Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6712/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlunun, Ərizəçi1 nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)-7326/2019 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 xx xxxx 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X1 ölüm faktının və xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində vəfat etmiş atası X4 X1 doğma qardaşı olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ərizəçinin xalasıdır. O, mərhum atası X4 doğma bacısı olmuşdur. Atası xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Xalası X5 tək yaşamış, onun əri və uşaqları olmamış, yeganə yaxın qohumu ərizəçi olmuşdur. X8 xx xxxx 2018-ci il tarixdə ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzilində vəfat etmişdir. Onun ölümündən sonra miras əmlakı qalmışdır. Miras qoyanın ikinci növbəli vərəsəsi kimi ərizəçi Bakı şəhəri 7 saylı notariat kontoruna müraciət edərək xalası Roza Əhmədvəliyevanın vərəsəsi kimi tanınmağını və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Vərəsəliyin tanınması ilə bağlı bütün sənədlər notariusa təqdim edilmiş, lakin miras qoyanın ölüm haqqında sənədi olmamış və atasının doğum haqqında sənədi tapılmamışdır. X10 Nurislamoviç 1930-cu ildə X6 şəhərində anadan olmuşdur. Onun doğum haqqında sənədinin alınması üçün əvvəl Azərbaycan Respublikasının Milli Arxivinə müraciət edilmiş, sonra isə RF Kazan şəhərinin Çistopol rayon qeydiyyat şöbəsinə müvafiq vəkil sorğusu göndərilmişdir. Müraciətinə cavab olaraq Milli Arxiv İdarəsi idarədə 1930-cu ilə dair Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Mərdəkan və Qala qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X4 təvəllüdü haqqında məlumat olmadığı bildirmişdir. RF Kazan şəhəri Çistopol rayon qeydiyyat şöbəsi tərəfindən X4 doğum haqqında məlumat tapılmadığı bildirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)- 7326/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxxxx 1944-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx xxxx 2018-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın, habelə xx xxxxxx 1944-cü il təvəllüdlü X1 xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində ölmüş X4 bacısı olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni qohumluq faktının müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 xx xxxx 2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı mübahisəsiz olduğundan, mübahisə predmeti də deyildir. Məhkəmə tərəfindən mərhum X1, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində ölmüş X4 bacısı olması faktının müəyyən edilməsinin isə hüquqi əsası yoxdur. Məhkəmə qətnaməni ərizəçinin qızı və iki nəfər iş yoldaşının ifadəsi ilə əsaslandırmışdır. Digər tərəfdən mərhum Roza Əhmədvəliyevanın dəfn və yas mərasimlərinin xərclərini özü çəkmiş, heç kəsdən də yardım istənilməmiş və qəbul edilməmişdir. Qətnamədə adı çəkilən şahidləri isə tanımır və onların heç biri yas mərasimində olmamışdır. Bu baxımdan da həmin şəxslərin ifadələri ərizənin təmin olunması üçün əsas deyildir. Son illərdə məhrum Roza Əhmədvəliyeva xəstə yatmış, ona ailəsi baxmış və bütün müalicə xərclərini onlar ödəmişlər. Bu müddətdə və ondan əvvəl yanına gələnlərin hamısını tanıyır, onun qohumu olmamış və kimsəsiz olmuşdur. Göründüyü kimi, X11 Əhmədvəliyevanın doğma qardaşı olması üçün Mars Əhmədəliyevin doğum haqqında qeydi, Roza Əhmədvəliyevanın doğulduğu Bakı şəhəri üzrə və ya hardasa sonuncunun valideyinlərinin doğum yeri olan Tatarıstan Respublikası Çistopol rayonu Bələdiyyəsi idarə Komitəsinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsində reyestrdə müəyyən edilərdi. Sonuncunun adı çəkilən qeydiyyat sənədlərində qeydə alınmadığı məhkəmənin özü tərəfindən müəyyən edilmişdir. Bu da ərizənin qohumluq faktının müəyyən edilməsi hissəsində rədd edilməsi üçün hüquqi əsas idi. Çünki ərizəçinin qızı və ya iş yoldaşının ifadəsi ilə və ya ölənlə eyni ata adı və soyadında olması ərizəçinin atasının, ölənin qardaşı olması demək deyildir. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ərizəçinin nümayəndəsi X9 isə apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)-7326/2019 saylı qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilməli, ərizə qohumluq faktının müəyyən edilməsi hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 qətnamənin yalnız şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi hissəsini mübahisələndirmiş, buna görə də qətnamənin yalnız bu hissəsi apelyasiya baxışının predmeti olmuşdur. Ərizəçi1 ərizəsinin məzmunundan görünür ki, qeyd olunan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ona X3 miras qalmış əmlakın qəbulu məqsədilə lazımdır. Mübahisələndirilən qətnaməyə əsasən qohumluq faktının müəyyən edilməsi ilə Ərizəçi1 mərhum X1 həmin miras əmlakına qanun üzrə vərəsəlik hüququ əldə etmişdir. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apelyasiya şikayətinin məzmunundan və nümayəndəsinin izahatından görünür ki, X5 tərəfindən Maraqlı şəxs2 ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzilə dair vəsiyyətnamə verilmiş, miras əmlakın qəbulu ilə bağlı notariat kontoruna müraciət etdikdə, həmin əmlakla bağlı Ərizəçi1 ilə aralarında mübahisə yarandığından, miras əmlakın qəbulu mümkün olmamışdır. Göründüyü kimi, tərəflər arasında məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 391, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)- 7326/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni qohumluq münasibətlərinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Ərizə xx xxxxxx 1944-cü il təvəllüdlü X1 xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində ölmüş X4 bacısı olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsində baxılmamış saxlanılsın. Ərizəçi1 ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6712/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6712/2020
08.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver