Məhkəmə qərarları › İş №2(103)-6725/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6725/2020

06.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6725/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh Balabəy qızının iştirakı ilə, X6 adına X2 Uşaqlar üçün 9 nömrəli X3 Cavabdeh Balabəy qızına qarşı zəbt olunmuş tikilinin boşaldılması tələbinə dair 2(002)-636/2020 saylı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 adına X2 Uşaqlar üçün 9 nömrəli X5 Cavabdeh Balabəy qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Emin Quliyev adına X2 Uşaqlar üçün 9 nömrəli X3 balansında olan yeməkxana anbarından (F anbar binasından) cavabdeh X1 çıxarılması, anbarın hörülmüş qapısının açılaraq anbarın məktəbə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək, Emin Quliyev adına X2 Uşaqlar üçün 9 nömrəli X3 balansında olan, cavabdeh tərəfindən zəbt olunmuş yeməkxana anbarının (F anbar binasının) Cavabdeh Balabəy qızı tərəfindən əvvəlki vəziyyətə gətirilməklə (binanın sökülmüş hissəsi bərpa edilməklə) və məktəbin həyətinə düşən hissəsində qapı açılmaqla məktəbin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh ərizə təqdim edərək şikayətdən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin şikayəti əsasında başlanmış apelyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdehin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Cavabdeh Balabəy qızının apelyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə Cavabdeh Balabəy qızının apelyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar