Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6764/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı etibarnaməli sahibliyində olan «Volksvagen Passat» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verib, eləcə də, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Ərizədə göstərilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsindən məlumatı olmamışdır və qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə icra qurumu vasitəsi ilə belə qətnamənin mövcüdluğundan xəbərdar olmuşdur. Ona məhkəmədən məktub göndərilsə də, zərfin içərisində əvvəllər qəbul edilən müvəqqəti təminat tədbiri barədə qərardad olmuşdur. Bundan başqa, onun nümayəndəsi və vəkilinə də qətnamə rəsmi təqdim edilməmişdir. Ona görə də, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 07 sentyabr 2022ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və Cavabdeh apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 07 sentyabr 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ünvanladığı şikayətə əlavəsində qərardadın ləğv edilməsini xahiş edərək göstərir ki, mülki işin 88-ci səhifəsində Cavabdeh imzası ilə tərtib edilmiş xəbərnamə mövcuddur. Həmin xəbərnamədən görünür ki, cavabdeh qətnaməni xx.xx.2022-ci il tarixində qəbul etmişdir. Cavabdeh bu faktı inkar etmir. Müddətin bərpası haqqında ərizəsini absurdcasına guya zərfin səhv düşməsi dəlili ilə əsaslandırmışdır. Bu dəlil əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi MTT(009)- 30/2022 saylı qərardad tərəflərə mart ayında göndərilmişdir. Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırova həmin xəbərnamənin mövcudluğu fonunda üzrlü səbəbin nədən ibarət olmasını qərardadında əsaslandırmamışdır. Bundan əlavə, elektron kabinetə əlavə etdiyi, cavabdehin Səbail rayon İcra Şöbəsində yazdığı xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, qətnamə ilə tanış olmaması və şikayət vermək imkanının olmaması barədə heç nə yazmamışdır. Apelyasiya şikayətini isə xx.xx.2022-ci il tarixində, qətnaməni rəsmi qaydada aldığı gündən 74 gün sonra vermişdir. Bununla yanaşı, müddətin bərpası haqqında ərizədə və qərardadda "qətnamə cavabdehin nümayəndəsinə təqdim olunmamışdır" kimi ifadələr mövcuddur. Əslində isə mülki işin materiallarında cavabdehin vəkilinin olduğu görünür, lakin etibarnamə olmadığına görə nümayəndəsinin olduğu müəyyən olunmur. Cavabdeh tərəf isə sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə şikayəti rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsaslıdır və şikayət ərizəsində göstərilənlər onun ləğvi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. İşdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh xx.xx.2022-ci il tarixli sifarişli məktubla göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməli qəbzə şəxsən imza edilməklə qəbul edilmişdir. Başqa sözlə cavabdeh məhkəmənin qətnaməni göndərdiyi məktubu(zərfi) qeyd olunan tarixdə aldığını etiraf edir, ancaq zərfin içərisində qətnamənin deyil, əvvəllər qəbul edilən müvəqqəti təminat tədbiri barədə qərardad olduğunu bəyan edir. Birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayəti vermək üçün müddətin ötürülməsini üzrlü hesab edib bərpa etsə də, üzrlü halın nədən ibarət olduğu barədə qərardadda heç bir dəlil göstərməyib. Əgər qətnamənin göndərildiyi zərfin içərisində həqiqətən qətnamə deyil, qərardad olmuşdursa məhkəmə bunu öz qərardadında göstərə bilərdi və məhz bu halın həqiqiliyi müddətin ümumiyyətlə ötürülmədiyinə dəlalət edərdi. Ancaq məhkəmə cavabdehin ərizədə göstərdiyi bu dəlilə ümumiyyətlə münasibət bildirməyib. Demək, bu dəlil əsassız idisə, yəni zərfin içərsində həqiqətən qətnamə olmuşdursa, onda müddətin hansı üzrlü səbəbə görə bərpa edilməsi konkret göstərilməli idi. Əks halda mülki prosessual qanunvericilikdə qətnamədən yaxud qərardaddan şikayət verilməsi müddətləri və müddətin bərpası institutu da nəzərdə tutulmazdı. Həqiqətən iddiaçının qeyd etdiyi, yəni qətnaməni aldıqdan 74 gün sonra heç bir üzrlü səbəb olmadan apellyasiya şikayəti verilməsi və məhkəmənin də hansısa əsas olmadan müddətin ötürülməsini üzrlü sayıb bərpa etməsi qarşı tərəfin hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də Cavabdeh qətnamədən apellyasiya şikayəti vermək üçün mülkiprosessual qanunvericilkdə nəzərdə tutulan 1 ay müddəti ötürməklə, yəni xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təqdim etsə də, prosessual müddətin hansı üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübut təqdim edilməklə ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılmalı və nəticəsindən asılı olaraq qanuni və əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-880/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6764/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6764/2022
03.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver