Məhkəmə qərarları › İş №2(103)-6707/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6707/2022

16.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6707/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Adıl oğluna qarşı kredit borcunun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(005)-240/2018 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(005)- 240/2018 saylı qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materiallarından görünür ki, bundan əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(005)-240/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Adıl oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli 2(103)-8631/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, faiz və cərimə borcu azaldılaraq qətnamə həmin hissələrdə dəyişdirilmişdir. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(102)-3770/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cərimə borcuna dair hissədə dəyişdirilərək cərimə 1000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün 31 may 2019cu il tarixdə icra vərəqəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli 2(103)-8631/2018 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Adıl oğlunun apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını iddia tələbinin təmin edilmiş hissələrində yoxlamışdır. İddia tələbinin təmin edilmiş hissələri Cavabdeh4 da mənafeyinə toxunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli 04/2020 saylı qərardadına əsasən, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kolegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Adıl oğlu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(005)-8631/2018 saylı qətnaməsi iddianın təmin olunan hissəsində tam yoxlanılmış və ona hüquqi qiymət verilmişdir. Bu səbəbdən digər Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 366 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(005)- 240/2018 saylı qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar