Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6774/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “etibarnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydlərin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2020 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı adından Cavabdeh2 verilmiş 24 yanvar 2017-ci il tarixli 965 reyestrli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış 26 yanvar 2017-ci il tarixli, 13 fevral 2017-ci il tarixli, 17 fevral 2017-ci il tarixli və 21 fevral 2017-ci il tarixli daşınmaz əmlakların onun adından Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrinin qeydlərinin ləğv edilməklə həmin əmlak üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı həmçinin iddianı təmin tədbiri barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında alqı-satqısı aparılmış ona məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6471/2017 saylı, xx.xx.2017-ci il tarixli nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, İddiaçı məxsus olmuş (ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********28 reyestr nömrəli Çıxarış) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 6,5429 ha olan torpaq sahəsinin, Samux şəhərində yerləşən ümumi sahəsi 1,246465 ha torpaq sahəsinin (ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********08 reyestr nömrəli Çıxarış), ünvan 3 ünvanında mülkiyyətdə olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200,6 kv.metr olan fərdi yaşayış evinin (ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********20-10301 reyestr nömrəli) və ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 194,4 kv.metr fərdi yaşayış evi və 0,11 ha torpaq sahəsindən (ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********58-10301 reyestr nömrəli Çıxarış) ibarət daşınmaz əmlakların özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-14/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şamaxı rayon notariat kontorunun notariusu Yaşar Eyyubova qarşı “etibarnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestr qeydlərinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5796/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2020 saylı iş üzrə qəbul etdiyi 19 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-541/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5796/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6471/2017 saylı xx.xx.2017-ci il nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda qeyd edilən mülki iş üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Mehkəməsinin Mülki Kollegiyasının 2(102)-541/2021 saylı xx.xx.2021ci il tarixli qərarı qəbul edildiyindən və qanuni qüvvəsinin aldığına görə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-6471/2017 saylı qərardadı ilə hal-hazırki vaxtadək onun mülkiyyətində olan əmlakların üzərində həbsin saxlanılması, bir mülkiyyətçi olaraq Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən mülkiyyət hüquqlarını kobud şəkildə pozduğundan qərardadla onun mülkiyyətində olan əmlakların üzərinə qoyulmuş qadağanın aradan qaldırılması zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2020 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və iş üzrə əmlaklar üzərinə qoyulmuş məhdudiyyət ləğv edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu işlə əlaqədar olan İddiaçı keçmiş həyat yoldaşı X1 cinayət işi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdir və həmin iş üzrə yekun məhkəmə hökmü yoxdur. Ona görə də hesab edir ki, əmlakların üzərində həbs qalmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2020 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə məhkəmə Müvəqqəti təminat tədbirləri qismində cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə işə mahiyyəti üzrə baxılıb qurtarana qədər müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından görünür ki, mübahisə predmeti üzrə məhkəmə araşdırması aparılan zaman İddiaçı məxsus olmuş (ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********28 reyestr nömrəli Çıxarış) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 6,5429 ha olan torpaq sahəsinin, Samux şəhərində yerləşən ümumi sahəsi 1,246465 ha torpaq sahəsinin (ƏMDKnin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********08 reyestr nömrəli Çıxarış), ünvan 3 ünvanında mülkiyyətdə olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200,6 kv.metr olan fərdi yaşayış evinin (ƏMDKnin yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********20-10301 reyestr nömrəli) və ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 194,4 kv.metr fərdi yaşayış evi və 0,11 ha torpaq sahəsindən (ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********58-10301 reyestr nömrəli Çıxarış) ibarət daşınmaz əmlakların özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırki mülki işin materiallarından göründüyü kimi iddia tələbi rədd edilmiş və iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır. Müvəqqəti təminat tədbiri isə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunduğundan və hazırda iddia tələbi rədd edilməklə tərəflər arasında mübahisə bitdiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı şikayətində keçmiş həyat yoldaşı X1 cinayət işi ilə əlaqədar qəbul edilmiş hökmün qanuni qüvvəsini almamasına istinad etsə də yuxarıda qeyd edildiyi kimi əmlakların üzərinə həbs qoyulmasına əsas olmuş iddia tələbi rədd edilmiş və həmin qətnamə də hal-hazırda qüvvəsindədir. Göründüyü kimi Mülki Prosessual qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından əmlaklar üzərində məhdudiyyətin qalmasına zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2020 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6774/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6774/2022
30.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver