Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6672/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh1 MMC-nin hazırkı iş üzrə Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. Şikayədə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, apellyasiya şikayəti verilməsi müddəti ötürülməyib. Şikayət təmin edilə bilməz. Belə ki, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. Qətnamə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-yə, onun qanuni təmsilçisi Cavabdeh3, habelə vəkili və nümayəndəsi Vəkil2 aid olan elektron kabinetlərə yerləşdirilib. Mülki-Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə, belə halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab olunur. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin apellyasiya şikayəti 2 ay 20 gün sonra - xx.xx.2022-ci il tarixdə verilib. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətinin geri qaytarılmasını qərara alıb. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 135.6-ci maddəsində “...və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır” deyiləndə, məlumatın sistem tərəfindən çatdırılması nəzərdə tutulur. Əgər məhkəmə sənədi işdə iştirak edən şəxslərin sistemdə yaradılmış “elektron kabinet”lərinə yerləşdirilibsə, onlara bu barədə məlumat həmin sistem tərəfindən elektron qaydada çatdırılmış sayılır. Yəni çatdırılmanı təsdiq edən ayrıca sübut tələb olunmur, sistemə yerləşdirməni təsdiq edən sübut həm də məlumatın çatdırılmasını təsdiq edən sübut sayılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6672/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6672/2022
23.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver