Məhkəmə qərarları › İş №2(103)-6901/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6901/2023

13.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6901/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 Ağasəlim oğlu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qarajın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 1 ünvanındakı binanın qarşısında yerləşən 06 saylı qarajın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 1 ünvanındakı binanın qarşısında yerləşən 06 saylı qaraj boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdeh2 Ağasəlim oğlu xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 Ağasəlim oğlunun nümayəndəsi və vəkili X3 elektron formada xx.xx.2023cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 Ağasəlim oğlu və onun nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 Ağasəlim oğlunun nümayəndəsi və vəkili X3 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən şikayət verən şəxsin yaşlı insan olduğunu onun elektron sistemdən anlayışının olmadığını, bundan əlavə vəkil kimi onun şikayətə əlavə etdiyi xəstəliyi ilə bağlı sənədlərini epikrizi ( infakt və ürək əməliyyatı) nəzərə almamış apellyasiya şikayətinin müddətini ötürülmüş kimi hesab etmişdir. Halbuki ürəyindən əməliyyat olduğu vaxtlarda o, iş fəaliyyəti ilə məşğul ola bilməmişdir. Vətəndaş Cavabdeh2 o, xəstəxanada olduğu müddətdə zəng edib qətnamə ilə bağlı məlumat vermişdir. O, vəkil olaraq bütün sübutlarla şikayəti niyə gec göndərməyinin səbəblərini qeyd etmiş və məhkəmə ürək əməliyyatı ilə bağlı vəziyyəti üzrlü səbəb kimi qəbul etməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 Ağasəlim oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Cavabdeh2 Ağasəlim oğlunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ərizə daxil olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu və apellyasiya şikayətinin poçta təhvil verildiyi andan müddətin axımının dayanması səbəbindən Cavabdeh2 tərəfindən poçt vasitəsilə göndərilmiş apellyasiya şikayətinin müddətinin ötürülməmiş hesab olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə Cavabdeh2 Ağasəlim oğlunun ərizəsinə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh2 Ağasəlim oğlunun nümayəndəsi və vəkili X1 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildikdən sonra Cavabdeh2 Ağasəlim oğlu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilən şikayət elektron formada deyil, poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən isə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə elektron qaydada xx.xx.2023 cü il tarixdə “elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 Ağasəlim oğlunun nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsinə münasibət bildirilmədən apellyasiya şikayətləri geri qaytarılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Ağasəlim oğlunun şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə Cavabdeh2 Ağasəlim oğlunun nümayəndəsi və vəkili X1 ərizəsinə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 Ağasəlim oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə Cavabdeh2 Ağasəlim oğlunun nümayəndəsi və vəkili X1 ərizəsinə baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar