Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6838/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı uşaqlar yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay, hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiini 12 oktyabr 2021-ci il tarixli məktubuna əsasən, Cavabdeh adına ünvan 1 ünvanı 46 saylı NK-nın 4ə-389 reyestr xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestri xx.xx.2019-cu il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh adına ölkə ərazisi üzrə qeydiyyatda alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.
3. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 09 aprel 2022-ci il tarixli məktuba əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2014-cü il tarixdə «HYUNDAİ ACCENT» markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdırilmışdir. Hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh «HYUNDAİ ACCENT» markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 10.000 manata satmışdır.
4. Həmçinin, eyni tarixli məktuba əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adında xx.xx.2016-cı il tarixdən “KİA PİCANTO” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2018-ci il tarixdən “Lexus ES350” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 08 noyabr 2019-cu il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1502 saylı “Kondisioner” B\y-in 159 kv m olan torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına 08 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra bir neçə dəfə Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddianın artırılmasına dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, yekun olaraq birgə nikah dövründə əldə eldiyi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən bağ evinin bərabər paylar əsasında yəni 1/2 hissədə İddiaçıla Cavabdeh arasında bölünməsi, Cavabdeh ilə atası X8 arasında xx.xx- 2021-ci il tarixdə “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməsi və aralarında 1/2 pay nisbətilə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Yekun ilk iddia tələbində göstərilir ki, ilkin iddia üzrə cavabdeh nikah dövründə əldə etdikləri avtomaşını İddiaçı razılığı olmadan satmışdır. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 118277-1221 saylı məktubda göstərilir ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh adına xx.xx-2014-cü il tarixdə “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx-2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Habelə, sorğunun cavabına əlavə edilmiş kompüter çıxarışından görünür ki, Cavabdeh “HYUNDAİ ACCENT” markalı avtomobili 07 avqust 2021-ci il tarixdə atası X1. Həmin ərəfədə tərəflərin münasibətləri pisləşdiyi üçün cavabdeh qeyd edilən nəqliyyat vasitəsini İddiaçı razılığı olmadan atası X1. İddiaçı 2021-ci ilin sentyabr ayında “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zeynalov Yaşar həmin ərəfədə münasibətlərin pisləşdiyini və nəqliyyat vasitəsinin satılmasına razılığın olmadığını bildiyi üçün vicdanlı alıcı hesab edilə bilməz. Bununla əlaqədar İddiaçı Cavabdeh ilə X8 arasında bağlanmış müqavilənin etibarsız edilməsini, nəqliyyat vasitəsi əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməli və aralarında 1/2 pay nisbətilə bölünməsini xahiş edir.
8. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə mülkiyyətdə olan, cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitələrinin 1/5 hissəsinin İddiaçı, 4/5 hissəsinin isə Cavabdeh bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddiada göstərilir ki, 2018-ci ilin may ayından etibarən cavabdehlə ailə münasibətləri pozulmağa başladı və faktiki ayrılmışlar. Həmin ilin avqust ayında cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdi. Proses bir neçə ay davam etsə də, sonradan Cavabdeh məlum oldu ki, cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasını tələb etmiş və ərizəsini geri götürmüşdür. Ayrıldığı dövrdə qardaşının dəstəyi ilə uşaqlarının gələcək mənzil təminatını təmin etmək üçün 2018-ci ilin noyabr ayında ipoteka ilə ilkin ödəniş 15000 manat ödəməklə, ünvan 3 ünvanında yerləşən mənzili almışdır. Bu zaman qardaşı ilə birgə borcalan kimi çıxış etmişlər. Həmin ipoteka üzrə aylıq ödənişi 463 manat təşkil edir. Bu günədək cəmi ödəniş 10646 manat olmuşdur. 2019-cu ilin oktyabrnoyabr aylarında Hövsan qəsəbəsi 1501-1502 ünvanda yerləşən torpaq sahəsi və bağ evini almışdır. Qeyd edilən əmlaklar birgə təsərrüfat aparmadığı dövrdə, qarşılıqlı iddia üzrə iddiaçının vəsaiti hesabına alındığı üçün, onlar qarşlıqlı iddia üzrə iddiaçının öz əmlakı hesab olunur və əmlak bölgüsü zamanı nəzərə alınmamalıdır. Cavabdehin mülkiyyətində “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli iki avtomobil var. Həmin nəqliyyat vasitəsi birgə nikah dövründə, ailənin ümumi vəsaiti hesabına əldə edildiyindən, birgə mülkiyyəti hesab olunur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1812/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb və birgə nikahdan doğulan Leyla və Nərgiz adlı qızların Cavabdeh yanında qalması müəyyən edilmişdir. Bunu nəzərə alaraq, hesab edir ki, əmlak payları 1/5 və 4/5 nisbətində (qarşılqlı iddia üzrə iddiaçının payı 4/5 olmaqla) bölünməlidir. Bu qızlarının gələcək maddi təminatının daha yaxşı təmin edilməsinə kömək edə bilər. Bununla əlaqədar birgə mülkiyyətdə olan, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissəsinin cavabdehə, 4/5 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Nərminə Rzayeva) ilə ilkin iddianın təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, Cavabdeh X8 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən, ödənilmiş 10.000 (on min) manatın Cavabdeh tutularaq X4 ödənilməsi, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə, İddiaçı 1/2 hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi; qarşılıqlı iddianın isə qismən təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsinin isə Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi; İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, qarşılıqlı iddia isə qismən təmin edildiyindən iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 62,5 manat məbləğində hissəsinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edimişdir ki, İddiaçı Cavabdeh ilə 12 dekabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008- ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılmış, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İstər ilkin, istərsə də qarşılıqlı iddianın predmeti birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülki olaraq hesab edilməklə, paylara bölünməsidir. Mülki işin materiallarını və hər iki tərəfin məhkəmə iclasında verilmiş izahatlarını, o cümlədən qarşılıqlı iddianın dəlillərini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatını nəzərə alaraq qarşılıqlı iddianın predmeti olan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adına xx.xx.2016-cı il tarixdən keçirilmiş “KİA PİCANTO” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil və müvafiq olaraq sonuncunun adına xx.xx.2018-ci il tarixdən qeydiyyatda keçirilmiş “Lexus ES350” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlakdır və bu artıq mülki işin mübahisələndirilməyən hallarına aiddir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddiaya dair etirazında, məhkəmə iclaslarında verilmiş izahatlarında ilkin iddianın mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri Hövsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 ünvanında yerləşən bağ evinin birgə nikah dövründə əldə edilməsi mübahisələndirsə də, müəyyən edilmişdir ki, qeyd olunan əmlaklar əvəzli əqdlər əsasında alınmış, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestri xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan əlavə əldə etdiyi zaman ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ayrı yaşadıqlarını, boşanma ərəfəsində olduqları bildirsə və həmin əmlakların birgə nikah dövründə birgə gəlirlər əsasında əldə etmədiyini, yalnız ona məxsus olduğunu iddia etsə belə, bununla bağlı, o cümlədən qeyd olunan torpaq sahəsinin və bağ evinin əldə etdiyi dövrdə birgə təsərrüfat aparmadıqları, birgə yaşamaması barədə hər hansı sübut təqdim etməmişdir. Əksinə Cavabdeh öz izahatında bildirmişdir ki, həmin dövrdə aralarında mübahisələr olsa belə, tərəflər birgə təsərrüfat aparırdılar (İddiaçı bazarlıq etmiş və digər xərcləri ödəyirdi). Bundan əlavə, həmin hal həmçinin də Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddiada göstərilən tələbin əsasını təşkil edən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilməsini təsdiq edilməsi, həmin nəqliyyat vasitəsinin İddiaçı adına 24 noyabr 2018-ci il tarixdə qeydiyyata alınması və bununla da dolayı yolla həmin tarixlərin tərəflərin birgə təsərrüfat apardıqları, birgə yaşadıqları dövrü kimi təsdiq edilməsi, “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzrə İddiaçı tərəfindən Cavabdeh adına verildiyi etibarnamənin müddətlərinin xx.xx.2016-xx.xx.2020-ci ilədək, xx.xx.2020-xx.xx.2030-cu ilə qədər, xx.xx.2021-xx.xx.2022-ci ilə qədər uzadılması ilə sübuta yetirilir. Qeyd olunmalıdır ki, qarşılıqlı iddianın predmetini təşkil edən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitələrini qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu mübahisələndirməsə belə, paylara bölünməsinə dair məsələdə onun diqqətəlayiq mənafelərinin, o cümlədən məhkəmə tərəfindən azyaşlı uşaqların onun himayəsində saxlanılmasını nəzərə alınmaqla cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissədə ilkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı, 4/5 hissədə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə bölünməsini tələb etmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddianın əsası kimi gətirdiyi - uşaqlarının gələcək maddi təminatının daha yaxşı təmin edilməsi, onların mənafelərini nəzərə alınması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 4/5 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsinə dair Cavabdeh hər hansı mötəbər sübut təqdim etməmiş, həmin əsasların mövcud olması sübuta yetirilməmişdir. Əksinə məhkəmə tərəfindən aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz izahatında bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alimentlə əlaqədar borcu tam olaraq, o cümlədən 5400 manat ödəmişdir. Bundan əlavə məhkəmə iclas zalında Cavabdeh verdiyi izahatında yüksək gəlirə malik olduğunu, mübahisə predmeti olan əmlakların alınmasında iştirak edilməsini bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən, qarşılıqlı iddia qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində 1/2 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 1/2 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Cavabdeh ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, nəqliyyat vasitəsi əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməli və aralarında ½ paylara bölünməsinə dair ilkin iddiaya olan əlavəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin birgə nikah dövründə, o cümlədən xx.xx.2014-cü il tarixdə xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh adına “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Cavabdeh X8 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılaraq 10 000 (on min) manat məbləğinə özgəninkiləşdirilmişdir. Həmin vaxt tərəflər artıq bir yerdə yaşamamış və İddiaçı nikahın pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2021-ci ilin iyul ayında iddia ərizəsi baxılmamış saxlanılsa da, sonradan iş üzrə icraatın təzələnməsi ilə əlaqədar müraciət edilmiş, və nikahın pozulması barədə iddiaya baxılmış, həmin hal tərəflərin izatahatında da öz təsdiqini tapmış, məhkəmə qətnaməsi ilə alimentin hesablanması xx.xx.2021-ci il tarixdən qət edilmişdir. Göründüyü kimi, qeyd olunan alqı-satqı müqaviləsi formal bağlanmış və onun hər hansı hüquqi nəticə yaratması arzu olunmamışdır. Belə olan halda bağlanmış əqd uydurma əqd hesab edilməli və bağlandığı andan etibarsız sayılmalıdır. Odur ki, məhkəmə müəyyən edilmiş həqiqi hallara və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, ilkin iddia bu hissədə də təmin olunmalı, Cavabdeh X8 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı- satqısı zamanı Cavabdeh ödənilmiş 10 000 manat X4 geri qaytarılmalı, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh avtomobilin ona atası verdiyi pula əldə edilməsi ilə bağlı mülahizələri ilə əlaqədar qeyd edir ki, Cavabdeh bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə həmin avtomobilin birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə edilməsi müəyyən edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilkin iddianın rədd edilməsini; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin Cavabdeh 4/5 hissədə, İddiaçı 1/5 hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsini; “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh 4/5 hissədə, İddiaçı 1/5 hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsini; İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, ** FF *** qeydiyyat nömrəli nəqliyyat vasitələrinin 1/5 hissəsinin İddiaçı, 4/5 hissəsinin isə Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 34. Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu:
Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1- ci, 5- ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilir ki, “Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi göstərilsə də, elə həmin hissədə bölünən əmlaklar üzərində payların 4/5 və 1/5 hissədə müəyyən edilməsi xahiş edildiyindən şikayətin obyektini qətnamənin bir hissəsi, yəni hər iki iddia üzrə payların bərabər bölünməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ilk və qarşılıqlı iddia üzrə payların 4/5 və 1/5 hissədə bölünməməsi hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Əvvəla, ilkin iddanın faktiki əsası (faktiki hallar) hər iki tələbin tələbin qanuni əsasının şərtlərinə uyğun, olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddanın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddia ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə tam, qarşılıqlı iddia üzrə isə qismən uzlaşır, üstəlik Cavabdeh etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.
27. Ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
29. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).
30. Apellyasiya şikayətinin əsas və yeganə dəlili tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlaklar üzərində payların bərabər bölünməsi, yəni qarşılıqlı iddiaçının payının uşaqların mənafeyini nəzərə almaqla 4/5 hissədə müəyyən edilməməsi ilə bağlıdır.
31. Lakin Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən qarşılıqlı iddiaçının hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. 32.Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində tərəflərin payının bərabər bölünməsi də uşaqların mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz.
33. Çünki, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Çünki, uşaqlar da hazırki iş üzrə fikirləri mütləq nəzərə alınmalı olan bəlli bir yaşa çatmışlar, valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər.
34. Belə çıxır ki, hazırki vəziyyətdə yetkinlik yaşına çatmamış uşaqların ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq müəyyən edilmiş olsa idi, uşaqların atanın yanına qayıdacağı təqdirdə istər-istəməz digər tərəfin də üstün mənafeyini nəzərə almaq məsələsi ortaya çıxa bilər ki, bu da artıq mümkünsüz və hüquqi mexanizmi olmayan bir hal deməkdir.
35. Məhz bu hallar da nəzərə alınmaqla hazırki iş üzrə uşaqların valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 991/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.