Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6610/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” Kompani MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(005)-968/2021 saylı qərardadından İddiaçı nümayəndəsi, vəkili X1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” Kompani MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin direktoru X3 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(005)- 968/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” Kompani MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(005)- 968/2021 saylı qərardadından şikayət verərərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan 26.04.2021-ci il tarixdə ilkin şikayət verilmişdir. Qərardadın surəti tam formada iddiaçıya 06.05.2021-ci il tarixdə verilmişdir. Qərardadın məzmunu ilə tanış olduqdan sonra məlum oldu ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq elməmiş və qanunsuzluğa yol vermişdir. Məhkəmə iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3761/2018 nömrəli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli 2-1(82)-4323/2018 nömrəli qərarlarına istinadən mənzilə çıxarışın məhkəmə aktı əsasında verildiyini əsas gətirərək işə ümumi məhkəmə qaydasında baxılmalı olmadığı barədə nəticəyə gəlmiş, işin məhkəmədə baxılmalı olmaması səbəbindən MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermiş, MPM-nin 261.0.8-ci maddəsinə istinad edərək iddiaçıya səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Qərardad aşağıdakılara əsasən ləğv olunaraq iş üzrə icraat dayandırılmalıdır. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3761/2018 nömrəli qərarına əsasən ünvan 2 ünvanda yerləşən 103 saylı mənzilin Cavabdeh1 adına ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair D.H. Rəhimovanın adına çıxarışın verilməsi qərara alınmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2-l(82)-4323/2018 nömrəli qərarına əsasən ünvan 2 ünvanda yerləşən 108 saylı mənzil üzər ndə mülkiyyət hüquqlarının Cavabdeh1 adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi 02 noyabr 2018-ci il tarixli 2-l(82)-4323/2018 nömrəli qərarda göstərilən mənzilin nömrəsi 108-dir və bu mənzilin İddiaçı aidiyyəti yoxdur. Məhkəmə işin bu halını nəzərə almamışdır. 3761/2018 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdehə göndərilmiş, iddiaçının adına çıxarış hazırlanaraq verilmişdir. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək 13 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3761 /2018 nömrəli qərarın ləğv edilməsini xahiş etmiş, daha sonra Cavabdeh2 MMC ərizələrlə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində işə cəlb edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri qismində mübahisəli mənzilin üzərinə həbs qoyulmasını və hər hansı təmit-tikinti işləri aparmasının iddiaçıya qadağan edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-929/2020 nömrəli, 18.03.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməmiş, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmiş, Cavabdeh2 MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi Azərbaycan Respublikası İPM-nin tələblərinə uyğun həll edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3761/2018 nömrəli 22.10.2020-ci il tarixli qərardadı ilə ərizələr təmin edilməmişdir. Qərardadla razılaşmayan Cavabdeh2 MMC apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)-641/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1 (82)-3761/2018 nömrəli qərardadı ləğv edilərək inzibati iş həmin məhkəməyə göndərilmişdir. İşə məhkəmədə baxılacaq. Əgər 2 saylı Bakı İnzibaıi-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3761/2018 nömrəli qərarı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılarsa Nərimanov Rayon Məhkəməsi iddianın “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verməli, iddianın digər hissəsi olan “müqavilənin etibarsız hesab edilməsi" tələbinə mahiyyəti üzrə baxaraq həll etməlidir. Hazırki vəziyyətdə iş üzrə icraata xitam verilməsi iddiaçının gələcəkdə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət elmək hüququnu istisna edir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(005)-968/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul tarixli Qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı mübahisəli daşınmaz əmlaka dair əqdi mübahisələndirdiyi halda onun bu tələbinin ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməsi qanuni və əsaslı sayıla bilməz. Odur ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(005)-968/2021 saylı qərardadı ləğv edilsin və mülki iş həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6610/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6610/2021
29.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver