Məhkəmə qərarları › İş №2(103)-6650/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6650/2020

10.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6650/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinət və cehiz əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-645/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ailə qurarkən və ailə qurduqdan sonra ona hədiyyə olunmuş, habelə özünün aldığı aşağıda qeyd olunan cəmi 13610 manat dəyərində qızıl zinət və 78 adda ümumi dəyəri 56375 manat olan cehiz əşyalarının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir :

1. Həri yığıncağında ona hədiyyə olunmuş 2800 manat dəyərində ağ brilyant üzük,

2. Toydan sonra qaynanasının hədiyyə etdiyi 1200 manat dəyərində sarı qızıldan üzük,

3. 8 Mart---Beynəlxalq qadınlar günündə qaynanasının hədiyyə etdiyi 850 manat dəyərində sarı qızıldan kulon,

4. Ad günündə qaynanasının hədiyyə etdiyi 1000 manat dəyərində sarı qızıldan boyunbağı,

5. Valideynlərinin onu qonaq çağırdıqları zaman hədiyyə etdikləri 1800 manat dəyərində qızıl üzük və bilərzik,

6. 8 Mart---Beynəlxalq qadınlar günündə valideynlərinin hədiyyə etdiyi 1100 manat dəyərində qızıl üzük,

7. Novruz bayramında valideynlərinin hədiyyə etdiyi 1500 manat dəyərində qızıl boyunbağı və kulon,

8. Qurban bayramında atasının hədiyyə etdiyi 950 manat dəyərində qızıl boyunbağı və kulon, 9. Atasının hədiyyə etdiyi 800 manat dəyərində qızıl sırğa,

10. Qardaşının hədiyyə etdiyi 970 manat dəyərində sep-kulon,

11. Özünün aldığı 640 manat dəyərində sep-sırğa.

Cehiz əşyaları kimi ona hədiyyə olunmuş 400 manat dəyərində Çexiya istehsalı olan 1 ədəd büllur qrafin və 6 ədəd qədəh, 80 manat dəyərində 1 ədəd qaşlı qrafin və 6 ədəd qədəh, 110 manat dəyərində 1 ədəd qrafin və 6 ədəd qədəh (büllur, qırmızı bəzəkli), 70 manat dəyərində 6 ədəd büllur qədəh, 90 manat dəyərində 1 ədəd büllur içki qrafini və 6 ədəd rumka, 80 manat dəyərində 1 ədəd içki qrafini və 6 ədəd qədəh (sarı rəngli), 300 manat dəyərində 2 ədəd 12 dənəli qədəh dəsti, 12 ədəd (çəhrayı rəngdə, BF Home), 45 manat dəyərində 6 ədəd armudu stəkan (büllur), 70 manat dəyərində 6 ədəd armudu stəkan, nəlbəki dəsti (butalı), 120 manat dəyərində 12 ədəd çay stəkanı (büllur), 25 manat dəyərində 12 ədəd içki qədəhi (rəngbərəng), 530 manat dəyərində Çexiya istehsalı olan 2 ədəd konfet, mürəbbə, salfet qabı (qızılı, büllur), 220 manat dəyərində 2 ədəd mürəbbə və konfet qabı (büllur), 760 manat dəyərində Çexiya istehsalı olan 2 ədəd meyvə qabı (büllur, qızılı), 400 manat dəyərində Çexiya istehsalı olan 1 ədəd güldan (büllur, qızılı), 100 manat dəyərində 1 ədəd güldan (büllur), 80 manat dəyərində 2 ədəd fərqli bəzəkli meyvə qabı, 15 manat dəyərində 1 ədəd külqabı, 90 manat dəyərində 1 ədəd gümüşü qab (5 gözlü), 90 manat dəyərində 2 ədəd meyvə, şirniyyat qabı (sarı qızılı, ağ rəngli), 800 manat dəyərində 12 nəfərlik çay-nahar dəsti, -700 manat dəyərində 12 nəfərlik çay-nahar dəsti, 180 manat dəyərində 6 nəfərlik çay-kofe dəsti (qırmızı rəngli), 200 manat dəyərində 1 ədəd çay-tort dəsti (servis), 250 manat dəyərində 6 nəfərlik səhər yeməyi dəsti (BF home), 550 manat dəyərində 6 nəfərlik fincan-nəlbəki dəsti, 350 manat dəyərində 12 nəfərlik çəngəl-qaşıq dəsti (çamadan), 550 manat dəyərində 12 nəfərlik çəngəl-qaşıq dəsti (sandıq), 150 manat dəyərində 18 nəfərlik nəlbəki və 18 nəfərlik mürəbbə qabı (razetka), 40 manat dəyərində 6 ədəd büllur qab (razetka), 20 manat dəyərində 6 ədəd armudu stəkan nəlbəkisi, 300 manat dəyərində 2 ədəd ləbləbi qabı və 2 ədəd şirniyyat qabı (şüşə, qızılı), 50 manat dəyərində 6 ədəd padnos, 90 manat dəyərində 1 ədəd ikitərəfli tava, 30 manat dəyərində 6 ədəd rəngli kasa (qırmızı, qara), 140 manat dəyərində 1 ədəd ütüaltığı, 350 manat dəyərində 4 ədəd qranit qazan, 360 manat dəyərində 2 dəst əlavə qazan, 100 manat dəyərində 2 ədəd bıçaq dəsti, 50 manat dəyərində ədviyyat qabları, 20 manat dəyərində 1 ədəd salatdoğrayan alət, 90 manat dəyərində 2 ədəd çaydan, çaynik dəsti, 35 manat dəyərində 2 ədəd yemək saxlama qabı dəsti, 2000 manat dəyərində 1 ədəd LG markalı televizor, 700 manat dəyərində 1 ədəd Hoffman markalı paltaryuyan, 2100 manat dəyərində 1 ədəd LG markalı soyuducu, 350 manat dəyərində 1 ədəd Panasonic markalı tozsoran, 280 manat dəyərində 1 ədəd LG markalı mikrodalğalı soba, 280 manat dəyərində 1 ədəd Panasonic markalı şirəçəkən maşın, 230 manat dəyərində 1 ədəd Tefal markalı ətçəkən maşın, 105 manat dəyərində 1 ədəd toster, 40 manat dəyərində 1 ədəd blender, 90 manat dəyərində 1 ədəd mikser, 80 manat dəyərində 2 ədəd fərqli tərəvəzdoğrayan, 30 manat dəyərində 1 ədəd kofeüyüdən, 230 manat dəyərində 1 ədəd Tefal markalı ütü, 220 manat dəyərində 1 ədəd elektriklə işləyən samovar, 6000 manat dəyərində qonaq otağı üçün divan və kreslo, 80 manat dəyərində 2 ədəd ayaqaltı xalça, 23000 manat dəyərində yataq və qonaq otağı mebeli (qonaq otağı üçün stol-stul (8 nəfərlik), 2 ədəd qab şkafı, güzgülü kamot, televizor altlığı, jurnal stolu, 1 ədəd gecə lampası, 2 ədəd xalça, yataq otağı üçün paltar şkafı, güzgülü trümo və oturacağı, 2 ədəd tumba, 1 ədəd çarpayı və yataq dəsti, çilçıraq və pərdələr), 680 manat dəyərində 1 ədəd gecə lampası, 2800 manat dəyərində əlavə oturacaqlar, 950 manat dəyərində 5 ədəd yataq dəsti (örtük), 1500 manat dəyərində 10 ədəd süfrə, 670 manat dəyərində 25 ədəd çay dəsmalı və 21 ədəd əl-üz dəsmalı, 2000 manat dəyərində 12 ədəd yataq dəsti, 270 manat dəyərində 2 ədəd dəvə yunu yorğan, 450 manat dəyərində 1 ədəd qu tükündən yorğan, 110 manat dəyərində 1 ədəd dəvə yunu döşəyi (cüt), 240 manat dəyərində 1 ədəd yun döşək (cüt), 270 manat dəyərində 2 ədəd yun yorğan, 150 manat dəyərində 1 ədəd yun yorğan (cüt), 250 manat dəyərində 2 ədəd tək nəfərlik yun döşək, 150 manat dəyərində 2 ədəd qaz tükündən yastıq, 200 manat dəyərində 4 ədəd yastıq, 50 manat dəyərində 5 ədəd ədyal (çəhrayı rəngli), 90 manat dəyərində 5 ədəd ədyal (qalın, sarı-qəhvəyi rəngli), 270 manat dəyərində xırdavat əşyaları. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-645/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, qızıl zinət əşyası olaraq sep-kulon (iddia ərizəsində 970 manat dəyərində qardaşının hədiyyə etdiyi sep-kulon kimi göstərilən), cehiz əşyaları olaraq Çexiya istehsalı olan 1 ədəd büllur qrafin və 6 ədəd qədəh, 1 ədəd qaşlı qrafin və 6 ədəd qədəh, 1 ədəd qrafin və 6 ədəd qədəh (büllur, qırmızı bəzəkli), 6 ədəd büllur qədəh, 1 ədəd içki qrafini və 6 ədəd rumka (büllur), 1 ədəd içki qrafini və 6 ədəd qədəh (sarı rəngli), 2 ədəd 12 dənəli qədəh seti, 12 ədəd (çəhrayı rəngdə, BF Home), 6 ədəd armudu stəkan (büllur), 6 ədəd armudu stəkan, nəlbəki dəsti (butalı), 12 çay stəkanı (büllur), 12 ədəd içki qədəhı (rəngbərəng), Çexiya istehsalı olan 2 ədəd konfet, mürəbbə, salfet qabı (qızılı, büllur), 2 ədəd mürəbbə və konfet qabı (büllur), Çexiya istehsalı olan 2 ədəd meyvə qabı (büllur, qızılı), Çexiya istehsalı olan 1 ədəd güldan (büllur, qızılı), 1 ədəd güldan (büllur), 2 ədəd fərqli bəzəkli meyvə qabı, 1 ədəd külqabı, 1 ədəd gümüşü qab (5 gözlü), 2 ədəd meyvə, şirniyyat qabı (sarı qızılı, ağ rəngli), 12 nəfərlik çaynahar dəsti, 12 nəfərlik çay-nahar dəsti, 6 nəfərlik çay-kofe dəsti (qırmızı rəngli), 1 ədəd çay-tort dəsti (servis), 6 nəfərlik səhər yeməyi dəsti (BF Home), 6 nəfərlik fincan-nəlbəki dəsti, 12 nəfərlik çəngəl-qaşıq dəsti (çamadan), 12 nəfərlik çəngəl-qaşıq dəsti (sandıq), 18 nəfərlik nəlbəki və 18 nəfərlik mürəbbə qabı (razetka), 6 ədəd büllur qab (razetka), 6 ədəd armudu stəkan nəibəkisi, 2 ədəd ləbləbi qabı və 2 ədəd şirniyyat qabı (şüşə, qızılı), 6 ədəd padnos, 1 ədəd ikitərəfli tava, 6 ədəd rəngli kasa (qırmızı, qara), 1 ədəd ütüaltığı, 4 ədəd qranit qazan, 2 dəst əlavə qazan, 2 ədəd bıçaq dəsti, ədviyyat qabları, 1 ədəd salatdoğrayan alət, 2 ədəd çaydan, çaynik dəsti, 2 ədəd yemək saxlama qabı dəsti, 1 ədəd LG markalı televizor, 1 ədəd Hoffman markalı paltaryuyan, 1 ədəd LG markalı soyuducu, 1 ədəd Panasonic markalı tozsoran, 1 ədəd LG markalı mikrodalğalı soba, 1 ədəd Panosonic markalı şirəçəkən maşın, 1 ədəd Tefal markalı ətçəkən maşın, 1 ədəd toster, 1 ədəd blender, 1 ədəd mikser, 1 ədəd elektriklə işləyən tərəvəzdoğrayan, 1 ədəd kofeüyüdən, 1 ədəd Tefal markalı ütü, 1 ədəd elektriklə işləyən samovar, qonaq otağı üçün divan və kreslo, 2 ədəd ayaqaltı xalça, yataq və qonaq otağı mebeli (qonaq otağı üçün stol-stul (8 nəfərlik), 2 ədəd qab şkafı, güzgülü kamot, televizor altlığı, jurnal stolu, 1 ədəd gecə lampası, 2 ədəd xalça, yataq otağı üçün paltar şkafı, güzgülü trümo və oturacağı, 2 ədəd tumba, 1 ədəd çarpayı və yataq dəsti, çilçıraq və pərdələr), 1 ədəd gecə lampası, 5 ədəd yataq dəsti (örtük), 8 ədəd süfrə, 25 ədəd çay dəsmalı və 21 ədəd əl-üz dəsmalı, 12 ədəd yataq dəsti, 2 ədəd dəvə yunundan yorğan, 1 ədəd qu tükündən yorğan, 1 ədəd dəvə yunundan döşək (cüt), 1 ədəd yun döşək (cüt), 2 ədəd yun yorğan, 1 ədəd yun yorğan (cüt), 2 ədəd tək nəfərlik yun döşək, 2 ədəd qaz tükündən yastıq, 4 ədəd yastıq, xırdavat əşyaları kimi 3 taxta qaşıq, 1 dəmir süzgəc, 2 balıq qabı şüşə, 2 dənə qabaltı, 1 ədəd qaşıq qabı, 1 böyük, 1 balaca, 1 orta süzgəc, 1 ədəd aşsüzən, 6 ədəd plastik meyvə qabı, 2 ədəd plastik süzgəc, 2 çaynik, 2 çaydan (üst-üstə qoyulan) və 1 çaydanın Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qızıl zinət əşyalarının bir qismi xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin atası tərəfindən akt tərtib edilərək ona təqdim edilmişdir. Lakin qalan zinət əşyaları, yəni iddia tələbinə dəqiqləşdirmə verdiyi ərizədə göstərilən qızıl zinət əşyaları ona qaytarılmamışdır. İddia tələbində qeyd etdiyi cehiz əşyalarına isə hər hansı bir dəyişiklik və əlavəsi olmamışdır. Onun tərəfindən təqdim edilən cavabdehin evində çəkilən fotoşəkillərə də düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o cavabdehin evini ona qarşı edilən şiddətli və aqressiv davranışlar nəticəsində tərk etmiş və belə vəziyyətdə hər hansı bir qızıl zinət əşyasını özü ilə aparmağı düşünməmişdir. Həmçinin döyülərək qaçdığı evdən yenidən gedib öz əşyalarını götürə bilməzdi. Bundan əlavə cavabdeh tərəf ona təhvil verilməmiş əşyaların onların evində olmadığını, iddiaçı tərəfindən aparıldığını bildirmişdir. Aktla ona təhvil verilən əşyalar qaytarılıbsa, digər qızıllar da onlardadır. Əgər o, evi tərk edəndə qızıl zinət əşyalarını götürsəydi, ilk növbədə qiyməti daha dəyərli olanları götürərdi, hansı kı həmin əşyalar hal-hazırda cavabdeh tərəfdə qalmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini, cavabdehin nümayəndələri isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). İş materiallarından görünür ki, tərəflər xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən boşanmışlar. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəf iddia ərizəsində göstərilən qızıl zinət və cehiz əşyalarının bir hissəsinin onlarda olduğunu etiraf etmiş, etiraf olunan qızıl zinət əşyaları aktla iddiaçıya qaytarılmışdır. Bundan əlavə, tələb olunan qızıl zinət və cehiz əşyalarının yerində mövcudluğunu yoxlamaq məqsədilə məhkəmə tərəfindən yerində baxış keçirilmişdir. Cavabdeh tərəf iddiaçı tərəfin etiraf etmədiyi qızıl zinət əşyalarının cavabdeh tərəfdə qalmasını sübut etmək məqsədilə məhkəməyə fotoşəkillər təqdim etmiş, cavabdeh tərəf isə həmin qızıl zinət əşyalarının onlarda olmadığını, həmin əşyaların iddiaçı tərəfindən aparıldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq iddia tələbini iddiaçının sübuta yetirdiyi həcmdə təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-645/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar