Məhkəmə qərarları › İş №2(103)-6910/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6910/2021

06.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6910/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçıiçin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “avtomobilin geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “VAZ-21214” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Avtomobilin mülkiyyətçisi başqa şəxs - X1r. O, avtomobilə dair iddiaçının adına 29.12.2007-ci il tarixdə 20 il müddətinə etibarnamə verib (iş v. 31). 19.04.2021-ci il tarixdə isə mülkiyyətçi ərizə verərək etibarnaməni ləğv edib (iş v. 74). İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırıb ki, avtomobil etibarnamə əsasında özünə məxsusdur, cavabdeh avtomobili qanunsuz saxlayaraq ona vermir, nəticədə mülkiyyət və sahiblik hüquqları məhdudlaşır. Daha sonra iddiaçı iddia ərizəsində mülkiyyətin toxunulmazlığı və müdafiəsi barədə hüquq normalarına istinad edərək avtomobilin özünə qaytarılmasını tələb edir. Göründüyü kimi, iddia mülkiyyət hüququnun müdafiəsi üçün verilib. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin iddiaçı avtomobilin mülkiyyətçisi deyil, etibarnamə mülkiyyət hüququ yaratmır. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar