Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-678/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, iddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontoru) qarşı “alğı-satqı müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5923/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Fərzəliyev İmamverdi Əli oğlunun adına olan Ö.F.Nemanzadə küçəsi 1 ünvanda yerləşən 17 saylı bazarın vərəsəliyinin müəyyən edilməsi üçün mərhumun oğlu Cavabdeh və mərhumun həyat yoldaşından və ya Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğulanaraq müəyyənləşdirilməsi, cavabdeh şəxsdən vərəsəlik hüququ olan Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2017-ci il tarixdə 3M-49 reyestr nömrəsi ilə qeydə alınmış İ.Fərzəliyevin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyri-yaşayış sahəsinin 401,3 kv.m-nin ********* AZM (50000 AZN) Səbail Bələdiyyəsinə satılmasına dair sazişin etibarsız hesab edilməklə, vəsaitin bələdiyyə büdcəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən Fərzəliyev İmamverdi Əli oğlu Azərbaycan Respublikasının İİN tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 001398 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyriyaşayış sahəsinin 401,3 kv.m-ni ********* AZM-ə (50000 AZN) Səbail Bələdiyyəsinə satmışdır. Həmin müqaviləyə əsasən 50000 manat bələdiyyə tərəfindən Fərzəliyev İmamverdiyə ödənilmişdir. Fərzəliyev İmamverdi Əli oğlu müqavilə əsasında Səbail Bələdiyyəsinə satmış olduğu 401,3 kv.m qeyri-yaşayış sahəsini Səbail Bələdiyyəsinin balansına keçirməkdən imtina etdiyinə görə tərəflər bələdiyyə tərəfindən Cavabdeh verilmiş 50000 manat pulun geri qaytarılması şərti ilə alğı-satqı müqaviləsinin ləğvinə razılaşmış və Bakı şəhəri 2 saylı DNK-da xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Həmin müqavilənin şərtinə əsasən də Fərzəliyev İmamverdi əli oğlu Səbail Bələdiyyəsindən almış olduğu 50000 manat pulu bələdiyyəyə qaytarmalı olduğu halda, həmin məbləği bugünədək qaytarmamış və qaytarmaqdan imtina edərək, Səbail Bələdiyyəsini aldatmışdır. Fərzəliyev İmamverdi Əli oğlu qara fikirli niyyətlə Səbail Bələdiyyəsi ilə razılığa gələrək və Bələdiyyənin nümayəndəsini aldatmaqla, alğı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlanmasına nail olduğundan, həmin saziş bağlandığı andan etibarsız hesab edilməklə ləğv olunmalıdır. 2018-ci ilin fevral ayında Fərzəliyev İmamverdi Əli oğlu dünyasını dəyişmiş, tərəflər arasında olan mübahisəli məhkəmə prosesi bazara aid vərəsəlik hüququnun kimliyi müəyyənləşdirilənədək məhkəmə öz işini təxirə salmışdır. Vərəsə artıq müəyyən olunmuş, lakin onlara məlum olmayan səbəblərdən varis mərhum X2 Fərzəliyev və mərhumun həyat yoldaşı vərəsəliyin kimə məxsus olmasını onlara dəfələrlə müraciət olunmasına baxmayaraq gizlədilir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5923/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: İlkin Əliyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5923/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-811/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5923/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh oölundan 50000 manat vəsaitin tutularaq iddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Etibar Nəbiyev). Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-811/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-4227/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən qəmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən: İsmayıl Xəlilov). Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fərzəliyev İmamverdi Əli oğlu Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2002-ci il tarixli 4ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsindən sonra müxtəlif bəhanələrlə satmış olduğu bazarın 401.3 m2 hissəsini Səbail Bələdiyyəsinin balansına keçirməkdən yayınmağa başlamışdır. Ona dəfələrlə xəbərdarlıq edilsə də o, bütün xəbərdarlıqlara məhəl qoymamış, sonda Səbail Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi və hal-hazırda Səbail Bələdiyyəsi sədrinin müavini X5 vətəndaş Fərzəliyev İmamverdi Əli oğlu arasında Ö.F.Nemanzadə küçəsi 1-də yerləşən 17 saylı bazarın 668 m2 sahəsinin satılmış 401.3 m2 hissəsini ya Səbail Bələdiyyəsinin balansına keçirilməli, ya da keçirilmədiyi təqdirdə ödənilmiş məbləğin geri qaytarılması barədə 2 saylı notariat kontorunda müvəqqəti təkrar olaraq saziş bağlanmışdır. Vətəndaş Fərzəliyev İmamverdi Əli oğlunun ölüm faktı qeydə alındıqda vərəsəlik hüququ tanınanadək bağlanmış sazişin uzadılması qərara alınmışdır. İddianın təmin edilməsinin digər səbəbi onunla izah olunur ki, bağlanmış saziş Cavabdeh ilə deyil, mərhum Fərzəliyev İmamverdi Əli oğludur və hal-hazırda varisin qeyri-müəyyənliyi əsas gətirilmişdir. Hal-hazırda vərəsəliyin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə təqdim edilmiş vərəsəliyin müəyyənləşdirilməsi və rəsmiləşdirilməsi barədə sənədlərə mərhum Fərzəliyev İmamverdi Əli oğlunun ailə üzvləri müraciət edərək mərhumun oğlu Cavabdeh xeyrinə imtina etmişlər. Daha sonra iddiaçı apellyasiya şikayətinə dəqiqləşdirmə təqdim edərək Səbail Bələdiyyəsinə 50.000 manat geri qaytarılması xahiş edilmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili F.Nəcəfov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən Fərzəliyev İmamverdi Əli oğlu Azərbaycan Respublikasının İİN tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 001398 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyri-yaşayış sahəsinin 401,3 kv.m-ni ********* AZM-ə (50000 AZN) Səbail Bələdiyyəsinə satmışdır; Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2017-ci il tarixdə 3M-49 reyestr nömrəsi ilə qeydə alınmış müqavilənin ləğvi barədə sazişdə göstərilmişdir ki,”Söhbəti gedən alqı-satqı müqaviləsini (Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsi)bu sazişlə ləğv edirik, müqaviləyə əsasən Fərzəliyev İmamverdi Əli oğlu Bakı şəhəri Səbail rayonu Bələdiyyəsindən götürdüyü məbləği geri qaytarır.Alqısatqı müqaviləsinin nüsxəsi notariat kontoruna təhvil verilir.”. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən, Fərzəliyev İmamverdi Əli oğlu Azərbaycan Respublikasının İİN tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 001398 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyri-yaşayış sahəsinin 401,3 kv.m-ni ********* AZM-ə (50000 AZN) Səbail Bələdiyyəsinə satmış, Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2017-ci il tarixdə 3M-49 reyestr nömrəsi ilə qeydə alınmış müqavilənin ləğvi barədə sazişə əsasən Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh Fərzəliyev İmamverdi Əli oğlu arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsi ləğv edilmişdir. İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsi iddia ərizəsində və apellyasiya şikayətində müqavilə ləğv olunan zaman ödənilməli olan pulun cavabdeh tərəfindən ödənilməməsini iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, « ...iddia mərhumun mirasını qəbul etmiş vərəsəyə yönəldiyi təqdirdə təmin olunan iddiadır. Lakin iş materiallarında cavabdehin miras əmlakı qəbul etməsinə dair heç bir sübut yoxdur. X1 ona verilmiş hüquqlardan istifadə edərək cavabdehin miras əmlakı qəbul edib-etməməsi məsələsini müəyyən edə, bununla bağlı sorğu verə və məhkəmə qarşısında vəsatət verə, əmlakın faktiki qəbul edilməsi ilə bağlı araşdırma apara, ən sonda vəkilin hüquqi yardımından istifadə etməklə müvafiq sorğu verməklə bazarda yerləşən həmin əmlakın kim tərəfindən qəbul edilməsi, faktiki olaraq vərəsələrdən hansının idarəçiliyində olması ilə bağlı məlumatları əldə edə bilərdi.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu ünvanlayaraq Fərzəliyev İmamverdi Əli oğlunun ölümündən sonra onun miras qalmış əmlakının vərəsələri tərəfindən qəbul edilib-edilməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Sorğuya cavab olaraq Ədliyyə Nazirliyinin 05/5886-11 saylı, xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, “Elektron notariat informasiya sistemindəki xx.xx.2020-ci il tarixədək olan məlumata əsasən Fərzəliyev İmamverdi Əli oğlu ilə əlaqədar vərəsəlik hüququnun rəsmiləşdirilmədiyi müəyyən edilmişdir”. Kollegiya qeyd edilən hallara və Ali Məhkəmənin göstərişlərinə əsasən hesab edir ki, hazırki iddia mərhumun mirasını qəbul etmiş vərəsəyə yönəldiyi təqdirdə təmin oluna bilən iddia olduğundan və məhkəmə araşdırması zamanı mərhum Fərzəliyev İmamverdi Əli oğlu ilə əlaqədar vərəsəlik hüququnun rəsmiləşdirilməməsi müəyyən edildiyindən iddiaçının apellyasiya şikayəti əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Fərzəliyev İmamverdi Əli oğlu ilə əlaqədar vərəsəlik hüququnun rəsmiləşdirilməsi müəyyən edilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5923/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-678/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-678/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver