Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6831/2025 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Maraqlı şəxs MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə iş üzrə (açar sözlər: yalan əqd) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Maraqlı şəxs MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyət hüququnun tanınması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 6, ev 35, mənzil 46 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən mənzilə dair Cavabdeh mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Maraqlı şəxs MTK ilə payçı Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, 000000071 saylı payçı müqaviləsindən görünür ki, MTK Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənarında yerləşən yaşayış kompleksinin tikilməkdə olan 35-ci binasında, 2-ci blok, 3-cü mərtəbə ** saylı mənzillini tikib payçıya təhvil verməyi, payçı isə sahəsi 45,65 kv.m. təşkil edən mənzilə görə 57.063 manatı MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Maraqlı şəxs MTK-ın ## ###### 2023-cü il tarixli, ****** nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəsi yolu “6” ünvanında, Maraqlı şəxs MTK-ya məxsus ** saylı binada 2-ci blok, 3-cü mərtəbədə ümumi sahəsi 45,65 m2, yaşayış sahəsi 27.51 m2 olan ** saylı mərtəbə 3, soldan 2-ci qapı 2 otaqlı mənzilin dəyəri Cavabdeh tərəfindən ödənilmiş, Maraqlı şəxs MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş ## ###### 2023-cü il tarixli Maraqlı şəxs MTK üzvlərini ümumi iclasının *** nömrəli protokolundan çıxarışın surətindən görünür ki, X3 müəssisənin üzvü olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol “6” ünvanında inşa olunan baş plan üzrə ** saylı binada, 2-ci blok, 3-cü mərtəbədə ümumi sahəsi 45.65 m2, yaşayış sahəsi 27.51 m2 olan ** saylı (mərtəbə 3, soldan 2-ci qapı) 2 ortaqlı mənzilin payçısı təsdiq edilmişdir. “Yasamal-69” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş ## ### 2025ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənarında yerləşən yaşayış kompleksində ** saylı binanın, ** saylı mənzili ##.##.2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında Cavabdeh məxsusdur. ##.##.2021-ci tarixdən mənzilin kommunal xidmətlərinin aylıq borclanmalarını həyat yoldaşının bacısı İddiaçı tərəfindən ödənilir. “Yasamal-69” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş ## ### 2025ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənarında yerləşən yaşayış kompleksində ** saylı binanın, ** saylı mənzili ##.##.2023-cü il tarixli ********** nömrəli çıxarış əsasında Cavabdeh məxsusdur. Mənzildə Cavabdeh həyat yoldaşının anası X15, həyat yoldaşının bacısı İddiaçı, sonuncunun üç uşağı X4, X10, X5 ##.##.2021-ci il tarixdən qeydiyyatsız yaşayırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## #### 2025-ci il tarixli, *-**/*-****/**** saylı məktubundan görünür ki, ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixədək və ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixədək İddiaçı ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3667\**** saylı mülki iş üzrə ##.##.2025ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh Cavabdeh izahatında məhkəməyə iddiaçı tərəfindən təqdim olunan səs yazılarındakı səsin, whatsapp yazışmalarının ona aid olmasını, əsəbi olduğundan «sənin evin mənə lazım deyil» ifadəsini işlətməsini, mübahisəli mənzilin 57.000 manat olan dəyərinin yarısı olaraq 20.000 manatı tələb etməsini bildirmişdir. +*** ** *** ** ** nömrəli telefon üzrə aparılan whatsapp yazışmalarında aşğıdakı məzmunda mətnlər yazılmışdır: «Nazı mən səni başa düşürəm gedək evi keçirək adına mənə sənin evin lazım deyil, amma ya o biri evi Nilayın adına keçirin ya da gətirin 20 min verin məndə üstünü düzəldim uşağa gün ağlayım. Görürsüz nə əziyyətlə uşaq saxlayıram. Sən necə uşaqlarını fikirləşirsən, mən də öz balamı fikirləşirəm. Qardaşın sənində dediyin kimi gedəcək evlənəcək. Məm gözümü Nilayıma dikmişəm ona şərait yaratmalıyam. Baxın fikirləşin xəbər edərsiniz.» «Mən özüm üçün heç nə istəmirəm, uşağım üçün istəyirəm. Şükür evimdə var, eşiyimdə. İkincisi də səndən yox qardaşından istəyirəm. Bu məsələ ilə bağlı nə sözünüz var Aysel xanıma deyin.» Cavabdeh İddiaçı ona aid olmasını təsdiq etdiyi səs yazısında da whatsapp yazışmaları ilə oxşar məzmunlu danışıqlar aparmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ************-*****-****** nömrəli reyestr qeydinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun tanınması, bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 publik hüquqi şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində Maraqlı şəxs Mənzil Tikinti Kooperativindən (bundan sonra–MTK) mənzil əldə etmək üçün oraya yaxınaşmış və mənzillərdən birini bəyənərək ilkin ödəniş edərək almağı qərara almışdır. Lakin həmin vaxt MTK-dan öyrənmişdir ki, mənzil alsa ƏƏSMN-dən aldığı sosial yardım kəsiləcək. Bu səbəbdən də qardaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arvadı, gəlini Cavabdeh ilə şifahi razılaşmışlar ki, mənzili onun adına alınsın. ##.##.2019-cu il tarixdə onun tapşığı əsasında MTK ilə cavabdeh arasında bağlanılmış şərtlərinə görə ilkin ödənişi 11.463 manat tərəfindən ödənilmiş pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksinin tikilməkdə olan 35-ci binasında, 2-ci blok, 3-cü mərtəbə, ** nömrəli 1 otaqlı mənzilin ümumilikdə 57.063 manat qarşılığında cavabdehə verilməsi barədə ********* nömrəli müqavilə bağlanılmışdır. Qeyd edildiyi kimi, mənzil üzrə ilkin ödəniş, o cümlədən aylıq ödənişlər onun tərəfindən ödənilmişdir. Hazırda pay müqaviləsi üzrə MTK-ya olan borc tam bağlanılmış, lakin Cavabdeh mənzil üzrə çıxarış əldə etməsinə rəğmən bugünədək mənzili iddiaçının adına keçirməmişdir. ##.##.2025-ci il tarixdə qardaşına gələn “Mediasiya təklifi” əsasında o, qardaşı da cavabdehin boşanacağını və cavabdehin sözügedən mənzili mübahisə predmeti hesab edərək bölgüsünü tələb etdiyini öyrənmişdir. O, məsələnin daha da alovlanmaması üçün ona mənzili satmağı və satışdan əldə olunan məbləğdən ona 20.000 manat verməyi təklif etmiş və o bununla razılaşmışdır. Lakin sonradan o, vəkili ilə danışdığını, vəkilinin tapşırığı ilə heç bir razılaşma istəmədiyini bildirdi. Buna görə də o, məcbur qalıb cavabdehin tapşırığı ilə aldığı sözügedən mənzil üzərində mülkiyyət hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının qardaşı ilə aralarında ##.##.2017-ci il tarixindən rəsmi nikah bağlanmışdır. Birgə nikahdan övladları ##.##.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. 2019-cu ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə rəsmi nikahda olduğu dövrdə ailənin birgə vəsaiti hesabına sözügedən mənzil onun adına əldə edilmişdir. Mənzillə bağlı ödənişlərin həyat yoldaşı və ya onun bacısı tərəfindən həyata keçirildiyini bilmişdir. Müvafiq olaraq ödənişlər tamamlandıqdan sonra adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarış verilmişdir. Hazırda bir müddətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə ailə münasibətləri pozulmuş, ayrı yaşayırlar. O, müvafiq olaraq nikahın pozulması, aliment, uşağın onun himayəsində qalması və mənzilə ½ payların müəyyən edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, mübahisəli daşınmaz əmlak mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə birgə nikah dövründə əldə edilmiş olduğundan hər ikisinə məxsusdur və qanunvericiliyə əsasən, həmin əmlakın ½ hissənin bölünərək onun payı kimi müəyyən edilməsini məhkəmədən tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Məmmədova Nəzakət Ağayar qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTKnın nümayəndəsi X1 izahatında bildirmişdir ki, mübahisəli mənzilin satılması ilə bağlı iddiaçı İddiaçı ilə aralarında razılıq olmuş, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Hazırda həmin mənzildə iddiaçı və ailə üzvləri yaşamaqdadır. Bakı şəhəri Yaxamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarxili qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 6, ev 35, mənzil 46 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən mənzilə dair cavabdeh Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixdə 011013002134-05301-093064 reyestr nömrəsi və 1123044433 qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, iddiaçı İddiaçı adına çıxarışın verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, iddia ərizəsindən, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da bəllli olur ki, ünvan 4 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi həqiqətən Maraqlı şəxs MTK ilə İddiaçı arasında bağlanmışdır. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK-nın nümayəndəsinin izahatı və digər sübutlarla bu hal öz təsdiqini tapır. İddiaçı tərəfindən təqdim edilən cavabdehlə iddiaçı arasında “whatsapp” şəbəkəsi vasitəsilə aparılmış yazışma mətnlərindən görünür ki, cavabdeh Cavabdeh “sənin evin mənə lazım deyil” kimi ifadəylə mənzilin əslində ona məxsus olmadığını etiraf edir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehə həmin sübutlar təqdim edildiyi zaman həmin yazışmanın ona aid olduğunu etiraf etmişdir. Eyni zamanda, məhkəməyə sorğu əsasında daxil olmuş tərəflər arasında aparılan danışıqlarda da, mənzilin ona aid olmamasını cavabdeh təsdiq edir. Həmin səs yazılarının da ona aid olmasını cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Qeyd olunan hallar, Maraqlı şəxs MTK ilə Cavabdeh arasında həqiqətən alqı-satqı müqaviləsinin bağlanma niyyətinin olmadığını, müqavilənin İddiaçı barəsində bağlandığını təsdiq edir. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, ## ###### 2019-cu il tarixli Maraqlı şəxs MTK ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmaqla, əhəmiyyətsizdir. Həmin əqdin həmin tərəflər arasında hər hansı hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Belə olduğu halda, görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkündür. Müqavilə əhəmiyyətsiz hesab edildiyindən onun əsasında ##.##.2023-cü il tarixdə 011013002134- 05301-093064 reyestr nömrəsi və 1123044433 qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Eyni zamanda pərdələnən əqdə dair qaydalar tətbiq edilməklə iddiaçı İddiaçı adına çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 359.1, 359.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə ##.##.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə ##.##.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə ##.##.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi dair” ##.##.2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkidlə şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçının qardaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında ##.##.2017-ci il tarixində rəsmi nikah bağlanmışdır. Birgə nikahdan övladları ##.##.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. 2019-cu ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə rəsmi nikahda olduqları dövrdə ailəsinin birgə vəsaiti hesabına ünvan 2 (yeni qaydada) ünvanında yerləşən mənzili onun adına almışlar. Mənzillə bağlı ödənişlərin həyat yoldaşı və ya onun göstərişi əsasında bacısı tərəfindən həyata keçirildiyini bilmişdir. Müvafiq olaraq ödənişlər tamamlandıqdan sonra adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarış verilmişdir. Hazırda bir müddətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə ailə münasibətləri pozulmuş, ayrı yaşayırlar. O, müvafiq olaraq nikahlarının pozulması, aliment, uşağın onun himayəsində qalması və mənzilə ½ payların müəyyən edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, mübahisəli daşınmaz əmlak mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə birgə nikah dövründə əldə edilmiş olduğundan hər ikisinə məxsusdur və qanunvericiliyə əsasən, həmin əmlakın ½ hissənin bölünərək onun payı kimi müəyyən edilməsini məhkəmədən tələb etməkdə haqlı olduğu qənaətindədir. Lakin, o, nikahın pozulması ilə bağlı mediasiyaya müraciət etdikdən sonra, baldızı X6 nikah dövründə əldə etdikləri mənzili bölgüdən yayındırmaq məqsədilə Bakl şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, ************-*****-****** nömrəli reyestr qeydinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun tanınması, bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 publik hüquqi şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş materialları düzgün araşdırılmamış, iş üzrə sübutların qiymətləndirilməsində prosessual pozuntulara yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətiə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarının tələblərini görməzdən gələrək hər hansı maddi sübuta əsaslanmadan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə rəsmi nikahda olduğu dövrdə, ailəsinin birgə vəsaiti hesabına əldə edilmiş ünvan 2 (yeni qaydada) ünvanında yerləşən mənzili əmlak bölgüsündən “qaçıraraq” qarşı tərəfə təqdim etmişdir. Qeyd edilən səbəbdən birinci instansiya məhkəməsi tərəfindən göstərilən maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnaməsini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hazırki qətnamədə hazırki prosessual normanın da tələbləri pozulmuşdur. Belə ki, məhkəmənin yekun məhkəmə qətnaməsini qəbul edərkən ümumiyyətlə araşdırıb hüquqi qiymət verdiyi hansı maddi sübutlara istinad etdiyi aydın olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125- ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 1. Maddi sübutlara dair a) Məhkəmə iş üzrə maddi sübut olaraq iddiaçı ilə cavabdeh arasında “whatsapp” şəbəkəsi vasitəsilə aparılmış yazışmaya istinad edərək cavabdeh Cavabdeh “sənin evin mənə lazım deyil” kimi ifadəsi ilə mənzilin əslində ona məxsus olmadığını etiraf etdiyini göstərmişdir. Halbuki, məhkəmə iclasında cavabdeh Cavabdeh məhz İddiaçı deyil, öz həyat yoldaşından nikahda əldə etdikləri evə pay hüququ tələb etdiyini vurğulamış, bu mənada həmin ifadəni işlətdiyini bildirmişdir. 2. Şahid ifadələrinə dair a) Birinci instansiya məhkəməsi iş üzrə şahid müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK-nın nümayəndəsinin izahatına istinad edərək iddia tələblərində göstərilən halların təsdiqini tapdığını göstərmişdir. Maraqlı şəxs MTK tərəfindən təqdim edilmiş payçı müqaviləsi, maliyyə arayışı və s. sənədlər Cavabdeh ilə bağlanmışdır. Hətta məhkəməyə MTK tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surəti olan vərəqdə belə payçının Nəzakət deyil, Məmədova Pərvin olduğu qeyd edilmiş, iş yeri, əlaqə nömrəsi və s. kimi məlumatlar qeyd edilmiş, “Nəzakət xanım mənzil sahibi” qeydinin isə sonradan başqa xəttlə əlavə edildiyi açıq-aydın görünür. Qeyd edilənlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinə qarşı iddiaçı X8 nümayəndəsi (vəkili) Vəkil etirazı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı tərəflərin izahatları, cavabdehin öz etirafları, habelə iş üzrə üçüncü şəxsin verdiyi izahatlarla üçüncü şəxs və cavabdeh arasında bağlanmış müqavilənin yalan əqd olması, yəni əhəmiyyətsizliyi öz təsdiqini tapmışdır. Məlum olduğu kimi, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hazırkı halda isə aydın olur ki, pərdələnən əqd iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış əqddir. Bu baxımdan mövcud qanunverciliyə əsasən həmin əqdə dair pərdələnən əqdə aid olan qaydalar tətbiq edilməlidir. Belə olan halda hesab edir ki, əqdin predmetini təşkil edən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Əlavə olaraq, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasında daşınmaz əmlakın əldə olunması məqsədilə kredit götürülməsi məsələsinə münasibətdə bildirir ki, qeyd edilən daşınmaz əmlak müqavilənin şərtlərinə uyğun olaraq ipoteka predmetidir. Gələcəkdə kredit öhdəliyi icra edilmədiyi halda, tələb həmin daşınmaz əmlaka yönəldilə bilər ki, bu da cavabdehin mənafeyinin heç bir halda pozulmayacağını deməyə əsas verir. Məhkəmə nəzərə almalıdır ki, ipoteka predmetinin dəyəri 100.000 (yüz min) manatdan artıq olduğu halda, kredit borcunun məbləği cəmi 23.111.11 (iyirmi üç min yüz on bir manat on bir qəpik) təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, qeyd edilən kredit öhdəliyi cavabdeh tərəfindən öz iradəsi ilə qəbul edilmişdir. Analoji olaraq, üçüncü şəxsin başqa şəxsin kredit öhdəliyinin təminatı məqsədilə öz əmlakını ipoteka ilə yüklü etməsi halları da mövcud mülki qanunvericilikdə iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri əsasında tanınır. Hazırkı vəziyyətdə də mahiyyət etibarilə eyni hüquqi münasibət mövcuddur. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin isə qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə İxtiyar qızı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, apellyasiya şikayətini müdafiə etdiklərini, əvvəlki iclaslarda verdiyi izahatını çıxışı olaraq qəbul edilməklə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayıb birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK-ın nümayəndəsi X1 izahatında göstərmişdir ki, İddiaçı mənzil almaq üçün MTK-ya yaxınlaşmış, orada ona mənzili öz adına alacağı halda aldığı yardımın kəsilə bilməsi bildirilmiş, bundan sonra mənzilə dair müqavilə İddiaçı razılığı ilə Cavabdeh ilə bağlanmış, müqavilə üzrə bütün ödənişlər İddiaçı tərəfindən aparılmış, mənzildə alındığı gündən daimi olaraq İddiaçı yaşamış, bütün kommunal xidmətlər onun tərəfindən ödənilmişdir. Mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədləri alarkən İddiaçı MTK-ya Cavabdeh ilə birilikdə gəlmişdir. İddiaçı razılığı ilə sənədlər Cavabdeh adına tərtib olunaraq təqdim edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh mənzilin ona deyil, İddiaçı aid olmasını etiraf etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəməyə ##.##.2026-cı il tarixdə təqdim etdiyi izahatında göstərmişdir ki, iddiaçı bacısı İddiaçı, cavabdeh keçmiş arvadı Cavabdeh qarşı olan iddia tələbi ilə tanışdır. Əldə etdiyi məlumata əsasən, P. Məmmədova məhkəmə iclası zamanı iddiada qeyd edilən mənzilin onunla birgə ailə təsərrüfatlarının nəticəsində əldə olunduğunu bildirmişdir. Bununla əlaqədar olaraq bildirir ki, bu tamamilə yalandır və onun dedikləri həqiqətdən uzaqdır. Sözügedən mənzil bütövlükdə bacısı İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır. Bildiyi qədərilə, bu mənzili almaq üçün lazım olan vəsaitin ödənilməsinə bacısının keçmiş qayınatası da yardım etmişdir. Bacısı sosial ödənişinin kəsilməməsi üçün mənzili rəsmi sənədləşdirmə zamanı onun keçmiş arvadının adına almışdır. Mənzilin ilkin və ya aylıq ödənişlərinə nə onun, nə də keçmiş arvadı tərəfindən hər hansı vəsait ödənilməmişdir. Onunla evləndikdən sonra iddiada qeyd olunan mənzildə deyil, Puta qəsəbəsində olan evdə yaşamağa başlamışlar və birgə təsərrüfatları orada olmuşdur. Mübahisəli mənzil yalnız sənəddə keçmiş arvadının adına olub, mənzili faktiki olaraq bacısı alıb, elə aldığı gündən də orada övladları ilə birlikdə yaşayıb və evin bütün kommunal xərclərinə kimi şəxsən özü ödəyib. Ona görə də məhkəmədən verdiyi izahatının nəzərə almasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Maraqlı şəxs MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Maraqlı şəxs MTK-ın (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarında izah etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. "X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar). Bundan başqa məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki qanunvericiliyə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Bundan başqa subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı İddiaçı Maraqlı şəxs MTK ilə sonuncunun inşa etdiyi binadan 2019-cu ildə mənzil almaq qərarına gəlmiş, lakin mülkiyyətində mənzil olacağı halda sosial yardım almaq hüququndan məhrum olacağını bildiyindən mənzilə dair müqavilənin həmin vaxt münasibətləri yaxşı olduğundan güvəndiyi qardaşının arvadı cavabdeh Cavabdeh adına bağlanmasına razılaşmışdır. Kollegiyaya bu nəticəyə gəlməyə aşağıda qeyd olunanlar əsas verir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## #### 2025-ci il tarixli, *-**/*-****/**** saylı məktubundan görünür ki, həqiqətən də, ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixədək və ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixədək İddiaçı ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Daha sonra Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs MTK-ın nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur ki, MTK tərəfindən müqavilə bağlanarkən mənzilə dair bütün danışıqlar iddiaçı İddiaçı ilə aparılmış, mənzili faktiki olaraq iddiaçı almış, mənzildə alındığı vaxtdan halhazıradək iddiaçı yaşayır, mənzil üzrə bütün kommunal xidmətlər iddiaçı tərəfindən ödənilmiş və ödənilir. Müqavilə formal olaraq Cavabdeh adına bağlanmış, mənzilə dair hüquqların qeydiyyata alınması ilə bağlı sənədlər İddiaçı razılığı ilə Cavabdeh adına tərtib olunaraq verilmişdir. Daha sonra işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəməyə təqdim etdiyi izahatından müəyyən olunmuşdur ki, o, keçmiş arvadı Cavabdeh məhkəmə iclası zamanı mənzilin onunla birgə ailə təsərrüfatlarının nəticəsində əldə olunduğunu bildirməsi əlaqədar olaraq bildirir ki, bu tamamilə yalandır və cavabdehin dedikləri həqiqətdən uzaqdır. Sözügedən mənzil bütövlükdə bacısı İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır. Bildiyi qədərilə, bu mənzili almaq üçün lazım olan vəsaitin ödənilməsinə bacısının keçmiş qayınatası da yardım etmişdir. Bacısı sosial ödənişinin kəsilməməsi üçün mənzili rəsmi sənədləşdirmə zamanı onun keçmiş arvadının adına almışdır. Mənzilin ilkin və ya aylıq ödənişlərinə nə onun, nə də keçmiş arvadı tərəfindən hər hansı vəsait ödənilməmişdir. O, cavabdehlə evləndikdən sonra iddiada qeyd olunan mənzildə deyil, Puta qəsəbəsində olan evdə yaşamışlar. Mübahisəli mənzil yalnız sənəddə keçmiş arvadının adına olmuş, mənzili faktiki olaraq onun bacısı almış, elə aldığı gündən də orada övladları ilə birlikdə yaşayıb, evin bütün kommunal xərclərinə şəxsən özü ödəmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, cavabdeh tərəfindən etiraf olunan cavabdehin istifadəsində olan mobil telefon nömrəsi üzrə aparılan danışıqlardan və whatsapp yazışmalarından müəyyən olunur ki, cavabdeh məhz mübahisəli mənzilin ona aid olmadığını etiraf etmişdir. Cavabdehin mənzil alındığı gündən həmin mənzildə yaşamaması, mənzildə daimi olaraq iddiaçının yaşaması, mənzilin iddiaçının sahibliyində, istifadəsində olması da kollegiyaya ##.##.2019-cu il tarixli, 000000071 saylı müqavilənin yalan əqd olması qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi Maraqlı şəxs MTK ilə payçı Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, 000000071 saylı payçı müqaviləsi əslində görüntüdə bağlanan əqd və ya pərdələyən əqd olmaqla tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün bağlanmışdır. Gizli bağlanan əqd və ya pərdələnən əqd isə Maraqlı şəxs MTK ilə İddiaçı arasında həmin mənzilə dair bağlanmış müqavilədir. Maraqlı şəxs MTK ilə payçı Cavabdeh müqavilə bağlayarkən əslində niyyətləri dövlət orqanları qarşısında İddiaçı ünvanlı dövlət sosial yardıma ehtiyacı olan şəxs görüntüsü yaratmaq olmuşdur. İstinad olunanlara əsasən kollegiya, Maraqlı şəxs MTK ilə payçı Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, 000000071 saylı payçı müqaviləsinin yalan əqd olmaqla əhəmiyyətsiz olması qənaətinə gələn, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları təbiq edən birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Kollegiya eyni zamanda qeyd edir ki, reyestr qeydinin ləğv edilməsi və ya etibarsız sayılması barədə, habelə onun əsasında duran əqdin etibarsızlığına dair tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır və onun predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün irəli sürülən tələblərin hansı formada (ləğv, etibarsızlıq, silinmə və sair) ifadə olunmasından asılı olmayaraq, iddianın predmeti dəyişmir, belə tələblərin hər biri eyni predmet (daşınmaz əmlakın dövlət reyestrindəki qeyddə düzəlişin aparılması) hesab edilir. Hazırkı mülki iş üzrə iddiaçının hüquqi marağı aldığı mənzilə dair cavabdehin adına aparılmış qeydin ləğv edilərək özünün mülkiyyət hüququnun qeydə alınması olduğundan, araşdırma zamanı iddiaçının həqiqi hüquqi vəziyyətinə görə mənzilin dəyərini ödəməklə mənzili MTK-dan alan şəxs olması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin iddiaçının mənzilə dair mülkiyyət hüququnun tanınması barədə gəldiyi qənaətini kollegiya pərdələnən əqdin məhkəmə tərəfindən təsbit edilməsi kimi qiymətləndirir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6831/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6831/2025
02.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver