Məhkəmə qərarları › İş №2(103)-6843/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6843/2023

05.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6843/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmlakın qaytarılması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində olan:

2. qızıl-zinət əşyaları - çəkisi 4 qram olan 750 əyyarlı, 450 manatlıq tək qaşlı üzüyün, çəkisi 7,5 qram olan 585 əyyarlı halqalı, 600 manatlıq brilyant qaşlı paxlava üzüyün, çəkisi 7,3 qram, 750 əyyarlı 1.200 manatlı brilyant qaşlı sırğa və üzüyün, çəkisi 2,5 qram, 750 əyyarlı tək qaşlı 250 manatlıq üzüyün, çəkisi 8,5 qram olan 750 əyyarlı 900 manatlıq tros sep və qolbağın, çəkisi 2,1 qram olan 585 əyyarlı Türkiyə istehsalı, 200 manatlıq yaslı fason üzüyün, çəkisi 4,0 qram olan 585 əyyarlı Türkiyə istehsalı, 600 manatlıq brilyant qaşlı "obodok" üzüyun, çəkisi 10,0 qram olan 750 əyyarlı,1.000 manatlıq sep, sirğa və diyircəkli qaşı olan üzük dəstinin, çəkisi 3,0 qram olan 585 əyyarlı 250 manatlıq nazik sep və klonun, çəkisi 2,0 qarm olan 585 əyyarlı, 150 manatlıq uşaq sırğasının, çəkisi 2,0 qaram olan 585 əyyarlı, 150 manatlıq tək qaşlı uşaq üzüyünün cavabdehdən alınaraq ona verilməsi, bu mümkün olmadıqda, həmin zinət əşyalarının ümumi dəyəri olan - 5.750 manat pulun alınıb ona verilməsi barədə, himayəsində olan azyaşlı uşağın istifadəsi üçün olan 1 ədəd uşaq yataq çarpayısının tumbuçkası ilə birlikdə cavabdehdən alınaraq ona verilməsi, bu mümkün olmadıqda onların dəyərini təşkil edən - 250 manat məbləğində pulun alınıb ona verilməsi barədə, məişət əşyaları - uşaq oyun cihazı "plesteyşen" - 350 manat, karaoki-mikrofon - 150 manat, televizor "Samsunq" - 300 manat, ağ rəngli xalıça, 2X3,5 metr ölçüdə - 140 manat, uşaq odeyalı 2 ədəd - 100 manat, yataq örtüyü 1 ədəd (sarı-ag rəngdə) - 135 manat, yataq örtüyü, qırmızı rəngli - 100 manat, yun yorğan, 2 ədəd - 100 manat, çəhrayı və qəhvəyi rəngli 2 ədəd yorğan - 50 manat, yun döşək, 1 ədəd - 50 manat, balışlar, 6 ədəd - 100 manat, qırmızı rəngli 6 ədəd fujer - 30 manat, kofe fincanı 6 ədəd - 15 manat, kofe nəlbəkisi 6 ədəd - 10 manat, "madonna" tort qabı, kvadrat formada - 30 manat, Rusiya istehsalı elektrik tort bişirən - 100 manat, ağ rəngli 12 ədəd plov və 12 ədəd salat üçün boşqab - 70 manat, qaşıq-bıçaq-çəngəl dəsti çamadanda – 150 manat, boşqab 30 ədəd - 70 manat, uzun fujer 5 ədəd - 20 manat, çaynik 2 ədəd - 50 manat, qırmızı rəngli kvadrat formalı 1 ədəd adi və 1 ədəd dərin tort qabı - 20 manat, xrustal stəkan 18 ədəd - 20 manat, "madonna" mürəbbə qabları 12 ədəd - 15 manat, göy rəngli 12 ədəd nəlbəki - 15 manat, qədəh 6 ədəd - 10 manat, ağ və qırmızı rənli qazan dəstləri - 60 manat, göy rəngli qazanlar - 30 manat, dəst çaynik - 25 manat, tort qabı 6 ədəd kiçik boşqabla - 25 manat, yemək qovurmaq üçün tas - 25 manat, plov bişirmək üçün qazan - 25 manat, çuqun vedrə - 15 manat, dəmir vedrə 1 ədəd - 10 manat, mürəbbə bişirmək üçün tas - 15 manat, sarı rəngli çaynik, nəlbəki və fincan dəsti - 20 manat, hər birindən 18 ədəd olan çəngəl, biçaq və qaşıq - 60 manat, göy rəngli qapaqlı şüşə qablar - 10 manat, çəhrayı rəngli yumru plasmass qablar - 10 manat, çömçələr - 30 manat, dolça 2 ədəd - 10 manat, kəfkir 4 ədəd - 15 manat, plov üçün böyük qaşıqlar 20 ədəd - 60 manat, dəst olmayan qaşıq, çəngəl və boşqablar - 50 manat, ütü, paltar üçün - 30 manat, ütü, saç üçün - 20 manat, dırnaq aparatı qel ilə birlikdə - 35 manat, hamam dəsmalı 3 ədəd, 2 ağ və sarı - 60 manat, qətibə, 6 ədəd - 50 manat, çay dəsmalları 16 ədəd - 40 manat, vilur süfrə 3 ədəd - 25 manat, qara rəngli süfrə 3 ədəd (salfetka ilə) - 45 manat, ağ rəngli süfrə 2 ədəd (salfetka ilə) - 30 manat, qırmızımtıl rəngli sürfə - 20 manat, canamaz (qədimi təsbeh və möhürlə) - 150 manatın alınib ona verilməsi barədə, bu mümkün olmadıqda həmin əşyaların dəyəri olan cəmi - 3000 manat pulun alınıb ona verilməsi barədə, şəxsi və geyim əşyaları - "ayfon 8+" markalı, 256 q/bayt, mobil telefon cihazı - 2.000 manat, qara rəngli qısa şuba - 350 manat, qəhvəyi rəngli, tüklü jilet - 200 manat, qəhvəyi rəngli qısa jilet - 60 manat, süd rəngli gödəkçə - 50 manat, qara rəngli gödəkçə - 50 manat, qırmızı rəngli gödəkçə - 50 manat, qara rəngli balonka gödəkçə - 40 manat, qara rəngli yubka və pencəkdən ibarət kostyüm - 50 manat, boz rəngli uzun paltar - 120 manat, qara rəngli 2 ədəd düyməli köynək - 40 manat, qara rəngli düyməli köynək - 20 manat, sarı rəngli 3-lü dəst idman forması - 25 manat, qırmızı rəngli 3-lü dəst idman forması - 50 manat büzməli və zərli yupka - 20 manat, qara rəngli, arxadan şunurkalı köynək - 20 manat, sarı rəngli şifon köynək - 80 manat, büzməli sarı köynək - 15 manat, ağ paloskalı düyməli köynək - 15 manat, sarı rəngli fasonlu yun köynək - 15 manat, ağ paloskal köynək - 15 manat, cins şort - 20 manat, cins qısa şort, 1 ədəd - 10 manat, qara rəngli uzun ətəkli yubka - 15 manat, sarı rəngli düyməli köynək "guees" - 15 manat, sarı rəngli düyməli köynək - 10 manat, ağ şalvar - 20 manat, cins şalvar, 4 ədəd - 50 manat, süd rəngli qoluaçıq köynək - 15 manat, biserli qara köynək - 15 manat, yaşıl rəngli 1 ədəd yun paltar - 15 manat, qara rəngli besırlı yun paltar, təzə - 35 manat, göy rəngli yun köynək - 15 manat, ağ qaroşkalı şifon köynək - 15 manat, göy rəngli, yuxarısı tül olan köynək - 15 manat, boz rəngli qoluaçıq biserli köynək - 20 manat, qara rəngli uzunqol köynək - 15 manat, ağ şifon köynək -15 manat, qara rəngi, qabağı biserli düyməli köynək - 20 manat, sarımtıl düyməli köynək - 10 manat, çəhrayı düyməli köynək - 10 manat, qara rəngli şəkilli köynək - 15 manat, boz rəngli, yanları açıq qaşlı köynək - 10 manat, ağ rəngli, üzərində yazılar və şəkil olan köynək - 10 manat, ağ rəngli jilet - 10 manat, qara rəngli zamoklu jaket - 15 manat, qəhvəyi şərf - 10 manat, tulum qaroşkalı - 25 manat, göy rəngli çimərlik paltarı - 30 manat, qara rəngli çimərlik paltarı - 20 manat, qara rəngli sarafan - 15 manat, qara-qırmızımtıl sarafan - 20 manat alınıb ona verilməsi, bu mümkün olmadıqda həmin əşyaların ümumi dəyəri olan cəmi - 3.770 manat pulun, ümumilikdə bütün əmlakına görə cəmi - 12.770 (on iki min yeddi yüz yetmiş) manat pulun alınib ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 3 övladları doğulmuş, 2021-ci ilin əvvəllərindən cavabdehlə münasibətləri pozulduğu üçün iki azyaşlı uşaqla xx.xx.2021-ci il tarixdən valideynlərinə məxsus evə qayıtmışdır. Həmin gün cavabdeh atasını və qardaşını yaşadığı evə dəvət edib onlara barəsində əsassız şər-böhtan söyləmiş, iddiaçını və iki azyaşlı uşağı götürüb aparmalararını onlardan tələb etmişdir. Mənzildən çıxan zaman cavabdeh və anası özünə məxsus geyim, cehiz, zinət əşyalarından heç birini götürməsinə imkan verməmiş, bir müddət sonra barışacaqlarını fikirləşib mənzildən əynində olan bir dəst paltarla çıxmışdır. Barışmaq və ailəni saxlamaq mümkün olmadığından Cavabdeh iddia ərizəsi əsasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlardan ikisi iddiaçının, biri cavabdehin himayəsində qalmışdır. 2021-ci ilin mart ayının 20-dən Cavabdeh ayrı yaşamağına baxmayaraq, ona məxsus əmlak hələ də onun yaşadığı mənzildə qalmışdır. Əmlakının qaytarılmasına dair tələbini cavabdeh yerinə yetirməmiş, mübahisənin sülh yolu ilə məhkəmədən qabaq mediasiya proseduru çərçivəsində həll olunması nəticə verməmiş, mediator tərəfindən təyin olunan ilkin sessiyaya Cavabdeh gəlməmiş, məhkəmə qaydasında həll edilməsi zəruri olmuşdur. Cavabdehlə nikaha daxil olan zaman, habelə onunla nikahda olduğu dövründə, valideynləri və qohumları, cavabdeh və qohumları iddiaçıya müxtəlif məişət predmetləri və zinət əşyaları hədiyyə etmişlər. Hədiyyə verilmiş və hazırda cavabdehin faktiki sahibliyində qalmış əmlak iddia tələbində göstəriləndən ibarətdir.

4. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddia qismən təmin edilmiş, çəkisi 2,5 qram olan 750 əyarlı tək qaşlı üzük – 250 manat, çəkisi 2,1 qram olan 585 əyarlı yastı üzük – 250 manat, çəkisi 3 qram olan 585 əyarlı nazik sep kulon– 250 manat, çəkisi 2 qram olan 585 əyarlı uşaq sırqası – 150 manat, çəkisi 4 qram olan təkqaşlı üzük (750 əyar) - 440 manat, çəkisi 7,5 qram Türkiyə istehsalı olan halqalı brilyant qaşlı paxlava üzük (585 əyar) – 638 manat, çəkisi 4 qram olan Türkiyə istehsalı brilyant qaşlı “obodok» üzük (585 əyar) – 340 manat, çəkisi 7,3 qram olan brilyant qaşlı sırğa və üzük dəsti (750 əyar) – 803 manat, çəkisi 8,5 qram olan tros sep və qolbağı (750 əyar) – 935 manat, çəkisi 10 qram olan sep, sırğa, diyircəyli qaşlı üzük dəsti (750 əyar) – 1100 manat, çəkisi 2 qram olan uşaq sırğası (750 əyar) – 220 manat, süni xəzdən olan qara rəngli qısa şuba - 350 manat, süni xəzdən olan qəhvəyi rəngli tüklü gödəkcə - 100 manat, uşaq oyun cihazı "plesteyşen" – 200 manat, karaoke-mikrofon – 20 manat, ağ rəngli xalça (2x3,5 metr ölçüdə) -250 manat, uşaq odeyalı – 10 manat, 1 ədəd yataq örtüyü (sarı-ag rəngdə) – 30 manat, yataq örtüyü (qırmızı rəngli) – 30 manat, qırmızı rəngli 6 ədəd fujer – 18 manat, Rusiya istehsalı elektrik tort bişirən – 30 manat, qaşıq-bıçaq-çəngəl dəsti – 80 manat dəyərində olan əşyalar, əşyalar olmadıqda isə onların dəyərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.

5. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmiş, qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyaları ilə bağlı məhkəməyə qızıllarla çəkdirdiyi şəkilləri təqdim etmişdir, lakin rayon məhkəməsi həmin qızıl-zinət əşyalarının cavabdehin anasına məxsus olması barədə şahid ifadələri və foto şəkillərə düzgün qiymət verməmişdir. Rayon məhkəməsi iddiaçının təqdim etdiyi şəkilləri əsaslı sayaraq, əslində cavabdehin anasına məxsus olan əksəriyyəti qədimi və yaşlı adamlara uyğun olan qızılların iddaçıya məxsus olduğu barədə qətnamə qəbul etmişdir. İddiaçıya məxsus olan əşyaları özünə qaytardığı halda, qətnamədə qət olunmuş əyaların ümumiyyətlə olmadığı, bəzilərinin isə cavabdehin yanında qalan uşağa məxsus olduğu halda, iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir.

8. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, siyahıda qeyd edilən əşyaların bir qismini o, öz qonşusundan müvəqqəti almışdır ki, toyda iddiaçı taxsın, iddiaçı da, onun ailəsi də bunu bilirdi, razı idi, bir qisim qızıl isə onun öz şəxsi qızıllarıdı, toya taxmaq üçün iddiaçıya vermişdir. Həmçinin qızıllardan birini o özü 600 manata almışdır, lakin ekspert həmin qızılı çox yüksək məbləğdə, yəni 800 manat qiymətləndirmişdir. Bundan başqa cavabdehdən tutulan uşaq oyuncağının onların yanında qalan uşağın olduğunu bildirdi. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

11. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən aşağıdakı əmlakların və qızılzinyət əşyalarının iddiaçıya məxsus olması müəyyən edilmişdir: Çəkisi 2,5 qram olan 750 əyarlı tək qaşlı üzük – 250 manat, Çəkisi 2,1 qram olan 585 əyarlı yastı üzük – 250 manat, Çəkisi 3 qram olan 585 əyarlı nazik sep kulon– 250 manat, Çəkisi 2 qram olan 585 əyarlı uşaq sırqası – 150 manat, cəmi 900 manat. Eyni zamanda, aşağıdakılar müəyyən edilmiş və həmin əmlakların qiymətləndirilməsi məqsədilə iddiaçının vəsatəti əsasında iqtisad ekspertizası təyin edilmişdir: çəkisi 4 qram olan təkqaşlı üzük (750 əyar), çəkisi 7,5 qram olan halqalı brilyant qaşlı paxlava üzük və çəkisi 4 qram olan Türkiyə istehsalı brilyant qaşlı “obodok» üzük (585 əyar), çəkisi 7,3 qram olan brilyant qaşlı sırğa və üzük dəsti (750 əyar), çəkisi 8,5 qram olan tros sep və qolbağı (750 əyar), 10 qram olan sep, sırğa, diyircəyli qaşlı üzük dəsti (750 əyar) və 2 qram olan uşaq sırğası (750 əyar) süni xəzdən olan qara rəngli qısa şuba, süni xəzdən olan qəhvəyi rəngli tüklü gödəkcə, uşaq oyun cihazı "plesteyşen", karaoke-mikrofon, ağ rəngli xalça (2X3,5 metr ölçüdə), uşaq odeyalı, 1 ədəd yataq örtüyü (sarı-ag rəngdə), yataq örtüyü (qırmızı rəngli), qırmızı rəngli 6 ədəd fujer, Rusiya istehsalı elektrik tort bişirən, qaşıq-bıçaq-çəngəl dəsti.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/3945 №-li rəyə əsasən həmin əmlaklar aşağıdakı qaydada qiymətləndirilmişdir: çəkisi 4 qram olan təkqaşlı üzük (750 əyar) - 440 manat, çəkisi 7,5 qram olan halqalı brilyant qaşlı paxlava üzük – 638 manat, çəkisi 4 qram olan Türkiyə istehsalı brilyant qaşlı “obodok» üzük (585 əyar) – 340 manat, çəkisi 7,3 qram olan brilyant qaşlı sırğa və üzük dəsti (750 əyar) – 803 manat, çəkisi 8,5 qram olan tros sep və qolbağı (750 əyar) – 935 manat, 10 qram olan sep, sırğa, diyircəyli qaşlı üzük dəsti (750 əyar) – 1100 manat, 2 qram olan uşaq sırğası (750 əyar) – 220 manat, Cəmi 4476 manat, süni xəzdən olan qara rəngli qısa şuba - 350 manat, süni xəzdən olan qəhvəyi rəngli tüklü gödəkcə - 100 manat, uşaq oyun cihazı "plesteyşen" – 200 manat, karaoke-mikrofon – 20 manat, ağ rəngli xalça (2X3,5 metr ölçüdə) -250 manat, uşaq odeyalı – 10 manat, 1 ədəd yataq örtüyü (sarı-ag rəngdə) – 30 manat, yataq örtüyü (qırmızı rəngli) – 30 manat, qırmızı rəngli 6 ədəd fujer – 18 manat, Rusiya istehsalı elektrik tort bişirən – 30 manat, qaşıq-bıçaq-çəngəl dəsti – 80 manat, cəmi 1118 manat. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

14. Azərbaycan Respublikası Mülki Məcəllə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Tətbiq edilən prosessual hüquq normaları:

18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

16. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, qızıl-zinət əşyalarının tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci - tələb olunan əşya mövcuddur; İkinci - tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü - tələb olunan əşya cavabdehdədir; Dördüncü - tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.

19. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.

20. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır.

21. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.)

22. Əşyanın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.)

23. Bununla belə, iddiaçı tərəfindən birinci üç halın-əşyanın mövcud olmasının, onun iddiaçıya məxsus olmasının və nəhayət onun cavabdehdə qalmasının- sübut olunması, hələ öz-özlüyündə iddianın təmini üçün yetərli sayıla bilməz.

24. Bunun üçün sonuncu halın, yəni əşyanın cavabdehdə qalmasının, başqa sözlə, iddiaçının tələb etdiyi əşyanı cavabdehin özündə saxlamasının qanunsuz olması da sübut olunmalıdır. Çünki qanun yalnız qanunsuz sahiblikdən əşyanın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əşya cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əşyaya sahibliyi qanuni olsun.

25. Məsələn: cavabdeh iddiaçıya məxsus əşyanı öhdəliklərin qarşılıqlı icrası halında özündə saxlaya bilər, (Mülki Məcəllə. maddə 441.1, 441.2 ); əşya iddiaçının özünün və ya üçüncü şəxsin cavabdeh qarşısındakı öhdəliyinin təminatı kimi cavabdehə verilmişdir; (Mülki Məcəllə. Maddə 460.1); habelə cavabdeh ləngitmə hüququna əsasən əşyanı özündə saxlayır (Mülki Məcəllə. maddə 562.1).

26. Hazırkı işin hallarından görünür ki, iddiaçı qızıların mövcudluğunu, onların ona məxsus olduğunu (təqdim olunan foto şəkillərlə), həmin qızılların cavabdehdə qalmasını (cavabdeh tərəf bunu mübahisələndirmir) sübut etmiş, rayon məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.

27. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh isə apellyasiya şikayətində həmin qızılların bir qisminin onun anasına məxsus olduğunu bildirmiş, məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 qızılların bir qisminin ona məxsus olduğunu bildirmiş, bir qismini də qonşudan toyda taxılmaq üçün müvəqqəti aldığını bildirmişdir.

28. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi qızılların bir qisminin onun anasına məxsus olması, məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 qızılların bir qisminin də qonşudan toyda taxılmaq üçün müvəqqəti alınması barədə dəlili barədə biri digərini tamamalayan və təkzibedilməzliklə bağlı tələblərə cavab verən mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin həmin qızıl-zinət əşyalarının iddiaçıya məxsus olmaması barədə dəlili əsassızdır.

31. Məhkəmə kollegiyası ekspert rəyində qızıl-zinət əşyalarının qiymətinin şişirdilməsi barədə cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdikləri üzrə bildirir ki, tərəflər 2007-ci ildə nikaha daxil olmuşlar, qızıl əşyalarının alındığı həmin dövrdən bu günə kimi qızılın qiymətində əhəmiyyətli dərəcədə artımla əlaqədar olaraq, ekspert rəyində qızılın dəyərinin şişirdilməsi barədə dəlili də əsassızdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin uşaq oyun cihazı "plesteyşen"in cavabdehin yanında qalan uşağa məxsus olduğu halda, iddiaçıya verilməsi barədə dəlili üzrə qeyd edir ki, məhkəmə iclasında tərəflər də uşaqlardan birinin cavabdehin, digərlərinin isə iddiaçıda qalmağını təsdiq etdiklərindən apellyasiya şikayətinin həmin hissədə də dəlili əsassızdır və təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

37. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.

38. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəticə:

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, onun dəlillərinə dair sübutlar təqdim edilməməklə, qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

41. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar