Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6711/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.11.2018-ci il tarixdə cavabdehin adına olan “Harley Davidson XL 1200 CX markalı motosiklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsinə və Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 26 saylı evin 16 saylı mənzilinə 2/3 hissədə payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2/3 hissəsdə İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 04.10.2011-ci il tarixdə nikah bağlamışlar, birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur, həmin qətnamə əsasında 26.08.2012-ci il təvəllüdlü Murad Mərdanov anası İddiaçı yanında saxlanmışdır, tərəflər birgə nikah dövründə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə etmişlər, bunlara Harley Davidson XL 1200 CX markalı motosikl, cavabdehin adına əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsi, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 26 ünvanında yerləşən 16 saylı mənzil, ünvan 2vanında yerləşən 0.06 ha torpaq sahəsi və Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil daxildir, hazırda tərəflər arasında nikah münasibətlərinə xitam verildiyindən birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi zərurəti yaranmışdır. Vəkil1 izahatında həmçinin bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 16 saylı evin 26 saylı mənzili cavabdehə anası tərəfindən bağışlanmışdır, lakin həmin mənzilin təmirinə kifayət qədər yüksək məbləğdə (təxmini 40000 manata yaxın) xərc çəkilmişdir, hazırda cavabdeh iddiaçını və uşağını evdən çıxardaraq mənzilə daxil olmasına icazə vermir, motosiklın əldə olunarkən tərəflərin birgə təsərrüfat aparmaması barədə cavabdehin arqumentləri əsassızdır, həmin motosikl alqı-satqı müqaviləsi əsasında 10.11.2018-ci il tarixdə əldə edilmişdir, bu zaman isə tərəflər hələ də rəsmi nikah münasibətlərində idilər. Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılqılı iddia ərizəsi təqdim edərək İddiaçı mülkiyyətində olan ünvan 2vanında yerləşən 0.06 ha torpaq sahəsinin və Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh oğlunun 2/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli 2(011)-2752/2019 saylı qətnaməsi ilə pozulmuşdur, birgə nikah dövründə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə edilmişdir ki, hazırda həmin əmlaklara dair tərəflərin paylarının müəyyən edilməsi zərurəti yaranmışdır, 07.05.2015-ci il tarixdə ünvan 2vanında yerləşən 0.06 ha torpaq sahəsi və 30.04.2016-cı il tarixdə Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilmişdir, həmin əmlaklar birgə nikah dövründə əldə edilsə də, Cavabdeh qazancından əldə olunmuş vəsait hesabına alınmışdır, iddiaçı heç yerdə işləmədiyindən onların alınmasında iştirak etməmişdir. Ona görə də hesab edir ki, həmin əmlaklar üzərində Cavabdeh həmin əmlaklar üzərində payı 2/3 hissədə müəyyən edilməlidir. Vəkil2 izahatında həmçinin bildirdi ki, ilkin iddiaçı iddia tələbində Harley Davidson XL 1200CX markalı motosiklı birgə nikah dövründə əldə etdiyini bildirsə də, idddaçının bu arqumenti əsassızdır, motosikl birgə nikah dövründə əldə edilməmişdir, iddiaçı 2019-cu ilin yanvar ayında nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, motosikl isə cavabdeh tərəfindən alqı satqı müqaviləsi əsasında 2018-ci ilin noyabr ayında, yəni tərəflər birgə təsərrüfat aparmadıqları dövrdə əldə edilmişdir, digər tərəfdən ilkin iddia tələbində göstərilmiş ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil cavabdehə anası tərəfindən bağışlanmış əmlakdır, həmin əmlak 13.01.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda Cavabdeh mülkiyyətindədir, iddiaçının həmin əmlakın da birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında bölünməsi barədə arqumentləri əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qaşılıqlı iddia tələbləri qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi, ilkin və qaşılıqlı iddia tələblərinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin “Harley Davidson XL 1200 CX” markalı motosiklet üzərində İddiaçı ½ payının müəyyən edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə ilkin iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 4 aya yaxın müddət ərzində məhkəmə icraatı aparılsa da bu araşdırmalarda Cavabdeh və ya onun nümayəndəsinin iştirakı təmin edilməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməmişdir. Buda öz növbəsində işin birtərəfli araşdırılması ilə nəticələnmiş, tərəflərin çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Belə ki, ilkin iddia üzrə cavabdeh tərəf (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə icraatı barədə təsadüfən xəbər tutaraq yalnız 02.03,2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında ilk dəfə iştirak etmək imkanı əldə etmişdir. Buna baxmayaraq məhkəmə həmin iclasda işin mahiyyəti üzrə araşdırılmasını yekunlaşdırılmışdır. Belə olan halda ilkin iddia üzrə cavabdeh tərəf (qarşılıqlı iddia üzrə iddiaçı) süni şəkildə sübut təqdim etmək imkanından məhrum edilmiş və tərəflərin çıxışları üçün məhkəmə iclası 1 gün təxirə salınaraq 03.03.2020-ci il tarixinə təyin edilmişdir. Buna baxmayaraq, ilkin iddia üzrə cavabdeh tərəf məhkəməyə bir neçə vəsatətlə müraciət edərək işin obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək üçün məhkəmə araşdırılmasın bərpa edilməsini, məhkəməbaxış iclasını təxirə salınmasını xahiş etmiş, lakin həmin vəsatətlər heç bir hüquqi əsas göstərilmədən məhkəmə tərəfindən rədd edilmişdir. Göstərilənlərlə yanaşı 03.03.2020-ci il tarixində keçirilmiş baxış iclası zamanı ilkin iddia üzrə iddiaçı tərəf (qarşılıqlı iddia üzrə cavabdeh) iddia həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq məhkəmə həmin hissədə iddia tələbi ilə tanış olmaq və ona münasibət bildirmək üçün cavabdehə hər hansı şərait yaratmadan dərhal iş üzrə qətnamə qəbul edir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində göstərilir ki, “Harley Davidson XL 1200 CX” markalı motosikletin birgə əmlak hesab edilib-edilməməsi və payların hansı hissədə tanınması işin mübahisəli haldır. Lakin məhkəmə mübahisəli hal üzrə hər hansı araşdırma aparmadan və sübut etmə üçün lazımı şərait yaratmadan “Harley Davidson XL 1200 CX” markalı motosiklet üzərində tərəflərin bərabər olmaqla !4 nisbətdə payını müəyyənləşdirir. “Harley Davidson XL 1200 CX” markalı motosiklet əldə olunan zaman, yəni 10.11.2018-ci il tarixində tərəflər artıq uzun müddət ərzində ər-arvad kimi birgə yaşamayıblar, birgə təsərrüfat aparmayıblar. Belə ki, 2011-ci ildə nikaha daxil olduqdan sonra tərəflər birlikdə Səidiyə Ərəbistan krallığında noyabr 2011-may 2012, Birləşmiş Ərəb Əmirliyində iyun 2012-aprel 2013, Qazaxıstan Respublikasında may 2013- may 2014, 2014-cü ilin may ayından 2018-ci ilin may ayınadək isə ünvan 5 ünvanında yerləşən mənzildə yaşamışdırlar. 2018-ci ilin may ayından sonra ailədə münaqişələr yarandığından birgə yaşayışın davam etdirilməsi mümkünsüz olmuş və İddiaçı yaşadıqları mənzili əşyaları ilə birlikdə tərk edərək anası evinə köçmüş, Cavabdeh isə həmin mənzildə yaşamağa davam edir. Bununla da ailə faktiki olaraq 2018-ci ilin may ayında dağılmış və münasibətlərinə xitam verilmişdir. Nikahın pozulması haqqında iddia ərizəsi 2018-ci ilin dekabr ayında İddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah hüquqi cəhətdən 10.04.2019-cu il tarixində pozulsa da faktiki ailə olaraq münasibətləri və nikahları 2018-ci ilin may ayından etibarən davam etdirilməmişidir. Şərh edilən halların çoxsaylı şahid ifadələri ilə təsdiqlənməsinə baxmayaraq şahidlərin birinci instansiya məhkəməsində dindirilməsinə imkan yaradılmamışdır. Bu səbəbdən “Harley Davidson XL 1200 CX” markalı motosikletin birgə əmlak hesab edilməsi hissəsində məhkəmə qətnaməsini əsassız və ədalətsiz hesab edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7737/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində təmin olunmaması qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddiaçının birgə nikah dövründə əldə edilmiş “Harley Davidson” XL 1200 CX markalı motosiklin 2/3 hissəsində payının müəyyən olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2460/2021 saylı, 20 may 2021-ci il tarixli qərarı ilə ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş,. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7737/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarınln müəyyən edilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan hissələrdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 707645 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı 04.10.2011- ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1300 sayla qeydiyyat aparılmışdır, nikah bağlandıqdan sonra ərə Mərdanov, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli 2(011)-2752/2019 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında 04.10.2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində 1300 nömrəli aktla qeydə alınmış nikah pozulmuş, 26.08.2012-ci il təvəllüdlü Mərdanov Murad Eldar oğlunun anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02.02.2013-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 26, 16 saylı mənzil xüsusi mülkiyyət əsasında Mərdanova Azadə Ağayevnanın adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 27.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Mərdanova Azadə Ağayevna (hədiyyə verən) ünvan 6 ünvanında yerləşən 3 otaqlı mənzili Cavabdeh (hədiyyə alan) mülkiyyətinə verir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 13.01.2017- ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 26, 16 saylı mənzil xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 27.06.2014cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1572 saylı sahə xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı ünvan 7 ünvanlanmış 20.11.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 2vanında yerləşən 0.06 ha torpaq sahəsi 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat kontorun xüsusi notariusu tərəfindən təsdiq edilən 4Ə-1049 reyestr nömrəli 01 may 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan AC № 635532 saylı Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 90TZ232 dövlət qeydiyyat nişanlı MAZDA CX5 minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Vəkil1 ünvanlanan 14.06.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh adına 10.11.2018-ci il tarixdən “Harley Davidson XL 1200 CX markalı motosikl qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Kassasiya instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş qərarından qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdehin faktiki olaraq 2018-ci ilin may ayından ayrı yaşamalarına dair nəticəyə yuxarıda qeyd olunan iki nəfər şahid ifadələrinə əsasən gəlmişdir. MPM-nin 7-ci fəslinə əsasən şahid ifadələri sübutlar kateqoriyasına aiddir. MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən qeyd olunan şahidlərin dindirilməsi ilə bağlı heç bir vəsatət verilməmişdir. Bundan əlavə cavabdehin birinci instansiya məhkəməsində verdiyi qarşılıqlı iddia tələbində iddianın motosiklə aid hissəsinin təmin edilməli olmaması ümumiyyətlə əsaslandırılmamışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər 04.10.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah münasibətlərinə xitam verilmişdir, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Harley Davidson XL 1200 CX markalı motosikl tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklardır, həmin əmlaklar tərəflərin birgə mülkiyyətidir, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 26 saylı evin 16 saylı mənzil isə 27.12.2016-cı il tarixdə Cavabdeh anası tərəfindən bağışlanılmaqla hədiyyə edilmişdir. Qeyd edilənlər işin mübahisəsi halıdır. Hazırki halda tərəflər arasında mübahisə “Harley Davidson XL 1200 CX markalı motosikl və payların hansı hissədə tanınması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Harley Davidson XL 1200 CX markalı motosikl tərəflərin birgə nikahda olduqları müddətdə alınması iş materialları ilə sübut olunur. Belə ki, iş materiallarından görünür ki, tərəflər 04.10.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah münasibətlərinə xitam verilmişdir. “Harley Davidson XL 1200 CX markalı motosikl 10.11.2018-ci il tarixində, Cavabdeh adına qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli əmlakın tərəflərin nikahda olduğu dövürdə alındığı tam sübut olunur. Hazırda cavabdeh tərəf, “Harley Davidson” XL 1200 CX markalı motosiklın əldə edilməsinin ailənin birgə təsərrüfat aparmadığı dövrə əldə edildiyini qeyd edir. Kollegiya hesab edir ki, qeyd olunan halı sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında isə görünür ki, cavabdeh tərəf qeyd etdiklərini təsdiq edəcək əsaslı sübutu nə birinci instansiya məhkməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, “Harley Davidson” XL 1200 CX markalı motosiklı birgə nikah dövürndə əldə edilməsi təsdiq edildiyindən, həmçinin onun ümumi mülkiyyət olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından motosiklın paylı mülkiyyət kimi tanınması barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya şikayətlərinin dəlilləri barədə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəf qeyd etdiklərini təsdiq edəcək əsaslı sübutu nə birinci instansiya məhkməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6711/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6711/2021
25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver