli mənzilini İddiaçı satmışdır.

54. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X53 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X53 mülkiyyətində olan ünvan 48 ünvanında yerləşən, ümumi sahəsi 58,87 kv.m olan 3 otaqlı 18 nömrəli mənzilini İddiaçı satmışdır.

55. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X48 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X31 mülkiyyətində olan ünvan 49 ünvanında yerləşən, ümumi sahəsi 40,33 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilini İddiaçı satmışdır.

56. Bakı şəhəri 12 saylı Notariat Kontorunun 4Ə-474 №-li xx.xx.2007-ci il tarixli Notariat İşindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 54 ünvanında yerləşən, ümumi sahəsi 40,13 kv.m olan 2 otaqlı 35 nömrəli mənzilini X13.

57. Qeyd olunan notariat işində olan X54 tərəfindən yazılmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı məxsus olan və ünvan 50 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir.

58. “Everton” firması tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən 28 saylı C bloklu evin 24 saylı mənzilin sahibidir və halhazırda həmin ünvanda qeydiyyatda heç kim yoxdur.

59. ünvan 51 edilmiş və İddiaçı ilə X55 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 52 ünvanında yerləşən, ümumi sahəsi 133,5 kv.m olan 3 otaqlı 24 nömrəli mənzilini X16.

60. İddiaçı tərəfindən notariat qaydada yazılmış xx.xx.2013-cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, C bloklu, 3-cü giriş, ev 28, mənzil 24 ünvanda yerləşən mənzili əldə etdiyi vaxt subay olmuşdur və hal-hazırda həmin əmlakı satanda da subaydır. Bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür.

61. Bakı şəhəri 53 saylı Notariat Kontorunun 4Ə-02-235 №-li xx.xx.2015-ci il tarixli Notariat İşindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsində yerləşən 3 saylı evin 58,87 kv.m.ümumi sahəsi olan 3 otaqlı 3 saylı mənzili xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1.

62. Qeyd olunan notariat işində olan İddiaçı tərəfindən yazılmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, o, hal-hazırda subaydır, heç kəslə rəsmi nikah qeydiyyatında deyil, ünvan 54 ünvanında yerləşən 3 saylı mənzilin satılması bağlı gələcəkdə mübahisə yaranarsa, cavabdehliyi və məsuliyyəti öz üzərinə götürmüşdür.

63. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X72 ilə İddiaçı arasında bağlanılmış xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X72 mülkiyyətində olan ünvan 48 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı 20 nömrəli mənzilini İddiaçı satmışdır.

64. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X56 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 204060 nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X56 mülkiyyətində olan ünvan 48 ünvanında yerləşən, ümumi sahəsi 38,46 kv.m olan 2 otaqlı 32 nömrəli mənzilini İddiaçı satmışdır.

65. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 650 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ailə vəziyyətini müəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı nikah haqqında akt qeydi aşkar edilməmişdir. X78 ilə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1979-cu ildə 40 saylı aktla nikahı və həmin şəxsin ölümü Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1997-ci ildə 90 saylı aktla, Cavabdeh ilə Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixli 96 saylı aktla nikahı ilə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixli 15 saylı aktla nikahın pozulması qeydə alınmışdır.

66. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X58 arasında bağlanılmış xx.xx.2002-ci il tarixli, 143787 nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 55 ünvanında yerləşən, ümumi sahəsi 52,0 kv.m olan 2 otaqlı 7 nömrəli mənzilini Seidova X29.

67. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X68 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli mənzil dəyişmə müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 3 nömrəli binada yerləşən yaşayış sahəsi 16,22 kv.m., ümumi sahəsi 29,22 kv.m. ibarət 20 nömrəli mənzilini X52 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 3 nömrəli binada yerləşən yaşayış sahəsi 16,22 kv.m., ümumi sahəsi 29,22 kv.m. 1 otaqdan ibarət 33 nömrəli mənzil ilə dəyişmişdir.

68. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X53 (etibarnamə əsasında X79 imzalanmış) ilə İddiaçı arasında bağlanılmış xx.xx.2003-cü il tarixli bağışlanma müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X53 mülkiyyətində olan ünvan 48 ünvanında yerləşən 18 nömrəli mənzilinin ½ hissəsi qızı İddiaçı bağışlamışdır.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014- cü il tarixli, 2(102)- 3804/2014 saylı qərarından görünür ki, cavabdeh Hüseynova Reyhan Musa qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2823/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-839/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Hüseynova Reyhan Musa qızı, X35, X57 və X49 ünvan 28-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin iddiaçı Cavabdeh sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2823/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iddianın təmin olunması, Hüseynova Reyhan Musa qızı, X35, X57 və X49 ünvan 28-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir.

70. Sorğuya cavab olaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, «Toyota Land-Cruiser» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən Cavabdeh adına (qeydiyyat şəhadətnaməsi AB836456) qeydiyyata alınmış, qeydiyyat şəhadətnamənin dəyişməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmış, həmin tarixdə yenidən Cavabdeh adına (qeydiyyat şəhadətnaməsi AE099695) qeydiyyata alınmışdır.

71. Müəyyən olunur ki, tərəflər arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmış, xx.xx.2015-ci il tarixdə nikah pozulmuşdur. Tərəflərin birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişlər. Hal-hazırda tərəflər həmin bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, həmin əmlakların ½ payların müəyyən edilməsi ilə bağlı iddialar qaldırmışlar. Belə ki, ilk iddia üzrə İddiaçı tərəfindən qaldırılan iddiadan görünür ki, Cavabdeh adına olan və iddia ərizəsində sadalan 1 adda daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, 2 adda daşınmaz əmlakların ½ payların üzərində mülkiyyət hüququnun tanınmasını, qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və «X110» markalı avtomaşının satışından əldə edilən pulun ½ hissəsinin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qaldırılan iddiadan görünür ki, İddiaçı adına olan və iddia ərizəsində sadalanan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və həmin əmlakların ½ hissəsinə payının müəyyən edilməsini xahiş etmişdir.

72. İlk növbədə məhkəmə kollegiyası mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzilin ünvan 2q edilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh anası X37 bağışlaması və sonradan xx.xx.2018-ci il tarixdə isə mübahisəli mənzil bağışlama müqaviləsinə əsasən yenidən Cavabdeh adına qeydiyyatdan keçməsi ilə bağlı qeyd edir ki, həmin müqavilələr uydurma əqd olduğundan əhəmiyyətsizdirlər.

73. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

74. Kollegiya qeyd edir ki, Cavabdeh anasına və sonuncunun mənzili yenidən ona (oğluna) bağışlaması müqavilənin həqiqi niyyətinə xidmət etməmişdir.

75. İddianın Cavabdeh adına qeydiyyata alınmış «X110» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun ½ hissəsinin tutulması hissəsi ilə bağlı apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı məhkəmənin sorğusuna X107 Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, mübahisəli «X110» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə mülkiyyətçi dəyişmədən yenidən Cavabdeh adına qeydiyyata alınmış və halhazırda cavabdehin mülkiyyətindədir.

76. Göründüyü kimi mübahisəli avtomobil başqa şəxsə satılmamış və hazırda da cavabdehin mülkiyyətindədir.

77. Məhkəmə kollegiyası Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin tərəflər arasında bərabər paylara bölünməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olduğunu hesab edərək qeyd edir ki, iş materialları ilə qey edilən əmlakın tərəflərin birgə nikah dövründə olduqları zaman əldə etdikləri təsdiq olunur. Ona görə də göstərilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklar bərabər paylarla iddiaçı və cavabdeh arasında bölünməldir.

78. Məhkəmə kollegiyası ilkin iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

79. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh adına olmuş Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzili 2008-ci ildə əsaslı təmir edilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və mağaza kimi fəaliyyət göstərmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsait xərclənmişdir. İlkin iddia üzrə Cavabdeh həmin qeyriyaşayış sahəsini 500.000 manat məbləğinə satmışdır. Beləliklə satılan qeyri-yaşayış sahəsinin dəyərinə həmçinin tərəflərin birgə nigah dövründə qazandıqları vəsait hesabına icra olunan təmirin dəyəri də daxildir. Lakin Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsini satdıqda iddiaçıya onun payına düşən 75.000 manatı verməmişdir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

80. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsaitin xərclənməsini göstərsə də, bu halları təsdiq edən mötəbər olan hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

81. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, keçən 12 ildən sonra belə tələb irəli sürülməsi sağlam məntiqə və ağlabatan mühakiməyə uyğun gəlmir.

82. Məhkəmə kollegiyası İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların ½ hissəsinə payının müəyyən edilməsi ilə bağlı Cavabdeh qarşılıqlı iddia tələbinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, qeyd edilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə, həmçinin birgə vəsait hesabına əldə olunmamışdır. Ona görə də, həmin əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi barədə qarşılqılı iddianı təmin etməməkdə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

83. Birinci instansiya məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, C bloku, 3-cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X16. İddiaçı notarial qaydada ərizə yazaraq sözügedən mənzili əldə etdiyi vaxta subay olması və həmin əmlakı satanda da subay olması göstərmişdir.

84. Məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi rayonu, X91 küçəsi, C bloku, 3-cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 sonra satış nəticəsində əldə olunmuş vəsait birgə nikah dövrü aralığına düşmüş, həmin vəsaitin İsmayılova Səkinə tərəfindən ailə ehtiyaclarından kənar sahəyə xərclənməsi barədə sübutları qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə təqdim etməmişdir.

85. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, X91 küçəsi, ev 28 ünvanında yerləşən 24 saylı mənzil ilə bağlı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir..

86. İş materiallarından müəyyən edilir ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 16 saylı mənzili xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X47 bağışlamış və Cavabdeh notariat qaydada ərizə yazaraq həmin mənzilin özgəninkiləşdirilməsinə etiraz etməmişdir.

87. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilməsi və təmin edilməməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

88. Birinci instansiya məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi, Cavabdeh razılığını almadan, xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X25.

89. Mübahisəli bağ sahəsinin nikah dövründə satılması ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh razılığı alınmasa da belə, satış birgə nikah dövründə həyata keçirilmişdir və satışdan əldə edilmiş vəsaiti də nikah dövründən kənar başqa bir yerə xərclənməsi də sübuta yetirilmədiyindən, ehtimal olunur ki, həmin vəsaitlər birgə nikah dövründə xərclənmişdir.

90. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində təmin edilməməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

91. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 49 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

92. Belə ki, birinci instansiya məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzili xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 99.000.000 manata almışdır.

93. Mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzili tərəflərin birgə nikah dövründə İddiaçı adına qeydiyyata alınsa da, həmin mənzil Cavabdeh ilə nikaha daxıl olduqdan 5 aydan sonra tərəflərin birgə vəsaiti hesabına deyil, İddiaçı şəxsivəsaiti hesabına alınmışdır və bu hal məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə də təsdiq edilmişdir.

94. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində əsassız olması və təmin edilməməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

95. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

96. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-ci maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

97. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

98. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqdı iddia üzrə verilən iddia ilkin iddia verildikdən sonra təqdim edilmiş, bu hal isə qarşılıqlı iddia üzrə iddiaçıya bu an yəni ilkin iddia verildikdən sonra məlum olmuşdur.

99. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti tətbiq edilərkən əgər verilən iddia tələbi əsassızdırsa onunla bağlı verilən iddia müddətinin tətbiqi barədə ərizədəndə söhbət gedə bilməz, bu hal yalnız verilmiş iddia əsaslıdırsa və müddət keçmişdirsə ərizə təmin oluna bilərdi.

100. Odur ki, qarşılıqdlı iddia üzrə verilən iddia müddətinin tətbiq edilməsi barədə vəsatətin təmin olunmaması barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

101. Məhkəmə kollegiyası ilkin iddia tələbi ilə verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab edilməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.

102. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

103. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Namiq Cəfərov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar