Məhkəmə qərarları › İş №2(103)-6665/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6665/2023

29.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6665/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(009)-1221/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və s.” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, blok 1, yaşayışın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140, kv.m olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(009)-1221/2023 saylı qətnaməsiilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, blok 1, yaşayışın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140, kv.m olan 3 otaqlı mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzildən iddiaçının sahiblik və istifadə etmə hüquqlarını məhdudlaşdıran hərəkətlərin edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsindən sorğu daxil olaraq, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Hüseyn qızı tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə daxil olması, ərizəyə münasibət bildiriləsi üçün mülki işin Səbail Rayon Məhkəməsinə göndəriməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş materiallarını və məhkəmə kollegiyasına daxil olan sorğunu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar