Məhkəmə qərarları › İş №2(103)-6715/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6715/2022

26.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6715/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadından iş üzrə iddiaçı X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(005)- 2685/2018 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 14248,68 (on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 3490,20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcunun, 526,96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265,84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına "xxxx" BOKT ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4497/2019 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2685/2018 saylı qiyabi qətnaməsi ləğv edilərək, iddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1540/2020 saylı,qətnaməsi ilə iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbi təmin edilmiş, Cavabdeh 14248.68 ( on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 3490.20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcunun, 526.96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına "xxxx" BOKT ASC-nə olan borc ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. X2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsinin BOKT "xxxx" ASC-nin iddia tələbinin 18205,84 ABŞ dollarının manata olan məzənnəsi hissəsində dəyişdirilməklə həmin pulun 14266,84 ABŞ dollarının manata olan məzənnəsi məbləğində tutulması, eləcə də onun iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi və həmin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3161/2021 saylı qərardadı ilə X1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi qismən - iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair” hissədə işin icraatına xitam verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-3161/2021 saylı digər qərardadı ilə X1 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” hissədə ləğv edilmiş, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı "xxxx" BOKT ASC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraata xitam verilməsi barədə 07 aprel 2021-ci il tarixli, 2(103)-3161/2021 nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-3816/2021 saylı qərarı ilə iddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3161/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-143/2022 saylı qərardadı ilə iddiaçı X1 cavabdehlər "xxxx" BOKT ASC-yə, X4 və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair” iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh hüquqi varisi X2 məhkəməyə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2685/2018 saylı qiyabi qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilmiş, DİN-in Baş X9 İdarəsində 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində və xx.xx.2019-cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilmiş, DİN-in Baş X9 İdarəsində “SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019- cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilmiş, DİN-in Baş X9 İdarəsində SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə dair qeyd əvvəlki mülkiyyətçi Cavabdeh adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeydin bərpa olunması qərara alınmışdır. Həmin qərardaddan "xxxx" BOKT ASC şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iş məhkəmənin icraatında olarkən, maraqlarına toxunan şəxs X5 tərəfindən də şikayət verildiyi üçün iddiaçının şikayəti apellyasiya baxışından çıxarılmış və iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadından birləşdirilmiş iş üzrə cavabdeh X5 tərəfindən verilmiş şikayət təmin edilmiş, sonuncu qərardad ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsi təmin edilməmişdir. X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və icraya dönüş barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iş materialları şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına istinad edərək, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarını əsas götürərək hesab etmişdir ki, “hərrac keçiriləndən sonra X4 və "xxxx"xxxx" ASC arasında 2019-cu il 28 sentyabr tarixdə alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "Mercedes Benz M 1840 LS Yük" markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil F.Tarquluyevin mülkiyyətinə keçdiyindən, həmçinin birləşdirilmiş iş üzrə cavabdeh X4 alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı alıcı olduğundan, hazırda icrada dönüş barədə ərizə təmin edilərsə, onun qanunla qorunan mülkiyyət hüquqlarının pozuntusuna səbəb olacağından icrada dönüş edilə bilməz. Belə ki, hərracın yekunlarına görə bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan birləşdirilmiş iş üzrə cavabdeh F.Tarquluyev əmlakı əldə edən zaman onda əqdin legitimsizliyi barədə mübahisə olmadığından, üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığından, o vicdanlı alıcı qismində qəbul olunur. İş materillarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(005)-2685/2018 saylı qiyabi qətnaməsinin icrası ilə əlaqədar keçirilmiş hərracda X4 və "xxxx"xxxx" ASC arasında 2019-cu il 28 sentyabr tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlaka dair alqı-satqı müqaviləsi hərracda bağlandığından birinci instansiya məhkəməsi əldə edən şəxsin vicdanlı alıcı kimi qəbul edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən şikayətə baxılarkən icra üzrə icra materialları tələb edilərək öyrənilməmiş, icrada dönüş edildiyi halda hərracda bağlanmış müqavilə üzrə mübahisəli əmlakı əldə edənə onun dəyərinin qaytarılması məsələsinə qiymət verilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilərək, qərardad ləğv edilməli və iş materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadından X4 tərəfindən verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadı ləğv edilsin və iş materialları cavabdeh X4 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadından verilmiş şikayətə baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar