Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6827/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh-nın nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı İddiaçı1 Cavabdeh-ya (3-cü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyətinə) qarşı “mülkiyyət hüququnun müdafiəsi, əmlakın bərpa edilməsi və əldən çıxmış faydanın ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1081/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı1 Cavabdeh-ya (3-cü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən 54 "C” saylı qeyriyaşayış sahəsinə Cavabdeh tərəfindən edilən müdaxilənin və maneənin aradan qaldırılması, iddiaçıya məxsus əmlaka edilən müdaxilələr və yaradılan maneələr nəticəsində ona (ilk iddia üzrə iddiaçıya) Cavabdeh-dan 40.000 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh İddiaçı1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Salyan şossesi, 54C ünvanına 20.09.2016-cı il tarixdə verilmiş, qeydiyyat nömrəsi 1 116060253, reyestr nömrəsi **********65-06301 RX seriyalı, ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən sökülmüş Bakı şəhəri, Səbail rayonu. Salyan şossesi 54 "C” ünvanında yerləşən 23,4 kv.ırı qeyri-yaşayış sahəsinin əvəzi olaraq yeni inşa edilən binanın 1-ci mərtəbəsində, əvvəlki əmlakın yerləşmə yerinin hüdudları nəzərə alınmaqla, eyni ölçülü (23.4 kv.m) qeyri-yaşayış sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsi (müqavilənin bağlanması və tikinti bitdikdən sonra təhvil-təslim aktının tərtib edilməsi) vəzifəsi "xxxx". MTK-nın üzərinə qoyulması, Cavabdeh-nə İddiaçı1 mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 54 “C” ünvanında yerləşən 0.00254 ha (25,4 kv.m) torpaq sahəsinin dəyərinə və qiymətinə bərabər olan yaxın ərazidə, habelə əvvəlki yerləşmə yerinin hüdudları nəzərə alınmaqla, eyni ölçülü (25.4 kv.m) torpaq sahəsinin İddiaçı1 adma rəsmiləşdirilməsi (sahibliyinə və mülkiyyətinə verilməsi) vəzifəsi Cavabdeh-nın üzərinə qoyulması,Bakı şəhəri. Səbail rayonu, Salyan şossesi 54 "C” ünvanında yerləşən 23,4 kv.m qeyri- yaşayış sahəsinin söküldüyü vaxtdan (02.02.2016-cı il tarixdən) başlayaraq həmin yerdə eyni ölçülü (23.4kv.m) qeyri-yaşayış sahəsinin təhvil verildiyi vaxtadək (təhvil-təslim aktının tərtib edildiyi günədək) hər ay üçün əldən çıxmış fayda kimi 400 manat pul "Best Construction” MTK-dan tutularaq İddiaçı1 ödənilməsi, "Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən aparılmış 28.04.2017-cı il tarixli ekspertiza tədqiqatının dəyəri 150.0 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin 120.0 manat hissəsi Cavabdeh-dan, digər 30.0 manat hissəsi isə İddiaçı1 tutulub"Əmlak Ekspert Mərkəzi” MMC-nin hesabına ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 15978№-li məhkəmə ekspertizası tədqiqatının dəyəri 100.0 manat məbləğində pul vəsaitinin 80.0 manat hissəsi Cavabdehdan, digər 20.0 manat hissəsi isə İddiaçı1 tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə köçürülməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "Best Construction” MTK-nın cavabdehlər İddiaçı1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "çıxarışın etibarsız hesab edilməsi" tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh-nın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İlk iddianın qismən təmin olunması, zərərin əvəzi kimi 140.000 manat pulun Cavabdeh-dan alınaraq İddiaçı1 verilməsi, ekspertiza xərci olan 100 manat Cavabdeh-dan Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması, qiymətləndirmə xərci olan 150 manat Cavabdeh-dan "xxxx" MMC-nin nəfinə tutulması qət edilmiş, ilk iddia qalan hissəsi təmin edilməmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi müvqələrə uyğun olaraq zərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-3(k)/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Təkrar apellyasiya qaydasında işə baxılarkən iddiaçı və cavabdeh qarşılıqlı razılıq əldə etmiş və ərizələrlə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizələrə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: 1. İddiaçı1 öz öhdəsinə götürür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınmicraatmda olan Cavabdeh-ya qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın bərpası və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiasından imtina edir. 2. Cavabdeh öz öhdəsinə götürür ki, İddiaçı1 qarşı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsindən imtina edir. 3. Cavabdeh öz öhdəsinə götürür ki, İddiaçı1 iddiadan imtinası müqabilində, zərərin əvəzi olaraq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasınmB-2 blok, 12-ci mərtəbə, 187 saylı mənzili alğısatğı müqaviləsi əsasında, tam ödəniş barədə maliyyə arayış verilməklə İddiaçı1 mülkiyyətinə (sahiblik, istifadə və sərəncamına) verir. 4. Cavabdeh öz öhdəsinə götürür ki, İddiaçı1 iddiadan imtinası müqabilində, əldən çıxmış faydanın əvəzi olaraq 5.000 manat məbləğində pulu İddiaçı1 verir. 5. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı İddiaçı1 Cavabdeh-nın bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. İddiaçı1 öz öhdəsinə götürür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınmicraatmda olan Cavabdeh-ya qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın bərpası və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiasından imtina edir.
2. Cavabdeh öz öhdəsinə götürür ki, İddiaçı1 qarşı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsindən imtina edir.
3. Cavabdeh öz öhdəsinə götürür ki, İddiaçı1 iddiadan imtinası müqabilində, zərərin əvəzi olaraq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasınmB-2 blok, 12-ci mərtəbə, 187 saylı mənzili alğı-satğı müqaviləsi əsasında, tam ödəniş barədə maliyyə arayış verilməklə İddiaçı1 mülkiyyətinə (sahiblik, istifadə və sərəncamına) verir.
4. Cavabdeh öz öhdəsinə götürür ki, İddiaçı1 iddiadan imtinası müqabilində, əldən çıxmış faydanın əvəzi olaraq 5.000 (beş min) manat məbləğində pulu İddiaçı1 verir.
5. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb 4 etmək hüquqları saxlanılır.
6. Bu saziş bağlandığı andan qüvvəyə minir.
7. Bu saziş bizim iştirakımız ilə 03 nüsxədə tərtib olundu, 01 nüsxəsi Bakı Apellyasiya Məhkəməsinə təqdim edildi və 02 nüsxəsi hər bir tərəfə verildi.
8. Hər bir tərəf bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, saziş qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1081/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov