Məhkəmə qərarları › İş №2(103)-6652/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6652/2021

30.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6652/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3455/2021 saylı mülki iş üzrə 03.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binasının tikilməsinə görə ona və digər payçılara ümumilikdə 462940.00 AZN məbləğində maddi ziyanın, ona isə 100000.00 manat mənəvi ziyanın Cavabdeh MMC-dən alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın gələcəkdə icrasının təmin edilməsi məqsədilə, Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, iddianın təmini tədbiri kimi leh Cavabdeh MMC-nin bank hesablarında olan 562940.00 manat pul vəsaitinin üzərinə, həmçinin Bakı şəhəri, Yasamal rayonu, r Ələkbərov küçəsi, 67 saylı fərdi yaşayış evinin yerində, indiki adı ilə Bakı şəhəri, Yasamal rayonu, 566-cı məhəllə, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsindəki ərazidə Cavabdeh MMC tərəfindən inşa edilmiş 10 bloklu, 16 mərtəbəli 4 ədəd yaşayış binasındakı Cavabdeh MMC-yə məxsus qeyri-yaşayış obyektlərinin və mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3455/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 157, 158-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsində iddianı etmə tədbirinin görülməməsinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasına hansı çətinlik və ya maneə yaradacağını əsaslandırmamışdır. Bundan başqa, İddiaçı Cavabdeh MMC-nin bank hesablarında olan 562940.00 manat pul vəsaitinin həbs qoyulmasını xahiş etsə də, bank hesablarının mövcudluğu barədə təsdiqedici hallar olmadığından verilmiş ərizənin təmin edilməsi məqsədəuyğun deyildir. İddiaçı qərardaddan şikayət verərək, Yasamal rayon Məhkəməsinin 2(0040- 3455/2021 saylı, 03 may 2021-ci il tarixli qərardadının ləğv edilməsini və cavadeh Cavabdeh MMC-nin iddianın təmini tədbiri kimi Cavabdeh MMC-nin bank hesablarında olan 562940.00 manat pul vəsaitinin və üzərinə, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 67 saylı Fərdi yaşayış evinin yerində, indiki adı ilə Bakı şəhəri Yasamal rayonu, 566-cı məhəllə H.Cavid prospekti ilə. Ə.Haqveriyev küçəsinin kəsişməsindəki ərazidə Cavabdeh tərəfindən inşa edilmiş 10 bloklu, 16 mərtəbəli, 4 ədəd yaşayış binasındakı Cavabdeh” MMC-yə məxsus qeyri-yaşayış obyektlərinin və mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 158-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-3455/2021 saylı, 03 may 2021-ci il tarixli Qərardadı əsasız və qanunsuzdur, qərardad onun hüquqlarının pozulması qəbul edilmişdir. İddiadan göründüyü kimi, cavabeh pay hüququ ilə ona məxsus olan fərdi yaşayış sahəsini özbaşına olaraq sökərək, yerində çoxmərtəbəli yaşayış evi tikmişdir və mülkiyyət hüququnu əlindən almışdır. Hal-hazıra o evsizdir və cavabdehin təqsiri ucbatından o,evindən məhrum olmuşdur. Belə olan halda, iddiasının gələcəkdə təmin ediləcəyi təqdirdə, qətnamənin icrasını təmin etmək məqsədilə cavabdein əmlakı və bank hesabları üzərində həbs qoyulması qanunvericiliyin tələbidir və labüddür. Buna görə də ərizənin əsaslandırmaması barədə məhkəmənin mövqeyi düzgün deyildir. Bundan başqa Cavabdeh MMC-nin bank hesablarının mövcudluğu barədə təsdiqedici sübutlar təqdim etməməyi barədə məhkəmənin mövqeyi əsassızdır. Belə ki, formalaşmış məhkəmə təcrübəsi ilə müəyyən olunur ki, hər hansı bir müəssisənin bank hesabları barədə məlumatın verilməsi kommersiya sirri təşkil etdiyinə görə onun və ya vəkili tərəfindən həmin məlumatın əldə edilməsi mümkün deyildir və cavabdehin bank hesabları üzərində həbs qoyulması barədə məsələ icra qaydasında, icra məmuru tərəfindən həll edilən məsələdir. Yəni məhkəmənin qərardadı icra və probasiya şöbəsinə daxil olduqdan sonra icra məmuru, müəssisənin bank hesabları barədə məlumatı müstəqil əldə edir və həmin hesablara həbs qoyulması barədə məhkəmənin qərardadının icrasını təmin edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3455/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayət təmin edilməmiş, şikayət baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddia təmin tədbiri ərizəsində iki tələb qoyulduğunu, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə ərizə verdiyini, cavabdehin hesabıyla bağlı banklara sorğu göndərdiklərini, lakin kommersiya sirri olduğu üçün sorğuya cavab verilmədiyini, ona görə məhkəmə tərəfindən sorğu göndərilməli olduğunu bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsinin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və MPMnin 157 - 164, 385 -388, 397, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, iddiaçının hüquqlarının təminatına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair 14 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Hazırki mübahisələndirilən qərardada münasibətdə qeyd edilməlidir ki, iddiaçı paylı mülkiyyət hüququ ilə daşınmaz əmlaka dair sənəd təqdim etmiş və bütün əmlakın qiyməti üzrə iddia irəli sürmüş, iddia ərizəsi isə bir iddiaçıdan ibarət tələbdən ibarətdir. Diqqətə çatdırılmalıdır ki, ilkin əlamətlər üzrə tələbin bütün şübhələrdən kənar əsaslılığı prezumpsiyası iddianın təmini tədbirinin də mümkünlüyünü şərtləndirir. Sübutlara gəldikdə isə, iddiaçının özü tərəfindən təqdim edilməsi mümkün olmayan sübutlar prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilə bilər. Mücərrəd qərarın verilməsi və müəyyənetmə tədbirlərin icra məmuruna həvalə edilməsi isə suiistifadə edilməsinə şərait yaradan hal kimi yolverilməzdir. İzah edilməlidir ki, iddianın təmin edilməsi barədə ərizənin rədd edilməsi barədə məhkəmə qərarının olması qərarda qeyd edilən çatışmazlığı aradan qaldıraraq yenidən ərizə verilməsini istisna etmir. Göstərilənlərə əsasən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 62-67 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3455/2021 saylı mülk iş üzrə 03.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar