Məhkəmə qərarları › İş №2(103)-6652/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6652/2020

17.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6652/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanınkatibliyi ilə, İddiaçının nümayəndəsi Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6034/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **-NG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, LAND ROVER RANGE ROVER markalı avtomobilə dair bağlanmış müqavilənin ləğv olunması və Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdehlərdən mənəvi ziyana görə 5000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 əsl İddiaçı2lə əvəz edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **-NG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, LAND ROVER RANGE ROVER markalı avtomobilə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan LAND ROVER RANGE ROVER minik markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı1 satmış, lakin onlar arasında alqı-satqı müqaviləsi imzalanmamışdır, tərəflərin qarşılıqlı razılığan əsasən iddiaçı tərəfindən İddiaçı1 baş etibarnamə verilmişdir. Lakin sonradan İddiaçı1 oğlu Cavabdeh1 avtomobili adlarına keçirmək istədiklərini bildirmiş, onları aldadaraq dövlət yol polisinə gedərək orada avtomobilə dair alqı-satqı müqaviləsini imzalamışlar və avtomobil Eltunun adına rəsmiləşmişdir. Lakin müqavilə formal imzalanmış, Eltun tərəfindən onlara pul ödənilməmişdir. Sonradan onlar bilmişlər ki, bu işdən İddiaçı1 məlumatı yoxdur. Eltun onları aldatmışdır, əslində iddiaçının Eltuna avtomobili satmaq niyyəti olmamışdır. Onlar Eltunun onları aldatdıqlarını bilsəydilər, alqı-satqı müqaviləsini imzalamazdılar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1 izahatında bildirdi ki, o, qeyd olunan avtomobili pul verib iddiaçıdan almışdır, etibarnamə ilə olsa da, avtomobil ona məxsus olmuşdur.Oğlu ondan xəbərsiz iddiaçını aldadaraq avtomobilə dair alqı-satqı müqaviləsi imzalayaraq avtomobili adına keçirmişdir. Bu işlərdən onun xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6034/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, İddiaçı2 ilə Cavabdeh1 arasında imzalanmış «LAND ROVER RANGE ROVER minik» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və «LAND ROVER RANGE ROVER minik» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınaraq İddiaçı2 qaytarılması qət olunmuşdur. Qətnamədən narazı qalanCavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayətionunla əsaslandırılmışdır ki, “LAND RÖVER RANGE ROVER minik” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 məxsus olmuşdur. xx xxxxxxx 2018-ci ildə Oleqin oğlu X6 atasının hazırkı avtomobilə dair ona verdiyi etibarnamə əsasında avtomobili atası İddiaçı1 satmışdır.Bu müddət ərzində o, avtomobil almaq istəyirdi. O, hər dəfə atasına maşın almaq fikrini dedikdə o şirkətdən hələ pul çıxarmadığını bəhanə edərək bu məsələni uzadırdı. 2018-ci ilin dekabr ayında atasıona demişdir ki, ona maşın almışdır. Amma pulunu tam ödəmədiyindən (dəyərinin yarısını) maşının sahibi maşını ona təhvil verməyib, (sözsüz ki, bu atasının ona dediyi söz həqiqətə uyğun deyilmiş.) Bu səbəbdən də avtomobili onun adına rəsmiləşdirmək istəmirdi. Bu dəfə isə ona institutu bitirdikdən sonra maşını adına keçirdəcəyini bildirirdi.Təxminən bir müddət keçdikdən sonra Pavlikov X2 Pavlikova verdiyi etibarnamə əsasında atası İddiaçı1 verdiyi etibarnamə ilə atası avtomobilə dair ona sürmək üçün etibarnamə vermişdi. O, avtomobili idarə edərkən DYP əməkdaşı ona bildirmişdi ki, atası Qосауev Elşən Telman oğlu avtomobilə dair Naira adlı qadına sürmək üçün etibarnamə vermişdir.O, atasına bu barədə demiş və maşını adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu səbəbdən də atası xx.xx.2019-cu il tarixdə Fuada zəng edib avtomobili onun adına rəsmiləşdirilməsi üçün DYP-nə getmək lazım olduğunu bildirdi. xx.xx.2019-cıı il tarixdə İddiaçı2 onunla, atası Elşənlə və anası X1 ilə birlikdə AR DİN-in BDYPİ-nə gedib həmin tarixdə avtomobilin adına rəsmiləşdirilməsinə dair müqavilə imzalamışlar.Baxmayaraq ki, avtomobilin dəyəri lap əvvəlcədən iddiaçıya ödənilmişdi. Avtomobil xx.xx.2019-cu il tarixdə İddiaçı2 tərəfindən adına rəsmiləşdiriləndən sonra avtomobil onun mülkiyyətimdə olmuş və buna dair hüquqları AR DİN-in BDYPİ-də müvafiq reyesterdə qeydə alınaraq adına AD nömrəli 468512 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir, və avtomobil mübahisəsiz qaydada avtomobil onun mülkiyyətindədir. Apellyasiya şikayətinin dəlilləri: Əvvəla məhkəmə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə onun məlumatlandırmadan və ona heç bir xəbər vermədən ona qarşı verilən iddia tələbinə baxaraq iddianı təmin etmişdir. Qətnamə isə nümayəndəsi vasitəsilə ona xx xxxx 2020-ci il tarixdə təqdim edilsə də Ölkəmizdə karantin rejimi olduğundan o məhkəməyə gedib iddia ərizəsi və əlavə olunmuş sənədlərlə yanaşı işdə olan sübut və sənədlərdən də çıxarış edə bilməmişdir.Bu səbəbdən də məcbur olub qətnamə əsasında apellyasiya şikayətini tərtib etməli olmuşdur.Azərbaycan Respublikası MPM-nin 9.1,-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəfiərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəfiərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyidəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Baxmayaraq ki, guya məhkəmənin vaxtı və yeri barədə ona lazımı qaydada xəbərdarlıq edildiyi barədə qətnamədə qeyd edilsə də buna dair hər hansı sübuta istinad olunmamışdır. İkincisi ilk olaraq məhkəməyə iddia ərizəsi ilə atası İddiaçı1 müraciət edərək “ona məxsus olan **- NG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, LAND RÖVER RANGE ROVER” markalı avtomobilə dair bağlanmış müqavilənin ləğv olunması və Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdehiərdən mənəvi ziyana görə 5.000 manatın tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.Sonradan məhkəmədə İddiaçı1 əsl İddiaçı2lə əvəz edilmişdir. İşin maraqlı halı ondan ibarətdir ki, İddiaçı1 ilə İddiaçı2 maraqlarının üstüstə düşməsi İddiada görünməsə də, hər ikisinin adından və marağından müqavilənin ləğv edilməli olması barədə qətnamədə göstərilən işin faktiki halları iddianın təmin edilməli olması üçün əsas ola bilməz.Bundan başqa İddiaçı2 məhkəmədə İdia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi iddia tələbində “İ0-NG-909 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, “LAND RÖVER RANGE ROVER” markalı avtomobilə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ona geri qaytarılması” barədə verdiyi iddia ərizəsində İddiaçı1 ilə İddiaçı2 iddialarının bir birinə zidd olması hazırkı qətnamənin formal iddia əsasında qəbul olunmasına dəlalət edir. Təsəvvür edin ki, İddiaçı1 avtomobilin ona verilməli olduğunu, İddiaçı2 isə ona alınıb verilməli olduğunu qeyd etsə də hər ikisinin tərəfindən pulun verilməməsini iddia edirlər. Lakin, işin hallarından və İddiaçı2 oğlu və məhkəmədə iştirak edən nümayəndəsi Cavabdeh2 məhkəmədə verdiyi izahatdan da görünür ki, avtomobil İddiaçı2 tərəfindən İddiaçı1 satmışdır.Onun da etirazının və mülahizəsinin faktiki əsasını təşkil edən fakt ondan ibarətdir ki, mübahisəli avtomobil məhz atası İddiaçı1 tərəfindən ona hədiyyə olaraq alınmışdır.İddiaçı2 nümayəndəsinin isə avtomobilin İddiaçı1 satılması barədə etirafının müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsinə dəlalət edir.Sual olunur əgər iddiaçının nümayəndəsinin də etirafı kimi görünən hallardan ən əsasının avtomobilin atası İddiaçı1 satılması etiraf olunduğu halda, məhz atasının tələbi ilə avtomobilin İddiaçı2 razılığı ilə adına rəsmiləşdirilmənin Azərbaycan Respublikası DİN-in BDYPİ-də həyata keçirilməsi müqavilənin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasını və iddiada göstərilən halları istisna edir.Üçüncüsü iddiaçı iddianın faktiki əsaslarından biri kimi də tərəfindən iddiaçının aldadıldığı və məhz aldadılması nəticəsində də arasında alqı-satqı müqaviləsinin bağlandığından müqaqvilənin etibarsız hesab edilməli olduğu göstərilmişdir. Lakin, aldadılmanın nədən ibarət olduğu, aldadıb nə vəd verdiyini, yaxud da aldadılmanın nədə ifadə olunduğu nə iddia ərizəsində, nə də qətnamədə göstərilməmişdir.Onu da bir daha nəzərə almaq lazımdır ki, İddiaçı2 oğlu və məhkəmədə iştirak edən nümayəndəsi Cavabdeh2 məhkəmədə verdiyi izahatdan da görünür ki, avtomobil İddiaçı2 tərəfindən İddiaçı1 satmışdır.Yəni, avtomobil iddiaçının dediyi kimi, İddiaçı1 satılmışdırsa və bu alqısatqı mübahisələndirilməmişdirsə və satışdan əldə edilən vəsaitdə məhz İddiaçı1 tərəfindən ödənilmişdisə bu halda İddiaçı2 hansı əsasla onunla olan alqı-satqını mübahisələndirir.Avtomobil İddiaçı1 satılması etiraf olunursa və bu iddiaçı tərəfindən etiraf olunmaqla yanaşı mübahisələndirilmirsə demək ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə iddiaçı haqlı deyildir.Göründüyü kimi həm İddiaçı2 avtomobilin İddiaçı1 satıldığını etiraf etmiş, İddiaçı1 isə avtomobili pul verib iddiaçıdan aldığını məhkəmədə etiraf etmişdir. Onun da etiraz və mülahizəsi ondan ibarətdir ki, avtomobili atası İddiaçı1 ona hədiyyə olaraq almışdır. Yuxarıda qeyd edilən işin faktiki hallarından görünür ki, məhkəmə iddianın təmin edilməli olması barədə gəldiyi qənaətini işdə olan sübutlarla sübut olmadığı halda beə bir qanunsuz, və əsassız, qətnamə çıxarmışdır. Məhkəmə qətnamədə iddianın təmin edilməli olmasının hüquqi əsası kimi AR Mülki Məcəllənin 386.1-ci, 390-cı, 337.1-ci, 339.2-ci, 337.2-ci, 337.4-cü, maddələrinə istinad olunmuşdur. Məhkəmə işin faktiki əsası kimi yuxarıda göstərilən hallara və hüquqi əsası kimi yuxarıda göstərilən maddi hüquq normalarına istinad edərək “qeyd edilən avtomobillə əlaqədar İddiaçı2 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi imzalanarkən iddiaçının həmin avtomobili cavabdehə satmaq niyyətinin olmadığı, həmçinin alqı-satqı zamanı avtomobilə görə iddiaçıya cavabdeh tərəfindən avtomobilin dəyəri olaraq pul ödənilmədiyi, iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahata istinad edərək cavabdehin iddiaçını aldatdığı, iddiaçının cavabdehə mübahisələndirilən avtomobili satmaq niyyətinin olmadığı, iddiaçının cavabdehi onu aldatdığını bilmiş olsaydı, alqı-satqı müqaviləsini imzalamazdı” kimi gəldiyi qənaəti iş materiallarında olan hər hansı sübutla təsdiq olunmamışdır. İşin hallarından da görünür ki, iddiaçı avtomobili könüllü olaraq ona satmışdır və pulunu atası İddiaçı1 almışdır.Məhkəmənin özünün də AR MM-nin 390-cı maddəsində istinad etdiyi kimi fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.Göründüyü kimi, də həm avtomobilə dair ödənişlər və həm də müqavilənin forması və məzmunu qanunvericiliyin tələblərinə və tərəflərin razılaşdığı forma və qaydada həll olunmuşdur.Bu formada və məzmunda bağlanmış müqavilə isə tərəflərin iradəsini ifadə etdiyindən və forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olduğundan etibarsız hesab olunması üçün əsas yoxdur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. AR MPM-nin 21 7.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.AR Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2007-ci il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutu rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.Məhkəmə sübutları saymaqla kifayətlənməməli, hər bir sübutun, o, cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.” “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli ver tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri ahında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.Belə ki, Mülki Məcəllənin 338-ci maddəsi bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığım nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər.Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasının tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi X4 apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Cavabdeh2 və Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1 iddia ərizəsində qeyd edilənlərə uyğun olaraq izahat verməklə, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə ləğv olunmalı və iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, «LAND ROVER RANGE ROVER minik» **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 adına qeydiyyatda olmuşdur. xx.xx.2018-ci il tarixli ƏN-Vİ seriyalı 494531 nömrəli (reyestrdə 7E-8543 nömrəli ilə qeydiyyata alınmış) etibanamə əsasında İddiaçı2 mülkiyyətində olan «LAND ROVER RANGE ROVER minik» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və sair səlahiyyətləri İddiaçı1 vermişdir. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd olunan avtomobil iddiaçının adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1n adına rəsmiləşdirilmişdir. Hazırda avtomobil Cavabdeh1 adına qeydiyyatdadır. Avtomobil xx.xx.2019-cu il tarixdə İddiaçı2 tərəfindən adına rəsmiləşdiriləndən sonra avtomobil cavabdehin mülkiyyətində olmuş və buna dair hüquqları AR DİN-in BDYPİ-də müvafiq reyesterdə qeydə alınaraq adına AD nömrəli 468512 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh məlumatlandırmadan işə baxılaraq iddiatəmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1,-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəfiərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəfiərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyidəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Daha sonra Kollegiya qeyd edir ki, ilk olaraq məhkəməyə iddia ərizəsi ilə cavabdehin (apelyatorun) atası İddiaçı1 müraciət edərək “ona məxsus olan **-NG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, LAND RÖVER RANGE ROVER” markalı avtomobilə dair bağlanmış müqavilənin ləğv olunması və Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdehlərdən mənəvi ziyana görə 5.000 manatın tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.Sonradan məhkəmədə İddiaçı1 əsl İddiaçı2lə əvəz edilmişdir. Halbu ki, iİddiaçı2 məhkəmədə iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi iddia tələbində “İ0-NG-909 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, “LAND RÖVER RANGE ROVER” markalı avtomobilə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ona geri qaytarılması” barədə verdiyi iddia ərizəsində İddiaçı1 ilə İddiaçı2 iddialarının üst-üstə düşmədiyi görünür. Belə ki, İddiaçı1 avtomobilin ona verilməli olduğunu, İddiaçı2 isə ona alınıb verilməli olduğunu qeyd etsə də hər ikisinin tərəfindən pulun verilməməsini iddia edirlər. Lakin, işin hallarından və İddiaçı2 oğlu və məhkəmədə iştirak edən nümayəndəsi Cavabdeh2 məhkəmədə verdiyi izahatdan da görünür ki, avtomobil İddiaçı2 tərəfindən İddiaçı1 satmışdır.Onun da etirazının və mülahizəsinin faktiki əsasını təşkil edən fakt ondan ibarətdir ki, mübahisəli avtomobil məhz Cavabdeh1 atası İddiaçı1 tərəfindən ona hədiyyə olaraq alınmışdır.İddiaçı2 nümayəndəsinin isə avtomobilin İddiaçı1 satılması barədə etirafı müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsinə dəlalət edir. Belə ki, iddiaçının nümayəndəsinin də etirafı kimi müəyyən olunan hallardan ən əsasının avtomobilin cavabdehin atası İddiaçı1 satılması etiraf olunduğu halda, məhz cavabdehin atasının tələbi ilə avtomobilin İddiaçı2 razılığı ilə adına rəsmiləşdirilmənin Azərbaycan Respublikası DİN-in BDYPİ-də həyata keçirilməsi müqavilənin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasını və iddiada göstərilən halları istisna edir. Daha sonra iddiaçı iddianın faktiki əsaslarından biri kimi də cavabdeh tərəfindən iddiaçının aldadıldığı və məhz aldadılması nəticəsində də arasında alqı-satqı müqaviləsinin bağlandığından müqaqvilənin etibarsız hesab edilməli olduğu göstərilmişdir. Lakin, aldadılmanın nədən ibarət olduğu, aldadıb nə vəd verdiyini, yaxud da aldadılmanın nədə ifadə olunduğu nə iddia ərizəsində, nə də qətnamədə göstərilməmişdir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı2 oğlu və məhkəmədə iştirak edən nümayəndəsi Cavabdeh2 məhkəmədə verdiyi izahatdan da görünür ki, avtomobil İddiaçı2 tərəfindən İddiaçı1 satmışdır.Yəni, avtomobil iddiaçının dediyi kimi, İddiaçı1 satılmışdırsa və bu alqısatqı mübahisələndirilməmişdirsə və satışdan əldə edilən vəsaitdə məhz İddiaçı1 tərəfindən ödənilmişdirsə bu halda İddiaçı2 alqı-satqını mübahisələndirməsi hüququ yaranmır. Avtomobil İddiaçı1 satılması etiraf olunursa və bu iddiaçı tərəfindən etiraf olunmaqla yanaşı mübahisələndirilmirsə demək ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə iddiaçı haqlı deyildir.Göründüyü kimi həm İddiaçı2 avtomobilin İddiaçı1 satıldığını etiraf etmiş, İddiaçı1 isə avtomobili pul verib iddiaçıdan aldığını məhkəmədə etiraf etmişdir. 1-ci instansiya məhkəməsi qətnamədə iddianın təmin edilməli olmasının hüquqi əsası kimi AR Mülki Məcəllənin 386.1-ci, 390-cı, 337.1-ci, 339.2-ci, 337.2-ci, 337.4-cü, maddələrinə istinad etmişdir. Məhkəmə işin faktiki əsası kimi yuxarıda göstərilən hallara və hüquqi əsası kimi yuxarıda göstərilən maddi hüquq normalarına istinad etmişdir. İşin hallarından da görünür ki, iddiaçı avtomobili könüllü olaraq satmışdır və pulunu atası İddiaçı1 almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinəəsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, də həm avtomobilə dair ödənişlər və həm də müqavilənin forması və məzmunu qanunvericiliyin tələblərinə və tərəflərin razılaşdığı forma və qaydada həll olunmuşdur.Bu formada və məzmunda bağlanmış müqavilə isə tərəflərin iradəsini ifadə etdiyindən və forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olduğundan etibarsız hesab olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2007-ci il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutu rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.Məhkəmə sübutları saymaqla kifayətlənməməli, hər bir sübutun, o, cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri ahında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.Belə ki, Mülki Məcəllənin 338-ci maddəsi bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığım nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər.Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasının tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6034/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar